Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Qızılın SON qiyməti

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Azərbaycan dünyada bir çox dərin layları tərpədib ŞƏRH

Azərbaycan dünyada bir çox dərin layları tərpədib ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bakının sülh çağırışı Ermənistan rəhbərliyi üçün ən yaxşı fürsətdir


Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi həm bədxah qonşularımıza, həm də Fransa, Kanada, Avropa Parlamenti kimi anti-Azərbaycan qüvvələrə ünvanlanan xəbərdarlıqlar və ismarıclar baxımından olduqca önəmlidir. Ona görə də bu müsahibədə səsləndirilən fikirlərin müxtəlif ölkələrin mətbuatında geniş tirajlanması və eləcə də Ermənistanın siyasi çevrələrində, ekspert camiəsində rezonans doğurması heç də təsadüfi deyil. Həmçinin Yelisey sarayında, Brüsseldə və dünyanın digər siyasi mərkəzlərində də bu müsahibənin müzakirə və təhlil ediləcəyi şəksizdir. 



Azərbaycanın son illərdəki addımlarının çox ciddi şəkildə təhlil edildiyini vurğulayan Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında deyib ki, bunun üçün kifayət qədər əsas da var: “Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsini qələbə ilə başa vurması ilə və ərazi bütövlüyünü, suverenliyini bərpa etməsilə nəinki Cənubi Qafqazda, həm də bütövlükdə müasir beynəlxalq münasibətlər sistemində bir çox dərin layları tərpədib, yeni reallıqların formalaşmasına səbəb olub.  

Cənab Prezident isə həm sülh sazişi və delimitasiya məsələlərinə, həm də Ermənistanın silahlandırılması faktına toxunaraq bildirdi ki, Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir və müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Buna görə də Ermənistandakı mövcud faşizm kökündən məhv edilməlidir. Bəs, bunu kim etməlidir? Təbii ki, bu məsuliyyət ilk növbədə özünü "sülh göyərçini", "demokratik", "sivil" hesab edən hazırkı Ermənistan rəhbərliyinin üzərinə düşür. Onlar gerçəkdən sivil və demokratik olub-olmadıqlarını əməli surətdə, erməni faşizminə münasibətdə təsdiqləməlidirlər. Əks təqdirdə bu missiyanı da Azərbaycan özü yerinə yetirməli olacaq. 

Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanın sülhə dair mövqeyi qətidir. Biz Ermənistanla yeni gərginliyin, yeni müharibənin tərəfdarı deyilik, lakin Ermənistanın silahlanması yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik, Ermənistan isə silahlanmağa davam edir. Fransa Ermənistanı sülh prosesindən çəkindirmək və özünün Cənubi Qafqazdakı mövcudluğunu davam etdirmək üçün bu ölkəni öldürücü silahlarla təchiz etməyə davam edir. 

Əslində, sülh bizdən daha çox Ermənistanın özünə lazımdır. Ona görə də dövlət başçımız sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtlərinin qəbul ediləcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan Prezidenti Ermənistan tərəfinə hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri, Ermənistanın dostlarının siyasi səhnədən silinməkdə olduğunu, Amerikada Soros dövrünün başa çatmasını, Bayden administrasiyasının son günlərini saydığını, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində dayanan Kanadanın Baş naziri C.Trüdonun istefaya getməsini və nəhayət, Ermənistanın Yaxın Şərqdə ən yaxın müttəfiqi olmuş Əsəd diktaturasının artıq tarixin zibilliyinə göndərilməsini yaxşı ölçüb-biçməyi, düzgün addım atmağı məsləhət gördü”. 

Ölkə başçısnın Ermənistana və Qərbə ötürdüyü mesajların kifayət qədər aydın olduğunu vurğulayan politoloq hesab edir ki, sülh müqaviləsi Azərbaycandan çox Ermənistana lazımdır. Onun sözlərinə görə, bu müqavilə imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik:

“Ermənistan rəhbərliyi də, sıravi ermənilər də nəhayət başa düşməlidirlər ki, biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Ona görə də Ermənistan rəhbərliyi Makron Fransasının diktəsi ilə hərəkət etməyə, atəşkəsin pozulması hallarına, Avropa İttifaqının (Aİ) yarımhərbi "mülki" müşahidə missiyası üzərindən siyasi-diplomatik təxribatları davam etdirməyə son qoymalıdır. Paşinyan iqtidarı həmçinin Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında, Türkiyə ilə Azərbaycan arasında dəhlizin açılmasını ləngitmək siyasətindən də əl çəkməlidir. 

Azərbaycan Prezidentinin müsahibə əsnasında Ermənistan rəhbərliyinə etdiyi çağırış da İrəvanda ciddi şəkildə müzakirə olunmalı və düzgün nəticə çıxarılmalıdır. Ermənistan başa düşməlidir ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada isə güc amili ön plandadır. Ermənistan rəhbərliyi ilk növbədə məhz bu danılmaz həqiqəti nəzərə alaraq realist mövqe tutmalıdır. İrəvanın Fransa prezidentinin təhriklərinə uyaraq Aİ-nin missiyasını sərhəddən çıxarmaq istəməməsi və silahlanmanı davam etdirməsi tamamilə səhv mövqedir və bu, bölgədə sülhün bərqərar olmasına yox, gərginliyin davam etməsinə xidmət edir”. 

Ə.Hüseynov son olaraq qeyd edib ki, Azərbaycan prezidenti Ermənistan rəhbərliyinin bu cür ağılsız mövqeyinin bölgəmizi yeni hərbi eskalasiyaya sürüklədiyini öncədən dəqiq hesablaya bildiyi üçün qarşı tərəfə açıq xəbərdarlıq edir və bizim bütün bunlara tamaşa etməyəcəyimizi bildirir: "Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq". Hesab edirəm ki, Azərbaycan liderinin bu xəbərdarlığı həm Paşinyana, həm də Makrona sonuncu xəbərdarlıqdır. Paşinyan gerçəkdən sülh istəyirsə, Makronun diktəsi ilə yox, İlham Əliyevin məsləhəti ilə hərəkət etməlidir. Bakının sülh çağırışı Ermənistan rəhbərliyi üçün ən yaxşı fürsətdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:316
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Yanvar 2025 07:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see439

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see255

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see237

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see232

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see222

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see222

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see219

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see211

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see209

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see203

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see199

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see198

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see197

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see197

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see197

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see195

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see189

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see179

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see175

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri