Icma.az
close
up
RU
Azərbaycan çox güclü energetika potensialına malik ölkədir ŞƏRH

Azərbaycan çox güclü energetika potensialına malik ölkədir ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyamızda ildən-ilə artan enerji tələbatının ekoloji cəhətdən təmiz, “yaşıl yollar”la ödənilməsi dövlətlərin qarşısında dayanan ən önəmli və vacib məsələdir. Azərbaycan Respublikası da bir çox istiqamətlər üzrə yeni dövrün tələblərinə cavab verən ölkələr sırasındadır. Yeni ilin ilk günlərində dövlət başçısının yerli televiziya kanallarına müsahibəsində “yaşıl enerji” ilə bağlı səsləndirdiyi fikirlər bu sahədə hədəflənən, görülən və görüləcək işlərdən xəbər verdi: “Hazırda əsas vəzifə enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik”.

Ölkəmizin bütün ərazilərində olduğu kimi, işğaldan azad edilən torpaqlarımızda da bu sahədə bir çox işlər görülüb və görülməkdədir. Belə ki, Vətən savaşında qazanılan zəfərdən sonrakı son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Təkcə 2025-ci ilə nəzər saldıqda isə görürük ki, “8 Noyabr” elektrik stansiyasının, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su elektrik stansiyalarının istismara verilməsi nəticəsində enerji sisteminin qoyuluş gücü 15,6 faiz artaraq 9732,5 MVt-a çatdırılıb. Elektrik enerjisi istehsalında nüvə texnologiyalarının, o cümlədən Kiçik Modul Reaktorların (KMR) tətbiqi istiqamətində araşdırmalara başlanılıb və 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması, Araz çayı üzərində 100 MVt gücündə “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının tikintisi üçün tenderin 2026-cı ilin yanvar ayında yekunlaşdırılması nəzərdə tutulur. Naxçıvan enerji sisteminin reabilitasiyası istiqamətində müvafiq işlər aparılır.
Dövlət başçısı müsahibəsində bu sahədə xarici investorların rolundan da danışıb “Masdar”, “ACWA Power”, bp kimi şirkətlərlə külək və günəş enerjisi layihələrinin, eləcə də Qara dəniz və Xəzər dənizinin dibi ilə nəzərdə tutulan kabel marşrutlarının Azərbaycanın həm mavi, həm də “yaşıl enerji” istehsalçısı və ixracatçısı kimi mövqeyini möhkəmləndirdiyini vurğuladı. Faydalı qazıntıların tam inkarının qeyri-real olduğunu, neft-qazla paralel “yaşıl enerji”yə keçidin məhz praqmatik kombinasiyaya əsaslanmalı olduğunu bildirərək Azərbaycanı bu keçidin regional “laboratoriyası” kimi təqdim etdi.
“Bizim təkcə külək enerjisi potensialımız 150 giqavatdan çoxdur. Günəşli günlər də, Allaha şükür, çoxdur, həm Bakıda, həm bütün bölgələrimizdə. Xəzər dənizinin külək enerjisi potensialı kifayət qədər böyükdür. Ona görə bundan istifadə etməmək günah olardı. Biz bu imkanları dünya energetika aləminə təqdim edəndə onlardan böyük maraq gördük. Bu gün bizim əsas investorumuz Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətidir, hansı ki birinci Günəş elektrik stansiyasını inşa edib, 230 meqavat gücündə. İkinci stansiya yaxın günlərdə istismara veriləcək. Burada da investor Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. O da 240 meqavat gücündə olan stansiyadır. Üçüncü böyük stansiyanı bp şirkəti Cəbrayıl rayonunda inşa etməyə başlayıb, o da 240 meqavatdır. Bu, sadəcə olaraq, başlanğıcdır”.
Yanvarın 8-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyasının Bakıda, “Gülüstan” sarayında rəsmi açılış mərasimində iştirak edən ölkə başçısı qeyd edib ki, “Bu gün ölkəmizin müxtəlif yerlərində bərpa olunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpa olunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir”.
Naxçıvanın enerji təminatı məsələləri ön plandadır
Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması Ulu Öndərin uzaqgörən siyasətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk”.
Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülən bərpa olunan enerji mənbələrindən is­tifadənin genişləndirilməsi istiqamətində görülən işlər 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə pa­yının 30 faizə çatdırılmasını hədəfləyir. Dövlət başçısının Qara­bağ və Şərqi Zəngəzurla bərabər, Naxçı­vanı da “yaşıl enerji zonası” elan etməsi və muxtar respublikanın yerləşdiyi əlve­rişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Qeyd etmək lazımdır ki, son illərdə muxtar respublikada ekoloji cəhətdən təmiz enerji istehsalı məqsədilə bir sıra addımlar atılıb. Xüsusilə yeni günəş və külək elektrik stansiyalarının tikilib isti­fadəyə verilməsi Naxçıvanda istehsal edilən ümumi enerjidə bərpa olunan ener­jinin payını artırıb.
Ümummilli Liderin bütün ideallarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın nəinki qüdrətli enerji dövləti kimi inkişafına nail oldu, eyni zamanda qətiyyəti, dəmir iradəsi sayəsində ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin edərək ölkəmizin liderliyi ilə regionun geosiyasi mənzərəsini dəyişən yeni tarixi reallıqlar yaratdı. Azərbaycanın "yaşıl enerji" kursunda Qarabağ və Şərqi Zəngəzurun öz yerini tutması, işğaldan azad edilmiş ərazilərimizin enerji şəbəkəsinin vahid enerji sisteminə inteqrasiyası, ölkəmizin enerji potensialının daha da güclənməsi və enerji təchizatçısı missiyamızı uğurla davam etdirmək üçün yeni imkanların qazanılması bu reallığın ayrı-ayrı elementləridir.
Bütün bunlar, xüsusilə də dövlətlərin enerji təhlükəsizliyi ilə sınağa çəkildiyi qlobal böhran dövründə Azərbaycanın nüfuzunun güclənməsi və sürətlə dəyişən geosiyasi mühitdə beynəlxalq hüququ, ədaləti təmin etməklə Qələbə qazanması, uzunillik münaqişəni tarixdə bənzəri olmayan sonluqla başa çatdırması diqqəti bu nailiyyətlərdə həlledici rol oynamış lider amilinə yönəldir. Bu aspektdə İlham Əliyev dünyanın müasir tarixinin ən parlaq liderlərindəndir.
Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyətini və geosiyasi çəkisini artıran bu nailiyyətlərin ardıcıllığı və dəqiqliklə zamanlanması məhz Prezident İlham Əliyevin əsl liderə xas strateji baxışına əsaslanır. Yəni dövlət başçısı özünün də bəyan etdiyi kimi, nəyi necə və nə vaxt etməyi yaxşı bilir, qərarlarını buna uyğunlaşdırmağı məharətlə bacarır, sözünün də imzası qədər dəyərini qoruyur.

Sevda Quluyeva

YAP Kəngərli rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Yanvar 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri