Icma.az
close
up
RU
Azərbaycan dünya nizamında hər zaman milli maraqlarına söykənir ŞƏRH

Azərbaycan dünya nizamında hər zaman milli maraqlarına söykənir ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq media qurumlarına verdiyi müsahibələrlə ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırmaqda mühüm rol oynayır. Xüsusilə, onun Bakıda keçirilən XXII Qlobal Bakı Forumu zamanı "Euronews" televiziyasına verdiyi müsahibə geniş rezonans doğurub və Azərbaycanın regional siyasəti, beynəlxalq münasibətləri və inkişaf perspektivləri barədə ətraflı məlumat verib. XII Qlobal Bakı Forumu əsasən beynəlxalq əməkdaşlığın gücləndirilməsi, münaqişələrin həlli və qlobal problemlərə birgə yanaşmaların inkişafı baxımından mühüm platformadır. Forum liderlər, siyasətçilər və ekspertlərin bir araya gələrək müxtəlif sahələrdə müzakirələr aparmasını təmin edir. Bu cür tədbirlər, regional və qlobal səviyyədə sülhün, sabitliyin və inkişafa yönəlmiş siyasətlərin formalaşmasına kömək edir. Forum, Azərbaycanın beynəlxalq aləmdəki rolunu artırmaq və müsbət imicini gücləndirmək baxımından da əhəmiyyətlidir. Müsahibə zamanı cənab Prezident Azərbaycanın xarici siyasət prioritetlərinə, regiondakı geosiyasi vəziyyətə və ölkəmizin iqtisadi inkişafına toxunub. O, Azərbaycanın müstəqil siyasət yürütməsini və beynəlxalq hüququn prinsiplərinə sadiqliyini vurğulayıb. Həmçinin, Qarabağ məsələsinə dair Azərbaycanın haqlı mövqeyini bir daha diqqətə çatdıraraq, ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini və post-münaqişə dövründə görülən işləri qeyd edib. Müsahibə zamanı jurnalistin suallarına dəqiq və diplomatik cavablar verən cənab Prezident Azərbaycanın beynəlxalq tərəfdaşlarla əlaqələrinin inkişaf etdiyini, ölkəmizin sabitlik və inkişafa yönəlmiş siyasət apardığını vurğulayıb. Cənab Prezident İlham Əliyev "Euronews" televiziyasına verdiyi müsahibədə "Dünya nizamı artıq mövcud deyil" fikrini irəli sürərək, qlobal siyasətdəki qeyri-müəyyənlikləri və dəyişiklikləri vurğulayıb. O, beynəlxalq münasibətlərin mürəkkəbliyini, bəzi təşkilatların zəifliyini və mövcud sistemin iflas etdiyini qeyd edərək, yeni bir dünya nizamının yaradılmasının zəruriliyini bildirib. Bu yanaşma, Azərbaycanın müstəqil və proaktiv xarici siyasətini daha da möhkəmləndirmək məqsədini güdür. Bu müsahibə bir daha göstərdi ki, Azərbaycan regional və qlobal məsələlərdə prinsipial mövqeyini qoruyur və müstəqil siyasət yürüdür. Bu çıxış, həm də ölkəmizin müstəqil və qətiyyətli siyasətinin bir nümunəsi kimi yadda qaldı.

Fuad Həbibzadə

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Mart 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri