Icma.az
close
up
RU
Azərbaycan dünyada aparıcı dövlətlər sırasında önəmli yerə sahibdir TƏHLİL

Azərbaycan dünyada aparıcı dövlətlər sırasında önəmli yerə sahibdir TƏHLİL

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycanın dünyanın ən önəmli coğrafi məkanda yerləşməsi ölkəmizə olan maraqların artmasına təkan verib. Həm də Avropanın, Orta Asiyanın, Yaxın və Orta Şərqin qonşuluğunda yerləşməsi ölkəmizin mövqelərinin daha da möhkəmləsinə, əlaqələrin inkişaf etdirilməsinə əhəmiyyətli imkanlar yaradıb. Aparılan siyasətin düzgün və müdrik olması Azərbaycana dünya miqyasında böyük hörmət və nüfuz qazandırıb. Məhz bu hörmətin, nüfuzun nəticəsi olaraq Azərbaycan 2011-ci il oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasına iki illiyə üzv seçildi. Bu tarixi hadisə xalqımızın müasir tarixinə qürur doğuran hadisələrindən biri kimi daxil olmuşdur.. Sloveniyanın 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyə namizədliyini geri götürməsindən sonra yeganə namizəd kimi səsvermədə iştirak edən Azərbaycan 155 səs toplayaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük hüququ qazandı. Bununla yanaşı Azərbyacan BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olmasına baxmayaraq, fəaliyyətini düzgün, üzv ölkələrin maraqlarına uyğun qurması nəticəsində 2016-cı ildə 120 ölkənin yekdil dəstəyini qazanaraq təşkilata sədr seçilmişdir. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısı keçirildi və ölkəmiz 2019-2022-ci ilə qədər sədrliyi üzərinə götürdü. Qoşulmama Hərəkatına üzv ölkələrin qərarı ilə Azərbaycanın sədrliyi 2023-cü ilin axırına kimi uzadıldı. Bu dəstək, yüksək inam və etimad ölkəmizin nüfuzunun göstəricisidir. Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkila dünya miqyasında daha böyük uğurlara, nailiyyətlərə imza atdı. Bu müddətdə Qoşulmama Hərəkatının Gənclər və Parlament şəbəkəsi yaradıldı. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü əsasında ABŞ-nin Nyu-York şəhərində Qoşulmama Hərəkatının Dəstək Ofisi yaradıldı. Bununla bağlı Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edərkən Prezident İlham Əliyev demişdir: “Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək”.

Düzgün siyasətin, məqsədyönlü fəaliyyətin nəticəsi olaraq Azərbaycan dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatlarına üzv seçilib. Ölkəmiz BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür.

Uğurlara davamlı olacaq

Söz yox ki, bugünkü güclü və qüdrətli Azərbaycan çətin, həm də ağır proseslərdən keçməklə nail olub. Daha doğrusu, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəni parçalanmaqdan, iqtisadiyyatı tənəzzüldən xilas etməklə böyük Azərbaycanın quruculuğuna start verildi. Böyük Öndərimizin müdrik siyasəti nəticəsində Azərbaycan qısa zaman kəsiyində dünyada baş verən demokratikləşmə prosesinin iştirakçısına çevrildi. Ulu Öndərimiz Heydər Əliyev 1994-cü ilin may ayında atəşkəs haqqında müqavilə imzalamaqla Azərbaycanı siyasi, iqtisadi və hərbi böhrandan qurtardı. Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanan 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə dünyanın neft siyasətini birmənalı şəkildə Xəzər regionuna istiqamətləndirdi. Bu yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Birmənalı mövqe ondan ibarətdir ki, əfsanə kimi görünən “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın yeni neft strategiyasının təməl daşı, iqtisadiyyatımızın ana xəttidir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin imzalanması ilə Dahi Öndərimiz Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə 5 fəsil 159 maddədən ibarət olan müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Sonrakı mərhələ də çoxpartiyalı sistem əsasında parlament seçkilərinin keçirilməsi dövlətçiliyin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verdi. Ulu Öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) təsisatı yaradıldı. Ulu Öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Eyni zamanda 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, Azərbaycan dünyada azad, demokratik, hüququn aliliyinin ən yüksək forma da təmin olunan dövlətə çevrildi.

Qələbələrin zirvə nöqtəsi: Qarabağın azadlığı

Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi işləri 2003-cü ildən sonra Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirdi. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin imza atdığı möhtəşəm qələbələrin kulminasiya nöqtəsi torpaqlarımızın erməni işğalından azad edilməsi oldu. Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Fateh Sərkərdə, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində 30 il erməni işğalı altında olan torpaqlarımız azadlığına qovuşdu. 2016-cı ilin aprelində Müzəffər ordumuz öz gücünü erməniləri bir sıra məntəqələrdə məhv edib, sıradan çıxartmaqla dünyaya nümayiş etdirdi. Aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlının təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü .2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük savaşda erməni terroru tamamilə məhv edildi. Döyüş zamanı 300-ə qədər kəndi, 5 şəhəri, 4 qəsəbəni, xeyli sayda strateji yüksəklikləri işğaldan azad etməsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Bəyanatın imzalanması ilə nəticələndi. Yenilməz Sərkərdə, Prezident İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi Şuşanın işğaldan azad edildiyi gün- 8 noyabr Zəfər Günü kimi təsis olundu. Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində demişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!. Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”.

2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə Qarabağdakı separatizm tamamilə sıradan çıxarıldı və terrorçular həbs edilərək istintaqa təhvil verildi. Artıq Qarabağımız rahat nəfəs alır, aparılan genişmiqyaslı quruculuq, abadlıq, təmir işlərindən sonra insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Bu qayıdış isə əbədidir. Quruculuq, abadlıq, təmir, tikinti işləri bundan sonra daha sürətlə davam etdiriləcək. Prezidentimiz İlham Əliyevin dediyi kimi, “biz Qarabağı cənnətə çevirəcəyik”.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri