Azərbaycan dilinin qrammatikası yenidən yazılır İsa Həbibbəyli
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Azərbaycan dilinin saflığının qorunması və qrammatikasının yenidən yazılması sahəsində ardıcıl işlər aparılır.
Redaktor.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bu barədə AMEA-da “Elm günü” münasibətilə keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli məlumat verib.
Akademik İsa Həbibbəyli Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilinin linqvistik korpusunun yaradılması sahəsində mühüm addımların atıldığını, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğətləri üzərində işlərin tamamlandığını söyləyib. Bundan əlavə, şəxs adlarının yeni soraq kitabının hazırlanaraq aidiyyəti üzrə müvafiq quruma təqdim olunduğunu diqqətə çatdırıb.
“Tarixçi alimlərimiz 15 cildlik “Azərbaycan tarixi” üzrərində iş aparmaqla bərabər, Azərbaycan Respublikası tarixinin, yeni müstəqillik dövrü tariximizin 3 cildi üzərində işi bu ilin axırınadək tamamlamaq üçün qüvvələrini səfərbər etmişlər. Həmçinin 10 cildi nəzərdə tutulan “Azərbaycan ədəbiyyatı tarixi”nin də artıq 7 cildi çap olunmuşdur”, – deyə akademik İsa Həbibbəyli bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 07 Aprel 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















