Icma.az
close
up
RU
Azərbaycan dövləti qəhrəmanlarını unutmur: Oleq Babakın xatirəsi Poltavada anılıb

Azərbaycan dövləti qəhrəmanlarını unutmur: Oleq Babakın xatirəsi Poltavada anılıb

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

1991-ci ilin aprelin 7-də Qubadlı rayonunda mülki azərbaycanlıları erməni silahlılarından qoruyarkən qəhrəmancasına həlak olan Sovet İttifaqı Qəhrəmanı, ukraynalı leytenant Oleq Babakın xatirəsi doğulduğu Poltava vilayətinin Viktoriya kəndində anılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə qəhrəmanın doğum günü ərəfəsində keçirilən anım tədbirində əvvəlcə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi, birinci dərəcəli kapitan Əziz Nuriyev, səfirliyin birinci katibi Namiq Niftullayev və hərbi attaşenin baş köməkçisi mayor İbrahim Hüseynov O.Babakın valideynlərinə baş çəkiblər. Babakın valideynləri Azərbaycan dövlətinin onların problemləri ilə həmişə yaxından maraqlandığını vurğulayıblar.

Sonra tədbir iştirakçıları O.Babakın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.

O.Babakın Azərbaycanın Qubadlı rayonunda mülki şəxsləri erməni silahlılarından qoruyarkən göstərdiyi qəhrəmanlıqdan danışan səfirliyin hərbi attaşesi Əziz Nuriyev bildirib ki, o, yerli kənd camaatı ilə birgə təxminən 70 erməni silahlısının mühasirəsinə düşüb. Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan Oleq Babak heç bir azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər qəhrəmancasına vuruşub və həlak olub. O, bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatını xilas edib.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğal altında olan torpaqlarımızı, o cümlədən Qubadlı rayonunu azad edib. Azərbaycan dövləti bütün şəhidlərin əziz xatirəsini hər zaman əziz tutur, onların ailələrinə yardımlarını davam etdirir”, - deyə Əziz Nuriyev vurğulayıb.

Qeyd edək ki, Oleq Babak 1967-ci il fevralın 25-də Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində doğulub. SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin martından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib.

SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının leytenantı Oleq Babak SSRİ prezidentinin 1991-ci il 17 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri 

Poltova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri