Icma.az
close
up
RU
Azərbaycan sülhsevər siyasət yürüdür Millət vəkili

Azərbaycan sülhsevər siyasət yürüdür Millət vəkili

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Prezident  İlham Əliyevin 2025-ci il oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanada verdiyi bəyanatlar və Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasındakı çıxışı qardaşlıq, strateji tərəfdaşlıq və qarşılıqlı etimadın ən yüksək təzahürüdür".

Bu fikirləri 525.az-a Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım deyib. 

Deputat bildirib ki, bu çıxış həm regionun gələcəyi, həm də Türk dünyasının birliyi baxımından mühüm siyasi və geosiyasi mesajlarla zəngindir.

Prezident İlham Əliyevin fikirləri bir daha göstərdi ki, Azərbaycan–Qazaxıstan münasibətləri təkcə dövlətlərarası əməkdaşlıq deyil, həm də ortaq tarixi, mədəni və mənəvi köklərə söykənən qardaşlıq münasibətləridir. Bu münasibətlərdə hər iki ölkə bir-birinə etibarlı tərəfdaş, sınaqlardan keçmiş dost və Türk dünyasının birliyinə töhfə verən aparıcı dövlətlər kimi çıxış edir.

Dövlət başçımızın vurğuladığı kimi, Prezident Kasım-Jomart Tokayevin müdrik rəhbərliyi altında Qazaxıstanın sosial-iqtisadi inkişafı, modernləşmə və süni intellekt kimi yeni texnologiyaların tətbiqi sahəsində atdığı addımlar bütün region üçün örnəkdir. Bu, təkcə Qazaxıstanın inkişafının deyil, həm də Mərkəzi Asiyanın sabit və dayanıqlı gələcəyinin təminatıdır. Azərbaycan bu inkişafı qardaş sevincilə izləyir və dəstəkləyir.

Millət vəkilinin sözlərinə görə, bugün Azərbaycan və Qazaxıstan beynəlxalq müstəvidə bir-birinə daim dəstək verən, vahid mövqedən çıxış edən iki dövlət kimi möhkəm təməl üzərində dayanır. Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda bu həmrəylik daim özünü göstərir.

Qazaxıstanın Ermənistan-Azərbaycan münaqişəsi dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, işğal illərində və ondan sonra göstərdiyi həmrəylik bu qardaş münasibətlərin dərinliyini nümayiş etdirir.

Prezident bu çıxışı ilə Cənubi Qafqazda sülhün və əməkdaşlığın artıq real mərhələyə qədəm qoyduğunu bir daha dünyaya bəyan etdi. Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra Azərbaycanın Ermənistana qarşı tranzit məhdudiyyətlərini aradan qaldırması, ilk tranzit yükün Qazaxıstandan Ermənistana taxıl daşınması olması, sülhün artıq praktik müstəviyə keçdiyinin parlaq göstəricisidir.

Bu hadisə həm də göstərir ki, Azərbaycan sülhsevər siyasət yürüdür və regionda bütün dövlətlərin sabitliyi və rifahı naminə konstruktiv addımlar atır.

Fatma Yıldırım qeyd edib ki, Qazaxıstanın azad olunmuş ərazilərin bərpasında, xüsusilə də Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ilə simvolik dəstəyi hər bir azərbaycanlı üçün dərin mənəvi əhəmiyyət daşıyır. Bu mərkəz yalnız bir təhsil ocağı deyil, Azərbaycan və Qazaxıstan qardaşlığının rəmzidir. Qarabağın dirçəlişində bu cür qardaş dəstəyi “Böyük Qayıdış” proqramının uğuruna töhfə verir.

Prezidentin çıxışında vurğulandığı kimi, Zəngəzur dəhlizi və Orta Dəhliz təkcə Azərbaycan və Qazaxıstan üçün deyil, bütün Avrasiya regionu üçün yeni imkanlar açır. Zəngəzur dəhlizinin 2028-ci ilə qədər tam istismara verilməsi planlaşdırılır və bu, Asiyadan Avropaya uzanan ticarət və logistika xəritəsini köklü şəkildə dəyişəcək. ABŞ prezidenti Trampın təşəbbüsü ilə TRIPP layihəsi isə, Orta Dəhlizin yeni marşrutlarını birləşdirərək regionun qlobal nəqliyyat mərkəzinə çevrilməsinə xidmət edəcək.

Bu layihələr sayəsində Azərbaycan və Qazaxıstan regionda enerji, logistika və kommunikasiya körpüləri quraraq Avrasiyanın iqtisadi inteqrasiyasına rəhbərlik edən dövlətlərə çevrilməkdədir.

Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya vahid geostrateji məkan kimi bir-birinə bağlanır. Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan yeni əməkdaşlıq mühiti xalqlarımızı daha da yaxınlaşdırır.

Deputat bildirib ki, Azərbaycan gələn il həm İslam Əməkdaşlıq Təşkilatının Sammitinə, həm də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitinə ev sahibliyi etməklə qlobal dialoq və əməkdaşlıq mərkəzi kimi çıxış edəcək.

Prezident İlham Əliyevin Astanadakı çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan–Qazaxıstan münasibətləri strateji müttəfiqlik səviyyəsini çoxdan aşıb və yeni mərhələyə, geosiyasi əməkdaşlıq, iqtisadi inteqrasiya və ortaq dəyərlər mərhələsinə qədəm qoyub.

Bu münasibətlər Türk dünyasının gücünün, Avrasiyanın gələcəyinin və regionda sabitliyin mühüm dayağıdır. Qazaxıstanın uğuru Azərbaycan üçün sevinc, Azərbaycanın uğuru isə Qazaxıstan üçün qürurdur. Qardaşlıq, etimad və ortaq məqsədlər üzərində qurulan bu münasibətlər uzun illər xalqlarımıza sülh, rifah və tərəqqi bəxş edəcək - deyə Fatma Yıldırım vurğulayıb.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri