Icma.az
close
up
RU
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaqmı? Deputatdan AÇIQLAMA

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaqmı? Deputatdan AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Çin Xalq Respublikasının Sədri Si Cinp Prezident İlham Əliyev ilə görüşü zamanı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib. Çox vektorlu xarici siyasət həyata keçirən Azərbaycan əksər aparıcı beynəlxalq qurumlar, o cümlədən ŞƏT və təşkilata üzv olan əksər dövlətlər ilə tərəfdaşlığı gücləndirir. Qərb və Şərqlə əməkdaşlığını dərinləşdirən Azərbaycanın regional təhlükəsizliyin qorunmasında rolu daha da artmaqdadır.".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov özünün feysbuk hesabında yazıb.

"ŞƏT ilə tərəfdaşlıq coğrafı paylaşımına və əhalisinə görə dünyanın ən böyük təşkilatı ilə əməkdaşlıq deməkdir. Avrasiyanın 65, dünya ərazisinin 24 faizini əhatə edən təşkilata üzv dövlətlərdə dünya əhalinin 42 faizi yaşayır. Bu eyni zamanda, qlobal nominal ÜDM-in 23, real iqtisadiyyatın isə 36 faizinin həmin dövlətlərdə formalaşması deməkdir. Azərbaycan təşkilat ilə dialoq tərəfdaşlığı olan 14 dövlətdən biridir. 10 üzvü olan təşkilatda 2 dövlət müşahidəçi kimi təmsil olunur. Hazırda ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan müşahidəçi ölkə statusu almaq üçün rəsmi müraciət edib. Azərbaycan dialoq tərəfdaşı kimi bu qurumla sıx əməkdaşlıq edir. ŞƏT ilə əməkdaşlığın güclənməsi fonunda Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi prioritet olaraq qalmaqdadır. Çox vektorlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirir", - deyə millət vəkili yekunlaşdırıb.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Sentyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see188

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see140

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see134

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see131

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see130

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see129

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see127

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see127

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see125

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri