Icma.az
close
up
RU
Yeni dünya nizamında Azərbaycan Türkiyə münasibətləri

Yeni dünya nizamında Azərbaycan Türkiyə münasibətləri

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“IV Şuşa Qlbal Media Forumunda həmişə olduğu kimi Türkiyə – Azərbaycan münasibətləri də iştirakçıların maraq göstərdiyi məsələlərdən biri idi. Prezident İlham Əliyevin Forum iştirakçılarının suallarına verdiyi cavablarda Türkiyə – Azərbaycan münasibətlərinin regionda və beynəlxalq siyasətdə oynadığı rol geniş şəkildə öz əksini tapdı”.

Bunu Gununsesi.info-ya açıqlamasında deputat Cavanşir Feyziyev deyib :

“Bu münasibətlərin unikallığı, tarixiliyi və gələcəyinin müəyyənliyi yeni dünya nizamında türk dünyasının yerinə və roluna aydınlıq gətirir.

Dünyada etnik mənsubiyyətinə və genealoji mənşəyinə görə qardaş hesab oluna biləcək bir çox xalqlar var.

Məsələn, slavyan xalqlarının və ya roman mədəniyyətinə aid bir sıra Avropa xalqlarının etnik kökü bir mənbədən gəlir. O cümlədən müasir türk xalqlarının vahid soykökdən budaqlanaraq bu günkü diferensial fərqliliklər əldə etməsi heç kimə sirr deyil.

Lakin bu günkü beynəlxalq münasibətlər sistemində eyni sivilizasiya köklərinə mənsubiyyət heç də həmişə prioritet rol oynamır. Yəni bu gün deyə bilmərik ki, eyni soy kökünə malik olan xalqlar arasında mütləq şəkildə qardaşlıq münasibətləri mövcuddur və ya onların yaratdıqları müasir dövlətlər arasında birmənalı müttəfiqlik münasibətləri var. Məsələn, hazırda Avropada tüğyan edən ən qanlı müharibə məhz eyni soykökə malik olan slavyan xalqları arasında gedir. Və ya pandemiya zamanı eyni soy-kökdən gələn bəzi Avropa xalqlarının bir-birinə qarşı sərgilədiyi münasibətləri heç bir şəkildə qardaşlıq münasibətləri adlandırmaq mümkün deyil”.

Deputat əlavə edib ki, bu gün yalnız Azərbaycanla Türkiyə arasındakı dövlətlər arası münasibətləri vahid sivilizasiya dayaqları üzərində qurulmuş yeganə nümunəvi müttəfiqlik örnəyi hesab etmək olar:

“Xalqlarımız arasındakı qardaşlığın bütün sahələrdə, o cümlədən ictimai-siyasi, hərbi, iqtisadi, mədəni-humanitar əlaqələr istiqamətində dövlət siyasəti səviyyəsində prioritet rol alması vaxtilə Heydər Əliyev tərəfindən irəli sürülmüş “bir millət, iki dövlət” paradiqmasının real siyasətdə təzahürüdür.

Bu münasibətlər artıq bir çox sınaqlardan çıxıb və hər sınaqdan sonra daha da möhkəmlənməkdədir. Ən yaxın tariximizdə 1915-ci ilin məşhur Çanaqqala döyüşündən, 1918-ci ildə Qafqaz İslam Ordusunun yeni yaranmış müstəqilliyimizə dəstəyindən tutmuş Vətən müharibəsindəki Zəfərimizə qədər bu qardaşlığın sonsuz sayda sübutları var. Bu tarixi münasibətlərin 2021-ci ildə Şuşa Bəyannaməsi ilə yenidən təsbit olunması yaranmaqda olan yeni dünya nizamı çərçivəsində gələcək münasibələrimizin koordinatlarını bir daha müəyyənləşdirmiş oldu.

Yəni Şuşa Bəyannaməsi ortaq keçmişimizdən ortaq gələcəyimizə gedən yolun siyasi kompasıdır. Bütün bunlar Türkiyə – Azərbaycan münasibətlərini digər xalqlar və dövlətlər arasındakı münasibətlərdən fərqləndirən əsas amillərdir.

Türkiyə və Azərbaycanın vahid siyasi platformadan çıxış etməsi təkcə iki ölkə arasındakı münasibətləri tənzimləməklə məhdudlaşmır və daha geniş regionda dövlətlər arası münasibətlərə də öz pozitiv təsirini göstərir. Məsələn, Türkiyə – Azərbayacan arasındakı qardaşlıq münasibətləri Mərkəzi Asiya ölkələrində də türk dünyasına inteqrasiya meyllərini gücləndirir ki, bu da TDT-nın yaranmasına rəvac verib və gələcəkdə TDB-nin yaranmasının əsas şərtlərindən biridir. Eləcə də Türkiyə və Azərbaycanın yürütdüyü birgə siyasət son illərdə Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində yeni təhlükəsizlik arxitekturasının yaranmasında həlledici rol almaqdadır. Beləliklə, ilk baxışdan iki dövlət arasındakı münasibətləri xarakterizə edən müttəfiqlik kimi görünən Türkiyə- Azərbaycan münasibətləri əslində daha geniş arealda cərəyan edən geosiyasi proseslərə ciddi təsir göstərir və beynəlxalq təhlükəsizlik konsepsiyasının vacib bir komponentinə çevrilir.

Beləliklə, çağdaş Azərbaycan – Türkiyə münasibətləri dünya miqyaslı geo-siyasi proseslər zəncirində özünəməxsus təsir gücünə malik olan və qlobal təhlükəzislik arxitekturasının möhkəmlənməsinə töhfə verən unikal qardaşlıq və müttəfiqlik münasibətləridir”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 İyul 2026 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri