Icma.az
close
up
RU
Azərbaycan Universiteti RUR reytinqində mövqeyini möhkəmləndirib

Azərbaycan Universiteti RUR reytinqində mövqeyini möhkəmləndirib

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Universiteti dünyanın nüfuzlu “Round University Ranking” (RUR) beynəlxalq reytinq sisteminin yeni siyahısında 26 pillə irəliləyib. Universitet sözügedən reytinq cədvəlində 2025-ci il ilə müqayisədə 970-ci yerdən 944-cü yerə yüksələrək qlobal təhsil məkanında mövqeyini daha da möhkəmləndirib. Azərbaycan Universiteti həmçinin bu göstərici ilə ölkə üzrə 4-cü ən yaxşı ali təhsil müəssisəsi statusunu qoruyub saxlayıb. 

Dünyanın nüfuzlu beynəlxalq reytinq sistemlərindən biri olan RUR  universitetlərin fəaliyyətini 4 strateji istiqamət (tədrisin keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, beynəlmiləlləşmə səviyyəsi və maliyyə dayanıqlılığı) və 20 göstərici əsasında qiymətləndirir. Metodologiyaya əsasən, ümumi qiymətləndirmədə tədris və tədqiqat göstəricilərinin hər biri 40 faiz, beynəlmiləlləşmə səviyyəsi və maliyyə dayanıqlılığı göstəricilərinin hər biri isə 10 faiz paya malikdir. Qiymətləndirmə zamanı akademik heyətin sayı, tələbə-müəllim nisbəti, elmi nəşrlər və istinadlar, beynəlxalq əməkdaşlıq göstəriciləri, xarici tələbə və müəllimlərin payı, eləcə də universitetin maliyyə resurslarının səmərəliliyi kimi meyarlar nəzərə alınır. RUR reytinqinə Azərbaycandan bu il 17 universitet daxil olub.

Qeyd edək ki, Azərbaycan Universiteti 2024-cü ildə ilk dəfə daxil olduğu RUR reytinqində ardıcıl olaraq 3-cü dəfədir ki, ölkə üzrə 4-cü yerdə qərarlaşır. Bu nəticə Azərbaycan Universitetinin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Reytinqdə qeydə alınan irəliləyiş və ölkə üzrə statusun qorunması universitetin tədris və elmi-tədqiqat fəaliyyətinin inkişaf dinamikasını əks etdirməklə yanaşı, beynəlxalq akademik məkanda tanınırlığının artdığını da nümayiş etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 İyun 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri