İsa Həbibbəyli: “15 cildlik “Azərbaycan tarixi” kitabı hazırlanır”
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“15 cildilik “Azərbaycan tarixi” kitabı hazırlanma prosesindədir. Bu kitabın hazırlanmasında cənab Prezidentin Akademiyada səsləndirdiyi fikirlər konsepsiya olaraq əsas kimi qəbul ediləcək”.
Bizim.Media xəbər verir ki, bunu Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Prezidentin nitqində ümummilli məsələləri əhatə edən, siyasi-ideoloji xarakter daşıyan, bizim mənəvi varlığımızı özündə əks etdirən müddəalar xüsusi yer tutub:
“Son illərdə müxtəlif dünya ölkələrindən əldə edilmiş xəritələrin atlası hazırlanır. Bu atlasa daxil olan bizim sovet dövründən qabaqkı mərhələni əhatə edən xəritələrimiz dilçiliyə, coğrafiyaya, milli varlığımıza, kimliyimizə aid olan Azərbaycan toponimlərinin yayılma coğrafiyasının nə qədər geniş olduğunu bir daha meydana qoya biləcək”, - deyə akademiya rəhbəri qeyd edib.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 08 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















