Icma.az
close
up
RU
Azərbaycan dövləti həmin cinayətkarları bağışlamayıb Deputatdan AÇIQLAMA

Azərbaycan dövləti həmin cinayətkarları bağışlamayıb Deputatdan AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Cinayətləri məhkəmə qaydasında sübut olunmuş 4 erməni məhkumun Ermənistana təhvil verilməsi Azərbaycan dövlətinin, cənab İlham Əliyevin təşəbbüsləri üzərində qurulmuş sülh, sabitlik, əməkdaşlıq mühiti, o cümlədən birbaşa dialoqa sədaqətinin göstəricisidir və Bakı ilə İrəvan arasında etimad mühitinin formalaşmasında mühüm mərhələ hesab edilməlidir".

Bu fikirləri Redaktor.az-a Azərbaycanın 4 erməni məhbusu Ermənistana təhvil verməsindən danışan millət vəkili Bəhruz Məhərrəmov bildirdi.

Onun sözlərinə görə, Azərbaycan dövləti və vətəndaşlarına qarşı cinayət törətmiş həmin şəxslərin Ermənistana verilməsinin müharibədən yeni çıxmış cəmiyyətdə müzakirələr yaratması təbiidir:

"Lakin nəzərə almalıyıq ki, Azərbaycan dövləti həmin cinayətkarları bağışlamayıb. Onlar Ermənistana çoxsaylı əməllərə görə təqsiri sübut olunmuş, barələrində ittiham hökmü olan məhkumlar kimi cəzaçəkmə müəssisələrində cəzalarının müəyyən müddətini çəkdikdən sonra təhvil verilib. Yəni bəzi Qərb dairələrinin, o cümlədən Avropa İttifaqı strukturlarının çoxsaylı bəyanat və qətnamələrinin əksinə, Bakı həmin cinayətkarlara münasibətdə öz mövqeyini qətiyyətlə qoruyaraq ortaya təkzibedilməz hüquqi situasiya qoymaqla, anti-Azərbaycan mərkəzlərin arqumentlərini yerlə-yeksan edib. Digər tərəfdən, eyni zamanda ölkəmiz həmin şəxslərə münasibətdə öz məqsədinə çatıb, daha dəqiq desək, onlar Azərbaycan ədalət mühakiməsi qarşısına çıxarılıb, barələrində Azərbaycan məhkəməsi hökmü qüvvəyə minib, Azərbaycanda müəyyən müddət də olsa, cəzalarını çəkiblər. Beləliklə, hər kəs şahidlik edib ki, Azərbaycan dövlətinə və vətəndaşına münasibətdə heç bir cinayət cəzasız qalmır.

İndi isə Azərbaycan dövləti sülh, sabitlik və etimad mühiti naminə həmin şəxslər üzərindən gediş edir və hər kəs də razı olar ki, cari məqamda həmin cinayətkarların daha faydalı formada istifadə olunması, onların həbsxanada bəslənməsindən daha məqsədəmüvafiqdir. Təbii ki, Ermənistan cəmiyyətində də məsələyə reaksiya müxtəlifdir, amma son nəticədə dəyişməyən bir məqam var ki, proseslərin gedişini Azərbaycan diktə edir, Azərbaycanın təklif etdiyi gündəlik üzrə, ikitərəfli və vasitəçisiz dialoq fayda verir. Üstəlik müharibədən sonrakı dövrdə dəfələrlə sübut olunub ki, proseslərin hərəkətverici qüvvəsi kimi Azərbaycan dövlətinin bütün kompromis xarakterli addımları miqyasca daha böyük maraqlarımızın təmininə yönəlib və regional xarakterli nəticələrlə müşahidə olunub".

Xatırladaq ki, ötən gün Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçaturyan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Həkəri çayı üzərindən Ermənistana təhvil verilib.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri