Icma.az
close
up
RU
Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər

Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dil haqqında tarixən çox maraqlı, düşündürücü və ibrətverici ideyalar söylənmişdir. Tədqiqatçılar (əsasən etnolinqvistlər) müasir mərhələdə, adətən V.Humboltun millət kontekstində yanaşma kimi ifadə edilə bilən ideyasına çox əhəmiyyət verirlər. Böyük alman alimi dili millətin dünyaduyumunun özünə məxsusluğu fenomeni kimi dərk edirdi. O yazırdı ki, dilin “daxili forması xalq və ya milli ruhun ifadə vasitəsidir”. Bu özəllik praktiki həyatda danışıq dili vasitəsi ilə ifadə edilir. Buradan V.Humboltun məşhur deyimi məntiqi ümumiləşdirmə kimi alınır: “dil millətin qəlbinin aynasıdır”!

Bu cür anlamda istənilən dil fərdi səviyyə ilə kollektiv miqyasın vəhdətində insanın özünə, ərtafına, mənsub olduğu etnosa və dünyaya olan münasibətlərinin “Yol Xəritəsi” kimi təsəvvür edilə bilər. Bütün hallarda dil mədəniyyət məkanında mövcud olduğundan onu ilk növbədə mədəniyyətin “yol xəritəsi” olaraq dərk edə bilərik. Məsələnin bu cür qoyuluşunun fəlsəfi və ümumiyyətlə, nəzəri tərəfi çox mürəkkəbdir və bizi bu məqalənin məqsədlərindən uzağa apara bilər.

Burada ancaq onu vurğulayaq ki, dilin daxili formasının milli mentalitetin və etnoidentikliyin formalaşması üsulunun bünövrəsi kimi qəbul edilməsi zəruridir. Bununla dilin substantiv (məzmun, məna və mahiyyətin vəhdəti) və funksional [ünsiyyət, danışıq, psixoloji və sosial duyumlar, dünyagörüşü, estetik zövq, ideya və ideologiyanın rəmzi (işarələr, hərflər, rəqəmlər və s. vasitəsi ilə) və səslərdə ifadələri] tərəfləri arasında daxili bağlantı qurmaq mümkün olur. Bu bağlantı duyğusal, emosional və məntiqi aspektlərin vəhdəti kimi təzahür edir.  

Dilin semantikası və milli mentalitet

Fəlsəfədə belə bir tezis var: hər bir etnos (xalq, millət və ümumi anlamda cəmiyyət) dil məkanında mövcud olur. Bir sıra filosoflar bir qədər də irəli gedərək yazırlar ki, “hər bir elm dil məkanında mahiyyət alır və ona uyğun məzmunlaşır”. Məsələn, M.Haydegger yazırdı ki, “varlıq” latın deyil yunan anlamında olsaydı, fəlsəfə tamamilə fərqli olardı.

Deməli, dil və bütövlükdə insan birgəyaşam üsulu bir-biri ilə daxili bağlantıdadır. Faktiki olaraq insan və onun birgəyaşamının bütün formaları dilin tarixi, linqvistik, semantik, kommunikativ, sosial-psixoloji və “mental” məkanında təşəkkül edir və indi də etməkdədir. Buradan dillə mədəniyyətin münasibətlərində milli ilə bəşəriliyin maraqlı əlaqəsi üzərində düşünmək olar.

Azərbaycan dili və mədəniyyəti: sinharmoniya nümunəsi

“Sinharmoniya” dərin və düşündürücü termindir. Araşdırmalarımnız göstərmişdir ki, “sin”, ümumiyyətlə, varlığın təməlində dayanan ünuiversal substansiyadır. Onun Şərq fəlsəfəsində (məsələn, Türk və Çin) özəl anlamı olmuşdur. Türk xalqlarının mifoloji şüurunda sinharmoniya yaradıcı və tənzimləyici funksiyanı yerinə yetirir. Türk dillərinin sinharomiyası isə sözlərin kök üzərində yaradılması ilə bağlıdır ki, bu özəllik türklərin həyatlarını hər bir sferasında müasirliyin kökə bağlılıq üzərində təşəkkülünü ifadə etməkdədir. Bu aspekt hələ dərin və geniş araşdırılmalıdır. İndi onu vurğulayaq ki, Azərbaycan dilinin sinharmoniyası, ümumiyyətlə, azərbaycanlıların (bütün etnik qrupların) mədəni mentalitetinin formalaşmasının əsas mənəvi, ideya, psixoloji və mədəni baza “sahəsidir”! Azərbaycan dili türk dilləri qrupunun fenomeni kimi bu keyfiyyətlə dünyada bənzəri olmayan “azərbaycanlı mentaliteti” formalaşdırmışdır. Bu prosesin bir neçə özəlliyi vardır. Burada ancaq dörd faktoru vurğulayaq:

Azərbaycanlı mentalitetində dillə mədəniyyətin orijinal vəhdətinin təşəkkülü əsas yer tutur;

Dillə mədəniyyətin qarşılıqlı əlaqəsi və mənəvi nisbətində milliliklə bəşəriliyin möhtəşəm sintezi gerçəkləşmiş və artıq sosial-mədəni koda (memə) çevrilmişdir;

Azərbaycan dili ilə mentalitetin hazırda varolma (mövcudluq) məkanı Azərbaycançılıqla multikulturalizmin ortaq substantiv, kommunikativ və funksional sahəsidir.

Bu sahənin varolmasının daşıyıcı faktorlarından biri milli xarakterdir. Milli xarakter mentallıqda, mədəniyyətdə və psixologiyada özünü göstərən emosional-hissi xüsusiyyətlərin kompleksidir. Milli xarakter, həm də cəmiyyətdə baş verənlərə insanların göstərdiyi reaksiyalarda ehtiva olunur.

Deməli, Azərbaycan dili ilə mədəniyyətinin münasibətlərini obyektiv və dərindən dərk etmək üçün Azərbaycançılıq ideologiyasını obyektiv dərk etmək və multikulturalizmin Azərbaycan formasının gerçək məzmununu anlamaq mütləq şərtdir. O prizmadan baxanda türkçülüyün və azərbaycançılığın dolğunluqla bir-birini tamamladığını aydınca görmək mümkündür! Həmin “qarşılıqlı tamamlama sahəsi”ndə nə radikal millətçilik, nə etnik məhdud baxışlılıq, nə də başqasını inkar etmək elementi vardır. Orada ancaq kökə, millətə, mədəniyyətə, dilə bütövlükdə Azərbaycan cəmiyyəti konktestində sədaqət və sevgi vardır. Bu anlamda Azərbaycançılıq mədəniyyətin milliliyi ilə bəşəriliyinin möhtəşəm mövcudolma məkanıdır.

Füzuli Qurbanov,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, “İdrak nəzəriyyəsi və məntiqi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 May 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri