Icma.az
close
up
RU
“Azərbaycan dövlətinin etibarından sui istifadə edib...” Millət vəkili

“Azərbaycan dövlətinin etibarından sui istifadə edib...” Millət vəkili

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda uzun illər mövcud olduğu iddia edilən Rusiya şəbəkəsi ilə bağlı müxtəlif məlumatlar zaman-zaman gündəmə gəlib. Son dövrlərdə bu mövzu artıq faktlarla da təsdiqlənməkdədir. Məlumata görə, bu şəbəkənin üzvləri Bakı ətrafındakı bağ evlərində toplaşır, qeyri-rəsmi görüşlər keçirir, müəyyən planlar qururdular. Şəbəkənin Moskvadan təyin edilmiş və mütəmadi olaraq Azərbaycana səfər edən kəşfiyyat nümayəndəsi tərəfindən idarə olunduğu bildirilir. Bu strukturun başında isə uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş, özünü 'boz kardinal' statusunda görən Ramiz Mehdiyevin dayandığı qeyd olunur.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Müşfiq Cəfərov bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlər getdikcə gərginləşməkdədir:
“Bunun başlıca səbəbi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin vurulması oldu. Xüsusilə, son günlər Rusiya mediasında peyda olan guya Qazaxıstan hökuməti tərəfindən sızdırıldığı iddia olunan yazılar vəziyyəti daha da gərginləşdirdi. Rusiya mediası iddia edir ki, guya araşdırma göstərib ki, AZAL təyyarəsinin pilotları qərar veriblər ki, Aktauya ensinlər. Bu da açıq-aşkar Rusiyanın günahı mümkün olduqca, öz boynundan atmağa çalışması kimi görülür. Rusiya Azərbaycanla münasibətlərdə ortaq mövqe əldə etməyəndə, Ermənistanla yaxınlaşmağa başlayır. Təbii ki, bu da gülünc bir mənzərə yaradır. Hətta Ermənistan xarici işlər naziri Mirzoyan və Rusiya XİN başçısı Lavrovla görüşdə Lavrovun Ermənistanı "Rusiyanın təbii strateji tərəfdaşı" adlandırması da məhz Azərbaycanla olan gərginliyin nəticəsidir.Bakıda mədəni layihələr həyata keçirmək, iki ölkə arasında dostluq körpüsünü möhkəmləndirmək üçün yaradılan "Rus evi” qanunsuz formada fəaliyyət göstərdiyinə və bu "Rus evi” i  casus yuvasına, agentura şəbəkəsinə çevirərək, milli maraqlarımızı təhdid etdiyinə görə, hüquqi dövlət olan Azərbaycan "Rus evi”ni qanuna uyğun olaraq qeydiyyatdan keçməyə dəvət etdiyi üçün Rusiyanın bütün "şər aparatı” ölkəmizi hədəf seçib”.
Millət vəkili onu da vurğulayıb ki, Azərbaycan şimal qonşumuzun mediasının təhqir, təhdid və hədələri ilə üz-üzədir:
“Rusiyalı depuatlar “azərbaycanlıları Rusiyadan qovmaq lazımdır” cümləsindən tutmuş “azərbaycanlıların diaspora təşkilatlarını dağıtmaq lazımdır” cümləsinə qədər ağızlarına gələni danışırlar.
Azərbaycan əleyhinə danışan Rusiya Dövlət Dumasındakı deputatların əksəriyyəti  də bu ölkənin hakim partiyasının üzvləridir. Bu kimi açıqlamaların ardınca, azərbaycanlı miqrantlara qarşı zorakılıq hallarının artacağı da ehtimallar arasındadır. Bütün bunlar təkcə ona görə baş vermir ki, Kreml raketlə vurulan təyyarəyə və öldürülən insanlara görə məsuliyyət daşımaq istəmir. Rusiya uzun illər Azərbaycan dövlət idarəçilliyində rəhbər vəzifədə olmuş bəzi şəxsləri özünə casus etməyə cəlb edib. Təəssüf ki, bu tip casusluq şəbəkələri çox vaxt elə yüksək rütbəli məmurlardan ibarət olur. Azərbaycan dövlətinin və xalqının etibarından sui istifadə edib, onların milli maraqlarını satanların geci-tezi dövlətimizin qanunları qarşısında cavab verəcəyi heç şübhəsizdir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Fevral 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri