Icma.az
close
up
RU
Azərbaycan dünyada öz adından söz etdirməyi bacardı FOTO

Azərbaycan dünyada öz adından söz etdirməyi bacardı FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artıq bir neçə gündür dünyanın diqqəti Azərbaycan paytaxtına - Bakıya yönəlib. Səbəb isə təbii ki, çoxdan gözlənilən COP29 konfransıdır. Qısa müddətdə həyata keçirilən mükəmməl hazırlıq prosesindən sonra Bakı 70 mindən çox xarici qonağı, 80-dən artıq prezident, vitse-prezident və hökumət başçısını qəbul edir. Noyabrın 12-də baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimi isə xüsusilə böyük marağa səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin açılış sammitində çıxışı zamanı dünyaya ünvanladığı mesajlar ölkəmizin iqlim dəyişmələrinə qarşı mübarizədə prioritetlərini ortaya qoyur.

Kaspi qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Ölkəmizə olan hörmətin əlaməti

Dövlət başçısının da vurğuladığı kimi, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi: "Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib".

Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır

Prezident İlham Əliyev COP29-un sədri kimi Azərbaycanın inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcəyini bildirib. Bu məsələdə ölkəmizin 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməsini, Azərbaycanın təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olmasını nümunə kimi göstərib. Onun sözlərinə görə, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır.

"Bu, yalnız başlanğıcdır"

Azərbaycan Prezidenti ölkəmizin Yaşıl gündəliyi haqqında da danışıb. Bildirib ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir: "Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır".

Mərkəzi Asiya üçün unikal imkan

Yeri gəlmişkən, Azərbaycan özünün yaşıl enerji planlarına Mərkəzi Asiyadakı ölkələri - Özbəkistan və Qazaxıstanı da daxil edib. COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu saziş bir daha Bakının Yaşıl gündəliyinin tək sözdə yox, əməldə də reallaşdırıldığının, onun əhatə dairəsinin regional və qlobal miqyas aldığının bariz nümunəsidir.

COP29 beynəlxalq medianın gündəmində 

COP29-un qarşısına qoyduğu hədəflərə çatması istiqamətində Bakının əldə etdiyi uğurlu nəticələr beynəlxalq medianın da gündəmindədir. Xüsusilə, konfransın ilk günündə karbon kreditlərinin yaradılması standartları üzrə konsensusa nail olunması COP29-un ilk böyük uğuru kimi dəyərləndirilir.

"Financial Times" nəşri karbon data provayderi "Veyt" şirkətinin analitiki Fitri Vulandriyə istinadla yazır ki, bu, "COP29-da əməkdaşlıq və tərəqqinin nadir parlaq nöqtəsi" idi.

"Reuters" agentliyinin əməkdaşları Virciniya Furnett və Keyt Abnetin müəllifləri olduqları məqalədə qeyd olunur: "Yaşıl işıq Bakıda, Azərbaycanda BMT-nin konfransının birinci günündə erkən razılaşma ilə yandırıldı. Donald Trampın ABŞ seçkilərində qələbəsi gözləntiləri azaltsa da, hökumətlər iqlim maliyyəsi sazişini imzalamaq niyyətindədir".

"Bloomberg" agentliyinin müxbiri Con Eyngerin müəllifi olduğu materialda isə qeyd olunur ki, iqlim müzakirəçiləri COP29 iqlim sammitinin birinci günündə Birləşmiş Millətlər Təşkilatı tərəfindən idarə olunan qlobal karbon bazarı üçün qaydaları razılaşdırmaqla irəliləyişə nail oldular."Bloomberg" agentliyinin müxbiri Con Eyngerin müəllifi olduğu materialda isə qeyd olunur ki, iqlim müzakirəçiləri COP29 iqlim sammitinin birinci günündə Birləşmiş Millətlər Təşkilatı tərəfindən idarə olunan qlobal karbon bazarı üçün qaydaları razılaşdırmaqla irəliləyişə nail oldular.

Bakı öz adından söz etdirməyi bacarır 

Bütün bu faktlar onu göstərir ki, Azərbaycan hər zaman olduğu kimi dünyada öz adından ən yaxşı mənada söz etdirməyi bacarır. Dövlətin ali rəhbərliyinin qətiyyətli siyasi iradəsi nəticəsində qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində ardıcıl və uğurlu addımlar atılır.

Bu baxımdan COP29-un da Azərbaycanın uğur hekayəsinin bir parçasına çevriləcəyi şəksizdir. Bakı həm möhtəşəm ev sahibliyi, həm də konsensusun əldə olunması istiqamətində diplomatik fəaliyyəti ilə iqlim dəyişmələrinə qarşı mübarizəyə öz layiqli töhfəsini verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Noyabr 2024 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri