Icma.az
close
up
RU
Azərbaycan dili və ədəbiyyatı fənninin saatları artırılmalıdır DEPUTAT

Azərbaycan dili və ədəbiyyatı fənninin saatları artırılmalıdır DEPUTAT

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-ci il dövlət büdcəsində təhsil sahəsinə 5 milyard 215 milyon vəsaitin ayrılması, Azərbaycanın təhsil sisteminin inkişafına dövlət səviyyəsində verilən strateji əhəmiyyətin göstəricisidir. Və ümid edək ki, bu artım ümumi mənzərəyə də yaxşı mənada təsir göstərəcək.

Büdcənin bölgüsü göstərir ki, ən böyük pay hər zaman olduğu kimi  ümumi təhsilə ayrılıb. Bu, əlbəttə ki, orta məktəb səviyyəsində tədris keyfiyyətinin yüksəldilməsi, müəllimlərin əmək haqlarının artırılması və infrastrukturun güclənməsi üçün nəzərdə tutulub.

Lakin bu sahədəki əsas problem təkcə maliyyə deyil, həm də idarəetmə effektivliyidir. Ayrılan vəsaitlərin real əticəyə çevrilməsi üçün nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac var.


Modern.az xəbər verir ki, bunu deputat Elnarə Akimova parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Biz tədrisdə bu gün daha məqsədyönlü və azərbaycançılıq ruhunu ifadə edən bir inkişaf modelini tətbiq etməliyik. Əslində, son 30 ildə bu istiqamətdə müəyyən addımlar atılıb, lakin bu xətt daha da gücləndirilməlidir.

Xüsusi ilə orta məktəb dərsliklərində, xüsusilə Azərbaycan dili və ədəbiyyatı fənlərinin saatlarının artırılmasına ehtiyac var. Amma bir reallıq da var ki, əgər biz bu gün hələ də dərs yükünün ağırlığını azalda bilməmişiksə, o zaman alternativ olaraq milli ədəbiyyat nümunələrinin elektron arxivinin yaradılmasına üstünlük verilməlidir.

Çünki Azərbaycan dilində ədəbiyyatın oxunması və mütaliə vərdişinin formalaşdırılması həm mənəviyyat, həm də dilin inkişafı baxımından mühüm vasitədir. Prezident də Akademiyada çıxışında qeyd etdi ki, Azərbaycan dilinə xüsusi önəm verilməli, onun səlisliyi və zənginliyi qorunmalıdır”.

Elnarə Akimova həmçinin regionlarda müasir laboratoriya mərkəzlərinin yaradılması və gücləndirilməsi ilə bağlı olub.
“Bu gün bir çox fənlər: biologiya, kimya, fizika , əsasən yalnız nəzəri şəkildə tədris olunur. Məktəblərdə praktiki bacarıqların formalaşması üçün müasir laboratoriyaların qurulması, şagirdlərin elmi marağını artmasına və onları gələcək əmək bazarına daha yaxşı hazırlayacaq” – deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see259

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see250

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see163

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see161

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see154

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see147

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see136

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see133

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see133

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see132

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see131

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see130

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see130

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see128

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see127

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see124

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri