Icma.az
close
up
RU
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Sevgi iksiri” operasını təqdim edib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Sevgi iksiri” operasını təqdim edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 15 noyabr, Tatyana İvanayeva, AZƏRTAC

Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində görkəmli italyan bəstəkarı Qaetano Donissettinin “Sevgi iksiri” (L’elisir d’amore) operası təqdim olunub.

AZƏRTAC xəbər verir ki, “Sevgi iksiri” bəstəkarın italyan opera-buffa ənənələrində yazılmış ən yaxşı komik operalarından biridir.

Donissetti olduqca “məhsuldar” bəstəkar idi və sözün əsl mənasında, onlarla opera yaradırdı. “Sevgi iksiri” bu günə qədər təsdiqlənmiş 70 operası arasında yazdığı 40-cı əsərdir. Bəstəkar bu operanı qələmə alanda cəmi 34 yaşında idi.

1832-ci il mayın 12-də Milanda, “Teatro alla Canobbiana” səhnəsində keçirilən premyeradan bəri bu opera dünya opera teatrlarının standart repertuarını tərk etmir və dünyanın ən çox səhnələşdirilən iyirmi operası sırasında yer almaqda davam edir.

“Sevgi iksiri” Bakı tamaşaçılarına ilk dəfə 2013-cü ildə Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən təqdim edilib. Tamaşanın quruluşçu rejissoru dəvət olunmuş istedadlı ukraynalı opera rejissoru Nikola Tret¬yak idi.

Noyabrın 14-də nümayiş olunan tamaşada baş rol olan Nemorino obrazını Azərbaycanın əməkdar artisti Fərid Əliyev ifa edib. O, düşüncəli, utancaq və həssas bir gəncin xarakterini dəqiq şəkildə canlandırıb. Aydan Quliyeva isə digər aparıcı rol — Adina obrazını ifa edib və nazlanmağı sevən, əlçatmaz görünməyə çalışan, lakin daxilən sadə və vurğun bir qızın xarakterini tamaşaçılara uğurla çatdırıb.

Çavuş Belkore rolunda Azərbaycanın əməkdar artisti Anton Ferştandt çıxış edərək, qoçaq və cəngavər görkəmli bir əsgərin karikaturalı obrazını yaradıb. Şarlatan həkim Dulkamara obrazında isə Azərbaycanın xalq artisti Əkrəm Poladov səhnəyə çıxıb, səs imitasiya və söz oyunu ustalığını böyük zövqlə oynayıb. Opera truppasının solisti Nina Makarova Adinanın rəfiqəsi Canetta rolunda qəhrəmanın “həyatda yaxşı mövqe tutmaq” fürsətini əldən verməyən xarakterini inandırıcı şəkildə canlandırıb.

Tamaşaya xüsusi rəng qatan məqam isə əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə çıxış edən xor kollektivinin peşəkarlığı olub.

Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin müşayiəti ilə, Azərbaycanın xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu altında nümayiş etdirilib.

Tamaşanın quruluşu üzərində, həmçinin Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri