Icma.az
close
up
RU
“Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər”

“Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər”

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Media və Mülki Cəmiyyət İctimai Birliyi bu mövzuda yeni layihəyə start verdi.

Media və Mülki Cəmiyyət İctimai Birliyi “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” mövzusunda yeni layihəyə start verib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.

X.Əhmədov bildirib ki, layihə üzrə fəaliyyətlər Bakı şəhərində həyata keçiriləcək və may ayının 1-dən iyulun 31-dək davam edəcək.

Layihə barədə məlumat verən təşkilat sədrinin sözlərinə görə, bu gün dünyada yaşayan 50 milyondan çox insan üçün Azərbaycan dili ana dili və ünsiyyət vasitəsidir. Azərbaycan dili dövlətçiliyimizin əsas atributlarından biri kimi mədəniyyətimizin və tarixi yaddaşımızın, eləcə də xalqımızın mədəni irsinin və mənəvi bağlarının qorunmasında mühüm rol oynayır. Ona görə də, Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi sadəcə vəzifə deyil, həm də hər bir vətəndaşın milli borcudur:  “Həyata keçirdiyimiz bu layihənin də məqsədi kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması halları, dilimizdən istifadə ilə bağlı mövcud vəziyyət və problemlərin aşkar edilməsinə, həmçinin dilin qorunması və inkişafı üçün tövsiyələrin hazırlanmasına, dilin təbliği və düzgün istifadəsinin təşviqinə yönəlmiş tədbirlərin görülməsinə yardım etməkdir”-deyə X.Əhmədov bldirib.

O, eyni zamanda, qeyd edib ki, sosial şəbəkələrdə, reklamlarda və mediada əcnəbi dillərdə söz və ifadələrdən geniş istifadə edilməsi yenilik kimi qiymətləndirilsə də, dilin gözəlliyinə zərər vuran bir problemə çevrilib. Bu sahədə baş verən neqativ proseslər təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilib. Yuxarıda sadaladığımız problemlərə görə, layihə çərçivəsində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulması, əcnəbi dillərdə olan söz və ifadələrin işlədilməsi vəziyyəti, Azərbaycandilli mətbuatın vəziyyəti təhlil və monitorinq ediləcək, dilçi alimlərin, ekspertlərin, KİV-in, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə ictimai müzakirələr təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 May 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri