Icma.az
close
up
RU
Azərbaycan dövlətinin qətiyyəti və cəzasına çatan terrorçu

Azərbaycan dövlətinin qətiyyəti və cəzasına çatan terrorçu

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam cəzası bu gün səhər saatlarında icra edilib. Təbii ki, cinayətkarla bağlı məhkəmə qərarının icra edilməsi Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin ədalətin bərpa olunması üçün nümayiş etdirdiyi qəti və prinsipial mövqeyin nəticəsidir. Çünki terror hadisəsi baş verəndən dərhal sonra Prezident İlham Əliyev səfirliyin fəaliyyətinin dayandırılması, diplomatlarımızın geri çağırılması ilə bağlı tapşırıq verdi, məsələ ilə əlaqədar Azərbaycanın prinsipial mövqeyini açıqladı. Bu baxımdan, qərarın icrası bir daha Azərbaycan dövlətinin öz vətəndaşının yanında olduğunu, harada olmasından asılı olmayaraq, onun arxasında durduğunu bir daha nümayiş etdirdi. Çünki istər 30 illik işğala son qoyulması ilə bağlı, istərsə də digər məsələlərdə insanlarımızın qanı yerdə qalmayıb, onların qisasları alınıb. Azərbaycan dövləti öz haqlı mövqeyini ortaya qoyub və ədalətin təntənəsinə nail olub.

Məsələnin digər tərəfi isə Azərbaycan-İran münasibətlərində müşahidə olunan istiləşmə ilə bağlıdır. Ələlxüsus, İran Prezidenti Məsud Pezeşkianın səfərindən sonra artan pozitiv dinamika öz bəhrəsini verir. Bu gün terrorçunun öz layiqli cəzasına çatması da bunu deməyə əsas verir. Ümid etmək olar ki, bu dinamika qorunub-saxlanacaq.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, İran tərəfdən bu prosesdə müəyyən yubanmalar müşahidə edilirdi, amma Prezident İlham Əliyevin ədalətin bərpa olunması üçün ortaya qoyduğu qəti mövqe məntiqi sonluqla nəticələndi:

"Bu ilin aprel ayında ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, biz qəti şəkildə əminik ki, bu, Azərbaycana qarşı təşkil edilmiş terror idi. Bu hadisənin şəxsi zəmində baş verməsi kimi iddialar tamamilə əsassızdır. İki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır.

Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır. Torpaqlarımızım işğaldan azad olunması, bütün şəhidlərimizin qisasının döyüş meydanında alınması dövlətimizin, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu məsələdə nə qədər prinsipial mövqe ortaya qoyduğunun təsdiqidir. Vətəndaşının yanında olan, onu hər zaman qoruyan dövlətimizin haqlı və prinsipial mövqeyi nəticəsində İran tərəfi də anladı ki, münasibətlərin normal axarda davam etməsi üçün ədalət təmin edilməli, cinayətkar cəzalandırılmalıdır".

"İran Prezidenti Pezeşkianın ölkəmizə səfərindən sonra iki dövlət arasında münasibətlərin inkişafında yeni mərhələ başlayıb. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu günlərdə Tehranda səfərdə olarkən bildirdi ki, Azərbaycanla İran arasındakı münasibətlər yeni bir inkişaf mərhələsinə qədəm qoyub. İran Prezidenti Pezeşkianın Azərbaycana rəsmi səfəri, keçirilən görüşlər, nümayəndə heyətləri səviyyəsində aparılmış müzakirələr İran-Azərbaycan əlaqələrində yeni bir səhifə açdı. Azərbaycan-İran münasibətlərinin bu gününə qısa baxış əsasında deyə bilərik ki, səfirliyimizə hücum edən terrorçunun cəzalandırılması da əlaqələrimizin inkişafında müşahidə olunan dinamikanın qorunub-saxlanmasına müsbət təsir göstərəcək", - deyə deputat əlavə edib.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 May 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri