Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Milli opera incilərimiz” layihəsini təqdim edir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Milli opera incilərimiz” adlı yeni layihəyə start verir. Layihə çərçivəsində teatrın opera truppasının solistləri milli opera sənətinin ən yaxşı vokal nümunələrini ifa edəcəklər.
AZƏRTAC xəbər verir ki, ilk konsert proqramı mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində olacaq. Proqramda Azərbaycan bəstəkarlarının şah əsərlərindən fraqmentlər səsləndiriləcək.
Teatrın simfonik orkestrinin və xor kollektivinin müşayiəti ilə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Pikə Axundova və Siyavuş Kəriminin əsərləri ifa olunacaq.
Səhnədə Azərbaycanın Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Fəridə Məmmədova, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Təyyar Bayramov, Arzu Əliyeva, eləcə də solistlər Mahir Tağızadə, Fəhmin Əhmədli, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov, Atəş Qarayev, Fatimə Cəfərzadə və Səma Həmzəyeva çıxış edəcəklər.
Dirijor - Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevdir. Xormeyster - Əməkdar artist Sevil Hacıyevadır. Layihənin rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Layihənin məqsədi zəngin milli musiqi irsini nümayiş etdirmək və klassik opera sənətini təbliğ etməkdir. Bundan əlavə, bu nadir ənənənin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə verməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 03 May 2025 04:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















