Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Azərbaycan Dillər Universiteti ilk dəfə olaraq dünyanın nüfuzlu universitet reytinqlərindən biri olan Round University Ranking (RUR) beynəlxalq reytinqində iştirak edərək uğurlu nəticə əldə edib.
525.az xəbər verir ki, universitet RUR 2026 reytinqində dünya üzrə 964-cü, ölkə üzrə isə 5-ci yeri tutub.
RUR (Round University Ranking) universitetlərin fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Bu reytinq universitetləri tədris, tədqiqat, beynəlxalq müxtəliflik və maliyyə dayanıqlılığı göstəriciləri əsasında qiymətləndirir. RUR reytinqi universitetlərin beynəlxalq səviyyədə nüfuzunu və rəqabət qabiliyyətini müəyyən etməyə kömək edir. Bu reytinq dünyanın müxtəlif ölkələrindən olan universitetlər haqqında müqayisəli məlumat təqdim edir.
ADU-nun ilk dəfə bu reytinqdə təmsil olunması universitetin beynəlxalq səviyyədə tanınmasının, eləcə də təhsil və elmi fəaliyyət sahəsində əldə etdiyi nailiyyətlərin göstəricisidir.
ADU tədris sahəsi üzrə ölkə üzrə 2-ci, tədqiqat sahəsi üzrə 11-ci, beynəlxalq müxtəliflik üzrə 5-ci, maliyyə dayanıqlığı sahəsi üzrə 7-ci yerdə qərarlaşıb.
Əldə olunan nəticə Azərbaycan Dillər Universitetinin qlobal akademik məkanda mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və keyfiyyətli təhsil mühitinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətin mühüm göstəricisidir.
ADU gələcək illərdə də beynəlxalq reytinqlərdə iştirakını genişləndirməyi və göstəricilərini daha da yaxşılaşdırmağı hədəfləyir.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 09 İyun 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















