Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Azərbaycan öz məqsədlərinə uğurla və inamla çatan dövlətdir

Azərbaycan öz məqsədlərinə uğurla və inamla çatan dövlətdir

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Artıq beşinci ildir ki, Azərbaycanın milli prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışının təmin olunmasıdır. Vətən müharibəsindən ötən dövrün mənzərəsi göstərir ki, dövlətimizin bu prioriteti dinamik şəkildə reallaşır. Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa edilir, yenidən qurulan şəhər və kəndlərimiz hər həftə qayıdış karvanlarını qarşılayır.

Avqustun 21-də doğma sakinlərini qarşılayan yurd yerlərimizin sırasına Kəlbəcər şəhəri də qoşuldu. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşləri, onlara mənzillərin açarlarının təqdim olunması sürətlə reallaşan Böyük Qayıdışın və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi quruculuğun növbəti təntənəsinə çevrildi.

Prezident İlham Əliyev həmin gün Kəlbəcər sakinləri ilə görüşdə bir sıra tarixi proseslərə nəzər salaraq həm də yaddaşları təzələdi, xalqımızın hansı çətin mərhələlərdən keçdiyini, dövlətimizin torpaqlarımızın işğaldan azad olunması zamanı hansı təzyiqlərə qətiyyətlə sinə gərdiyini diqqətə çatdırdı. Dövlətimizin başçısının çox düzgün olaraq qeyd etdiyi kimi Kəlbəcərin 1993-cü il aprel ayının əvvəlində Ermənistan tərəfindən işğal edilməsi məhz o vaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur. Bununla da ermənilər Ermənistanla Qarabağ arasında daha böyük coğrafiyada bağlantının yaradılmasına nail olublar və beləliklə, Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlərə gətirib çıxarmışdı.  

Qarabağ və Şərqi Zəngəzur beynəlxalq səviyyədə Azərbaycan torpaqları kimi tanınsa da, beynəlxalq ictimaiyyət Ermənistana ərazilərimizin işğalına son qoymaq üçün heç bir təsir göstərmədi. Prezident İlham Əliyevin bildirdiyi kimi əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi və işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə ki, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi. Beynəlxalq praktikada da BMT tərəfindən qəbul edilmiş sənədlərin məcburi icra olunmasına dair təcrübə mövcuddur. Lakin Ermənistana münasibətdə heç bir təzyiq və ya təsir mexanizmləri işə salınmadı. Əksinə, Minsk qrupu uzun illər ərzində münaqişənin dondurulmasına çalışdı və bununla da Ermənistanın işğal siyasətinə dolayısı ilə dəstək verdi. Bunu Ermənistana verilən və İkinci Qarabağ savaşında Azərbaycan tərəfindən məhv edilən, qənimət götürülən silahlar da təsdiq edir. Prezident İlham Əliyev bu barədə danışarkən çox haqlı olaraq vurğuladı ki, bu silahlar Ermənistana Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün verilirdi: 

«Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz, hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişəsülh yolu ilə həll olunmasın».

Başda Fransa olmaqla Qərb dairələri düşünürdülər ki, Azərbaycan zamanla Qarabağda erməni dövlətinin yaradılması kimi mənfur planla razılaşacaq. Lakin Azərbaycan dövləti və xalqı bu vəziyyətlə heç vaxt barışa bilməzdi və barışmadı da. Aparılan danışıqlar prosesində Azərbaycana qarşı təzyiqlər olsa da, respublikamız öz ədalətli və qətiyyətli mövqeyindən geri çəkilmədi, ərazi bütövlüyümüzə zidd olan heç bir həll planını qəbul etmədi. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi torpaqlarımızın işğaldan azad ediləcəyi tarixi də yaxınlaşdırdı. 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın inkişafının, yüksəlişinin təntənəsi oldu.

Çətin relyefə, mürəkkəb coğrafi ərazi quruluşuna malik Kəlbəcər rayonunun azad edilməsi Vətən müharibəsi tarixinin şərəfli səhifələrindən biridir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata, başqa cür desək, Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən Kəlbəcərin, o cümlədən Ağdam və Laçın rayonlarının bir güllə atılmadan işğaldan azad edilməsi həm də Azərbaycanın siyasi-diplomatik qələbəsi kimi tarixə düşdü. 

Vətən müharibəsindən sonrakı dövr də Azərbaycanın şanlı tarixidir. “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, deyən Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin nəticəsi olaraq Vətən müharibəsindən sonrakı dövrdə də ölkəmiz təmkinlə öz hədəflərinə doğru irəlilədi. Uğurla həyata keçirilən “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları, Laçında Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması göstərirdi ki, Qarabağda erməni separatizminə son qoyulacağı tarix də uzaqda deyil. Xəbərdarlıqlardan nəticə çıxarmayan, hərbçilərimizə və mülki vətəndaşlarımıza qarşı təxribatlar həyata keçirən, ərazilərimizi minalayan Qarabağdakı separatçı rejimin lokal antiterror tədbirləri nəticəsində cəmi bir sutka ərzində məhv edilməsi bir daha Azərbaycan dövlətinin gücünün, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin təcəssümünə çevrildi.

Tarixdən bəlli olduğu kimi son 80 ildə müharibələrdə Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb. Hazırki mürəkkəb və ziddiyyətli beynəlxalq münasibətlər və beynəlxalq hüququn işləmədiyi bir şəraitdə Azərbaycan dövləti öz milli haqqını inamla, layiqincə təmin etdi. Ölkəmiz həm də başda Fransa olmaqla, Ermənistanın işğal siyasətini müdafiə edən siyasi mərkəzlərə, dünya erməniliyinə qalib gəldi. Prezident İlham Əliyevin Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə dediyi kimi bütün bunlar şanlı tariximiz və məqsədyönlü siyasətimizin bir hissəsidir. 

Ərazilərini döyüş yolu ilə işğaldan azad edən, Qarabağda erməni separatizminə son qoyan Azərbaycan bu gün həm də regionda sülhün bərqərar olmasını təmin edir. Avqustun 8-də Vaşinqtonda paraflanan sülh sazişinin layihəsinin müəllifi dəAzərbaycandır. Ermənistanın mətni ilə razı  olduğu bu saziş layihəsi Azərbaycanın Vətən müharibəsindən sonra qarşıya qoyduğu məqsədləri, regiondayaratdığı yeni reallıqları özündə ehtiva edir. Qürur və fəxrlə qeyd etməliyik ki, Azərbaycanın regionda yaratdığı reallıqlar beynəlxalq birlik tərəfindən tam qəbul edilir. Bütün bunlar isə respublikamızın qarşısına qoyduğu digər məqsədlərə doğru inamla irəliləməsini şərtləndirir. 

Prezident İlham Əliyev Kəlbəcərdən həm də Azərbaycana təhlükə yaratmaq fikrində olanlara bir daha xəbərdardlığını edərək dedi: 

«Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək».

Bəli, Azərbaycanın yolu sülh və quruculuqdur, respublikamız heç kimlə müharibə aparmaq fikrində deyil. Lakin Azərbaycana təhdid yaratmaq istəyənlərinlayiqli cəzası dərhal veriləcək. Bunu yaxın tariximiz də təsdiq edir. Tarix həm də onu təsdiq edir ki, Azərbaycan öz məqsədlərinə uğurla və inamla çatan dövlətdir.

Xanlar Fətiyev

Milli Məclisin deputatı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://missiya.az
archiveBu xəbər 23 Avqust 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see636

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see437

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see435

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see401

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see385

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see381

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see342

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see281

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see266

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see264

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see246

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see242

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see228

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see228

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see224

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see223

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see219

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see219

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see214

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri