Icma.az
close
up
RU
Elman Nəsirov: “Azərbaycan gənci dünyada öz sözünü deyib”

Elman Nəsirov: “Azərbaycan gənci dünyada öz sözünü deyib”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən 2 fevral Azərbaycan Gəncləri Günü elan edilib. 

Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsdən sonra MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyaraq, “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”, - deyə vurğulayıb. 

Bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti uğurla davam etdirilir. 

“Cebheinfo.az”-a açıqlamasında deputat Elman Nəsirli bildirib ki, Ulu Öndər Heydər Əliyev gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşırdı:

“Sözlərimə Ulu Öndər Heydər Əliyevin fikirləri ilə başlamaq istəyirəm. O söyləyirdi ki, gənclər ölkəmizin gələcəyidir. Söhbət vətənpərvər, peşəkar, bilikli, savadlı, milli-mənəvi dəyərlərə hörmət edən, onları mənimsəyən, ümumbəşəri dəyərlərə də ehtiramla yanaşan, eyni zamanda müasir texnologiyalardan istifadə etməyi bacaran, xarici dilləri bilən gənclərdən gedir. Belə bir gənclik artıq müasir gənclik hesab olunur. 

Ulu Öndərin müvafiq sərəncamı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildə Gənclərin I Forumunun keçirilməsi də təsadüfi deyildi. Onun gənclərə olan münasibətindən və Azərbaycanın taleyi gələcəkdə onların əlində olacağından qaynaqlanırdı.

Ulu Öndər “Elə bir gəncik olsun ki, o gənclik Azərbaycanın sabahı olsun” deyirdi. Bu gün məşhur ifadə var. Deyir, dostunu göstər deyim sən kimsən. Yəni elə bir gənclik ki, onun dostu da elə onun həmfikri olsun. Elə bir dost olsun ki, o Azərbaycanın gələcəyini, onun sözünün, mövqeyinin, potensialının, imkanlarının daha da artmasını və beynəlxalq aləmdə özünəməxsus bir yer tutmasını düşünsün. Elə bir Azərbaycan ki, o gələcəkdə dünyaya bir Günəş kimi parlasın. Ulu Öndərin arzusu məhz bu idi”. 

Deputat qeyd edib ki, Azərbaycan gənci dünyada öz sözünü demiş və özünü təsdiqləmiş bir gəncdir: 

“Artıq fevral ayının 2-də Gənclər Gününü biz növbəti dəfə qeyd edirik. Hesab edirəm ki, Ulu Öndərin arzuları gerçəkləşib. Çünki biz tarixi zəfərə, ərazi bütövlüyümüz və suverenliyemizin təminatına məhz Müzəffər Prezidentimiz İlham Əliyevin rəhbərliyi və ordumuzun şücaəti ilə nail olduq. Ulu Öndərin yaratdığı və Cənab İlham Əliyevin formalaşdırdığı Azərbaycan Ordusu bu Zəfərə imza atdı. Bu ordunun mütləq əksəriyyəti gənclər idi”. 

Elman Nəsirli vurğulayıb ki, gəncliyimizlə fəxr edirik: 

“Dünyadakı anti-Azərbaycan dairələri çalışırlar ki, ölkəmizdə bu siyasi obyektivliyi pozsunlar, vətəndaş həmrəyliyini dağıtsınlar, səfərbər olunmuş cəmiyyəti parçalasınlar. 

Bunun üçün əsas vasitə kimi bir çox ölkələrdəki gənclərdən istifadə ediblər. Azərbaycanda da eyni xətti həyata keçirmək istəyiblər. Amma onların niyyətləri gözlərində qalıb. Azərbaycan belə eksperimentlər üçün düzgün seçilmiş coğrafiya deyil. Çünki Azərbaycan gəncliyi vətənpərvərdir. Azərbaycan gəncliyi hər bir qarış torpağına və Vətənə olan sevgisinə görə hətta şəhidlik zirvəsinə yüksələ bilir.  

Bu reallıqlar fonunda Azərbaycana qarşı o dairələrin çirkin niyyətləri ürəklərində qalıb. Bu baxımdan, biz öz gənclərmiz ilə fəxr edirik. 

O müasir, vətənpərvər, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, bütün anti-Azərbaycan dairələrin ölkəmizdəki sabitliyin, inkişafın qarşısını almaq ilə bağlı niyyətlərini gözündə qoyamağı bacaran gənclikdir”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Fevral 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri