Icma.az
close
up
RU
Azərbaycan dilini ən çox kim(lər) korlayır?

Azərbaycan dilini ən çox kim(lər) korlayır?

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məktəb, ailə, televiziya, yoxsa sosial şəbəkələr...

Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın düşüncə tərzini, mədəniyyətini və milli kimliyini yaşadan ən mühüm dəyərlərdən biridir. Azərbaycan dilinin qorunması, düzgün öyrədilməsi və gələcək nəsillərə çatdırılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Lakin dilimizin dövlət dili statusu daşımasına və Azərbaycan dilinin düzgün istifadəsi ilə bağlı illərdir müxtəlif layihələr, müzakirələr və maarifləndirici tədbirlər keçirilməsinə baxmayaraq, gündəlik danışıqda və yazılı ünsiyyətdə problemlər hələ də qalmaqdadır. Xüsusilə son illərdə bu problem gənclərin danışıq dilində daha aydın hiss olunur. Sosial şəbəkələr, sürətli mesajlaşma, xarici dillərdən gələn sözlərin geniş yayılması və internetdə formalaşan qeyri-rəsmi ünsiyyət tərzi Azərbaycan dilinin həm leksikasına, həm də tələffüzünə ciddi təsir göstərir.

Azərbaycan dilinin düzgün danışılması və yazılması məsələsi uzun illərdir müzakirə olunur. Dil normalarının qorunması, orfoqrafiya və orfoepiya qaydalarına əməl edilməsi, televiziya və radio aparıcılarının nitq mədəniyyətinin yüksəldilməsi ilə bağlı müxtəlif təşəbbüslər də həyata keçirilir.

Buna baxmayaraq, gündəlik həyatda vəziyyət tam fərqli mənzərə yaradır. Küçədə, ictimai nəqliyyatda, mağazada, məktəbdə, universitetdə, sosial şəbəkələrdə insanların danışığına diqqət etdikdə Azərbaycan sözlərinin düzgün tələffüz edilmədiyini, cümlələrin dilimizin sintaktik qaydalarına uyğun qurulmadığını, danışıq zamanı lazımsız şəkildə xarici sözlərdən istifadə edildiyini görmək mümkündür. Ən narahatedici məqam isə odur ki, bu hallar tədricən adi və normal danışıq forması kimi qəbul edilməyə başlayır.

Xüsusilə gənclərin danışığında problem özünü göstərir. Məlum məsələdir ki, gənclərin danışıq dilində sosial şəbəkələrin təsiri böyükdür. TikTok, Instagram, YouTube və digər platformalarda formalaşan ünsiyyət dili gündəlik danışığa da keçir. Qısa mesajlar, sözlərin ixtisarı, Azərbaycan və xarici dillərin qarışdırılması, bəzi sözlərin bilərəkdən təhrif olunmuş formada işlədilməsi zamanla nitq vərdişinə çevrilə bilir.

Məsələn, gənclər arasında Azərbaycan dilində danışarkən ardıcıl şəkildə ingilis, rus və digər dillərdən sözlər işlətmək artıq kifayət qədər geniş yayılıb. Əlbəttə, dilin başqa dillərdən söz qəbul etməsi təbii prosesdir. Dünyanın bütün dilləri bir-birindən sözlər alır. Problem isə xarici sözün zəruri olduğu halda deyil, Azərbaycan dilində qarşılığı olduğu halda sırf dəb və vərdiş naminə işlədilməsidir.

Bundan başqa, bəzi gənclərin sözləri düzgün tələffüz etməməsi də diqqət çəkir. Xüsusilə “ç”, “c” kimi səslərin düzgün deyilməməsi, sözlərdə səslərin dəyişdirilməsi və bəzi sözlərin danışıq zamanı təhrif edilməsi dilimizin fonetik normalarından uzaqlaşmanı göstərir.

Televiziya ekranlarında da eyni mənzərənin şahidi oluruq. Əslində daha ciddi problem kütləvi informasiya vasitələrində, xüsusilə televiziyalarda müşahidə olunan nitq qüsurlarıdır.

Məlumdur ki, televiziya aparıcısı, jurnalist və efirə çıxan digər şəxslər sadəcə informasiya çatdırmır, onlar eyni zamanda nitq nümunəsi yaradırlar. Tamaşaçı, xüsusilə uşaq və yeniyetmələr televiziyada eşitdikləri danışıq formasını doğru nitq modeli kimi qəbul edə bilərlər. Bu baxımdan aparıcının sözü düzgün tələffüz etməməsi, cümləni yanlış qurması, vurğunu səhv salması və ya Azərbaycan dilində qarşılığı olan sözü lazımsız şəkildə başqa dildən götürməsi adi bir texniki səhv kimi qiymətləndirilməməlidir.

Bəzən efirdə sözlərin düzgün tələffüz edilməməsi, “ç” və “c” səslərinin qarışdırılması, vurğunun yanlış qoyulması və cümlələrin Azərbaycan dilinin sintaksisinə uyğun qurulmaması ilə rastlaşırıq. Əlbəttə, heç kimdən səhvsiz danışıq tələb etmək mümkün deyil. Lakin peşəsi məhz söz və nitqlə bağlı olan aparıcı və jurnalistlərin dil normalarına daha həssas yanaşması vacibdir.

Problem yalnız danışıqla məhdudlaşmır, yazılı dilimizdə də vəziyyət ürəkaçan deyil. Sosial şəbəkələrdə Azərbaycan dilində yazılan mətnlərə nəzər saldıqda orfoqrafik və qrammatik səhvlərin kifayət qədər çox olduğunu görürük.

Sözlərin səhv yazılması, durğu işarələrindən istifadə edilməməsi, cümlələrin yarımçıq qurulması, böyük və kiçik hərflərin düzgün işlədilməməsi, Azərbaycan əlifbasındakı ə, ğ, ş, ç, ö, ü, ı kimi hərflərin başqa simvollarla əvəz olunması geniş yayılıb. Xüsusilə sosial şəbəkələrdə sürətli yazışma bəhanəsi ilə dil qaydalarının tamamilə kənara qoyulması narahatedicidir.

Bəs çıxış yolu nədir?

Mövzu ilə bağlı televiziya tənqidçisi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Ana dilində düzgün yazmaq, düzgün danışmaq, nitq mədəniyyətinin tələblərinə əməl etmək, əlbəttə ki, vacib şərtdir. Amma bu mədəniyyət necə formalaşmalıdır? Təbii ki, ilk növbədə, məktəb bu işin öhdəsindən gəlməlidir. Bizim yaxşı dərsliklərimiz var. Həm Azərbaycan dili, həm də ədəbiyyat dərsliklərində kifayət qədər oxu materialları təqdim olunur. İkinci mühüm amil isə ailədir. Ailədə uşağın necə danışmasına, onun nitqinə diqqət yetirilməlidir. Ədəbi dildə danışmaq, dialektdən uzaq olmaq, şivələrdən gələn sözlərdən istifadə etməmək kimi məsələlərə ailədə də diqqət göstərilməlidir”.

Qulu Məhərrəmli qeyd edib ki, nitq mədəniyyətinin təbliği baxımından televiziya və radio da nümunəvi rol oynayır və oynamalıdır: “Televiziyada ayrı-ayrı verilişlər, o cümlədən Azərbaycan dili, nitq mədəniyyəti və natiqlik sənəti ilə bağlı proqramlar hazırlanmalıdır. Belə verilişlər müəyyən dil normalarının aşılanmasında və cəmiyyətə təlqin olunmasında mühüm, hətta həlledici rol oynaya bilər. Təbii ki, bütün bunlarla yanaşı, ən önəmli məsələlərdən biri də insanın özüdür - onun dilə marağı, dil sevgisi və dil duyumu. İnsan düzgün danışmağı, nitq mədəniyyətini ümumi mədəniyyətinin ayrılmaz hissəsi kimi qəbul etməlidir. Özünü dərk edən, müəyyən təhsil səviyyəsinə malik olan insan ana dilində düzgün və səlis danışmalıdır. Bu, əslində bir aksiomadır. Amma təəssüf ki, bizdə həmişə belə olmur. Bu mövzuda çox danışılır, müxtəlif layihələr həyata keçirilir. Lakin bəzən bunlar keçici xarakter daşıyır. Halbuki əsas məsələ sistemli və davamlı işin qurulmasıdır. Burada iki amil xüsusilə ön plana çıxır: birincisi, təhsil, ikincisi isə ailənin rolu. Məhz bu iki istiqamətə daha ciddi diqqət yetirilməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Sentyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri