Azərbaycan diplomatları xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması məsələsini müzakirə ediblər
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Milli həmrəyliyin gücləndirilməsi: diaspor fəaliyyəti və konsulluq məsələləri” ətrafında yeddinci panel keçirilib.
525.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, panel müzakirə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev və Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərovun əsas natiqlər qismində iştirakı ilə baş tutub.
Tədbir çərçivəsində ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquqlarının qorunması, zəruri konsulluq xidmətləri ilə təmini, böhran vəziyyətlərində təxliyə məsələləri və digər aidiyyəti məsələlər ətrafında müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 08 İyul 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















