Icma.az
close
up
RU
Tarixi görüş: Ən çox udan kim, uduzan kim?

Tarixi görüş: Ən çox udan kim, uduzan kim?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən Alyaskada Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında tarixi görüş baş tutub.

ABŞ və Rusiya liderlərinin bir araya gəlməsi həm beynəlxalq gündəmdə, həm də region ölkələrində böyük maraq doğurub. Görüş zamanı müzakirə olunan məsələlər yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 

Bəs Putin-Tramp görüşündə udan kim, uduzan kim oldu?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Rusiya görüşdə strateji qələbə qazana bilmədi.Onun sözlərinə görə, Tramp bu platformadan daxili auditoriyası üçün siyasi dividendlər qazanmaq məqsədilə istifadə etdi:

"Putin və Trampın görüşü diplomatik cəbhədə rezonans doğursa da, nəticələrin mərkəzində daha çox Rusiyanın mövqeyi müzakirə mövzusu oldu. Tramp bu platformanı daxili auditoriyası üçün siyasi dividendlərə çevirdi.

Putinin əsas hədəfi isə Ukrayna məsələsində üstünlük qazanmaq idi, lakin bu, tam reallaşmadı. Rusiya masada strateji qalibiyyət əldə edə bilmədi, sadəcə mövcud status-kvonu qorumağa çalışdı".

O bildirib ki, Kreml böyük oyunçu kimi çıxış etsə də, proseslərin gedişinə yön verən tərəf ola bilmədi:

“Bu, Rusiyanın son illərdə itirdiyi diplomatik dinamikanı açıq şəkildə göstərdi. Tramp isə sadəcə öz mövqeyini nümayiş etdirərək prosesin mərkəzinə çevrildi".

Politoloq vurğulayıb ki, Kiyev növbəti dəfə böyük güclərin siyasi müzakirələrində ikinci plana sıxışdırıldı:

"Burada ən böyük itki isə Ukraynaya dəyir. Çünki Kiyev yenə də böyük güclərin siyasi söhbətində ikinci plana sıxışdırıldı. Avropa da prosesdə aktiv deyil, müşahidəçi rolunda qalıb".

T. İsmayılov qeyd edib ki, bu görüşdə Tramp auditoriya və nüfuz qazandı:

"Rusiya isə yalnız imicini qorumaqla kifayətləndi. Görüş Kreml üçün gözlənilən qədər uğurlu olmadı və Rusiyanın diplomatik meydanda təşəbbüsü itirməsinin yeni bir sübutuna çevrildi".

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Açar sözlər: Putin Tramp Alyaska Tural İsmayılov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Avqust 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see438

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see398

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see392

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see307

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see295

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see293

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see292

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see278

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see269

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see264

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see263

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see234

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see232

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see228

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see214

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see205

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see200

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see192

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see184

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri