Icma.az
close
up
RU
Deputat: “Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq”

Deputat: “Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq”

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir. Anım Günü həm də Azərbaycan dövlətinin öz qəhrəman övladlarının fədakarlığına verdiyi yüksək dəyərin, onların ailələrinə və sağlamlığını itirmiş qazilərə göstərilən qayğının mühüm ifadəsidir. Şəhidlərin, qazilərin və müharibə iştirakçılarının xidmətlərinə ehtiram müasir Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biridir.” 

Bunu Milli Məclisin deputatı  Göydəniz Qəhrəmanov AZXEBER.COM-a açıqlamasında deyib. 

Parlamentari bildirib ki, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqın arxasında güclü dövlətin dayanmasının nə qədər vacib olduğunu bir daha göstərdi: 

"Azərbaycan bu prinsipə sadiq qalaraq müharibə başa çatdıqdan sonra şəhid ailələrinin sosial müdafiəsi, qazilərin müalicəsi və reabilitasiyası, onların normal həyata qayıtmaları istiqamətində ardıcıl tədbirlər həyata keçirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, dövlət öz əsgərinin, şəhid ailələrinin və qazilərinin yanında olmağa davam edəcək.Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi bu siyasətin ən mühüm istiqamətlərindən biridir. 2020-ci il dekabrın 2-də imzalanan Sərəncamla hər il sentyabrın 27-sinin Anım Günü kimi qeyd olunması xalqın qəhrəman övladlarına ümummilli ehtiramının dövlət səviyyəsində təsdiqidir. Bu tarix yalnız təqvimdə qeyd olunan gün deyil. O, Vətən uğrunda həyatını fəda edən insanların xalqın yaddaşında əbədi yaşadığını, onların qəhrəmanlığının gələcək nəsillərə örnək olduğunu ifadə edir.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin yaddaşlarda yaşadılması üçün həyata keçirilən layihələr də xüsusi məna daşıyır. Bakıda yaradılan Zəfər parkı və Vətən Müharibəsi Memorial Kompleksi ideyası məhz xalqımızın Qələbə tarixinin, şəhidlərimizin əziz xatirəsinin və Azərbaycan əsgərinin qəhrəmanlığının gələcək nəsillərə çatdırılması məqsədinə xidmət edir. Bu məkanlar yalnız memarlıq nümunəsi deyil, həm də müasir Azərbaycan tarixinin canlı yaddaş məkanlarıdır.Zəfər parkının 44 günlük Vətən müharibəsinin rəmzlərini özündə əks etdirən konsepsiyası da təsadüfi deyil. Parkın girişində ucaldılan Zəfər tağı, memorial elementlər, Qarabağ yaddaşını yaşadan məkanlar və Azadlıq Bayrağı Meydanı Azərbaycanın Qələbəyə gedən yolunu simvolizə edir. Buraya gələn hər bir insan azad edilmiş torpaqlar uğrunda aparılan mübarizənin hansı böyük fədakarlıq hesabına mümkün olduğunu daha dərindən dərk edir”.

Deputat qeyd edib ki,  qəhrəmanlığın dövlət tərəfindən qiymətləndirilməsi Vətən müharibəsi iştirakçılarına verilən yüksək təltiflərdə də özünü göstərir:

"Qəhrəmanlığın dövlət tərəfindən qiymətləndirilməsi Vətən müharibəsi iştirakçılarına verilən yüksək təltiflərdə də özünü göstərir. Bu məqsədlə "Zəfər” və "Qarabağ” ordenlərinin, eləcə də Vətən müharibəsinin müxtəlif əməliyyatları və iştirakçıları ilə bağlı medalların təsis olunması Azərbaycan əsgər və zabitlərinin şücaətinə verilən yüksək qiymətin ifadəsidir. Bu təltiflər təkcə fərdi qəhrəmanlıqların qiymətləndirilməsi deyil, həm də xalqın öz müdafiəçilərinə olan ehtiramının rəmzidir.Şəhid ailələrinin və qazilərin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müharibə zamanı və sonrakı dövrdə sağlamlığını itirmiş hərbçilərin müalicəsi, reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi, sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Ehtiyacı olan şəxslərə göstərilən dəstək bir daha təsdiqləyir ki, Vətən uğrunda fədakarlıq göstərən insanlar dövlətin diqqətindən kənarda qala bilməz.

Bu sahədə "YAŞAT” Fondunun fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Şəhid ailələrinə və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərə dəstək məqsədilə yaradılan fond dövlət və cəmiyyət həmrəyliyinin nümunəsinə çevrilib. Onun fəaliyyəti göstərir ki, Vətən müharibəsində yaranan milli birlik müharibənin başa çatmasından sonra da davam edib və sosial həmrəylik formasında özünü göstərməkdədir”. 

"Anım Günü bizi şəhidlərimizin qəhramanlığını daima uca tutmaq və nəyin bahasına torpaqlarımızı azad etməsini göstərir. Bu yalnız onların adını ehtiramla çəkməkdən ibarət deyil. Onların uğrunda can verdiyi müstəqil, güclü və inkişaf edən Azərbaycanı daha da qüdrətləndirmək hər birimizin məsuliyyətidir. Şəhidlərin xatirəsini yaşatmaq həm də onların amalına sadiq qalmaq, dövlətçiliyimizi qorumaq və gələcək nəsillərdə Vətən sevgisini gücləndirmək deməkdir. Bu gün Azərbaycan xalqı öz qəhrəmanları ilə fəxr edir. Şəhidlərimiz xalqımızın mənəvi ucalığını, qazilərimiz isə yenilməz iradəsini təcəssüm etdirirlər. Onların fədakarlığı nəticəsində əldə olunan Qələbə müasir Azərbaycan tarixinin ən böyük nailiyyətlərindən birinə çevrilib. 27 Sentyabrda bütün Azərbaycan bir daha şəhidlərinin müqəddəs ruhu qarşısında baş əyir. Bu ehtiram yalnız bir günün hissi deyil, əbədi yaddaşın ifadəsidir. Azərbaycan dövləti və xalqı öz qəhrəmanlarını unutmayacaq, onların xatirəsini yaşadacaq, qazilərinə qayğı göstərəcək və şəhidlərin bizə əmanət etdiyi azad Vətəni daha da gücləndirəcək”, - deyə Göydəniz Qəhrəmanov açıqlamasında bildirib.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 Sentyabr 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri