Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Azərbaycan dünyaya öz “yumşaq gücünü” COP29 vasitəsi ilə nümayiş etdirdi

Azərbaycan dünyaya öz “yumşaq gücünü” COP29 vasitəsi ilə nümayiş etdirdi

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Ölkəmiz uzun illərdir ki, böyük mədəni, siyasi tədbirlərin və idman yarışlarının keçirildiyi bir məkana çevrilmişdir. Azərbaycan təşkilatçı ölkə kimi dünyada böyük imicə malikdir. Sirr deyil ki, Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər ölkəmizin dünyada bir faktora çevrilməsi işində də əhəmiyyətli rol oynamaqdadır. Azərbaycanın nüfuzu hər gün artır, dünyada dostlarımızın sayı elə əldə etdiyimiz qələbənin miqyası qədər də böyüyür. Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional layihələrdə iştirak edir. Ölkəmiz ardıcıl olaraq dörd il ərzində BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik edib. Həmçinin Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq edir. Bu, dünya siyasətində unikal nümunədir ki, eyni anda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olasan. Azərbaycan özündə bir çox ümumbəşər dəyəri ehtiva edən bir ölkədir. Bu səbəbdən də dünyanın ən böyük beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının (BMT) bu cür möhtəbər tədbiri Azərbaycanda keçirmək arzusu, niyyəti başa düşüləndir.

Azərbaycan eyni zamanda da dünya səviyyəsində strateji araşdırma – beyin mərkəzləri yaradaraq, dünya səviyyəli siyasətçiləri, politoloqları, iqtisadçıları, təhlükəsizlik üzrə mütəxəssisləri, ekoloqları bir araya gətirməklə, onların görüşlərini, müzakirələrini təşkil etməklə dünyada baş verən hadisələrə biganə qalmadığını dünya ictimaiyyətinə çatdırmaqda davam edir. Covid19 pandemiyası dövründə Azərbaycanın vaksinlərin dünya əhalisi arasında bərabər və ədalətli paylanması istiqamətində gördüyü işlər, kiçik ada dövlətlərinə öz gələcəkləri uğrunda mübarizədə verdiyi dəstək səmimi dostlarımızın sayını artırdı.

Yəni hadisələr aramla bizi dünyanın ən böyük tədbirinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına doğru addım-addım aparırdı. COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Əlbəttə, bu tədbirin Azərbaycanda keçirilməsi üçün dünya ölkələrinin yetər sayına ehtiyac var idi. Lakin Azərbaycan üçün bu hədəf çətin deyil idi. Dünyada qazandığı etibarlı imic və güclü dövlətçilik ənənələri ölkəmizin bu möhtəbər tədbirə hazır olduğunu deyirdi. Bu günə qədər bütün COP tədbiri keçirmiş ölkələrdən daha az vaxt ərzində bu tədbiri həyata keçirmək və dünya ölkələrinə böyük töhvə verməklə ölkəmiz bizə qarşı yönəlmiş əsassız iddiaları, ittihamları darmadağın edə bilmişdir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə kommisiyası çərçivəsində hər il keçirilən konfranslardır. Bu konfransların məqsədi iqlim dəyişikliyinə qarşı mübarizədə əldə edilmiş uğurların qiymətləndirilməsi, dünyanın hər yerindən hökümət nümayəndələrinin COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində birgə səylər göstərməsidir. Hər il fərqli ölkələrdə keçirilən bu konfransın 11 dekabr 2023-cü il tarixdə Dubayda keçirilən COP28-in plenar iclasında COP29-un Bakıda keçirilməsi qərarı verilmişdi. Bu gün artıq COP29 tədbirləri başa çatıb və biz qürurla deyə bilərik ki, Azərbaycan bunu da bacardı. Həm də bizə qarşı yönəlmiş bir çox siyasi təsirlərə rəğmən.

Dünyanı narahat edən ekoloji problemlər günü – gündən artsa da xüsusi qeyd etmək lazımdır ki, ölkəmiz təbiətin məhv olunmasında böyük paya malik deyildir. Emissiyaların miqdarına görə böyük sənaye dövlətlərindən qat-qat az ana təbiətə zərər versək də, biz dövlət olaraq böyük sənaye ölkələrindən daha çox dünyaya töhvə verməkdəyik. COP29-un Bakıda keçirilməsi həm Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da güclənməsinə müsbət təsir etdi, həm də bütün postsovet ölkələri arasında ilk dəfə olaraq Azərbaycan belə bir mötəbər qlobal tədbiri qəbul etdi. Bu da regionumuzda Azərbaycandan kənarda hər hansı bir layihənin həyata keçirilməsinin bundan sonra da mümkünsüz olduğunu yenidən və bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırmış oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəyli İli” elan edilməsi, Qarabağı, Şərqi Zəngəzuru və Naxçıvanı “yaşıl enerji” bölgəsi adlandırılması bir daha onu göstərdi ki, Azərbaycanın təbiətin mühafizəsinə münasibəti tədbir xətrinə və ötəri həvəs deyildir. Azərbaycan neft ölkəsi olmaqla yanaşı həm də yaşıl enerjiyə külli miqdarda vəsait, kapital yatırmaqla bu məsələdə səmimi mövqeyini nümayiş etdirmişdi.

Prezident cənab İlham Əliyevin də müraciətində bildirdiyi kimi müddətin qısa olmasına baxmayaraq Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakıda keçirilən COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Bu fikirlər sözün bütün mənasında dünyanın 196 ölkəsindən gəlmiş 76 min adam tərəfindən müxtəlif sferalarda ifadə olunmuş və ya ifadə olunacaqdır. Bu da bir daha Azərbaycanın dünya miqyaslı tədbirlərin təşkilində böyük təcrübəyə malik olduğunu dünya əhalisinə əyani göstərmişdir.

COP29 Bakı Konfransı bir çox bariz nəticələrlə yadda qaldı: COP29-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi, Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi hədəfi seçildi, Bakı Maliyyə Məqsədi əldə edə biləcəyimiz ən yaxşı razılaşma kimi qəbul olundu. Eyni zamanada da İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü, İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası, Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə, Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi, Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi kimi vacib qərarlar qəbul edildi. Əlbəttə bu qərarların qəbul edilməsi ilə yanaşı onların icrası da böyük əhəmiyyət daşıyır.

Azərbaycan öz nüfuzu ilə bu böyük və möhtəbər tədbiri ən yüksək səviyyədə başa vura bildi. Bütün dünya dövlətləri müxtəlif səviyyədə öz nümayəndələrini Bakıya göndərməklə bir daha Azərbaycanın yüksək təşkilatçılığını təsdiq etmiş oldular. Halbuki, tədbirdən əvvəl və tədbirin həyata keçirildiyi dövrdə Azərbaycana qarşı ciddi təxribatlar var idi. Biraz araşdırma aparanda görürsən ki, indiyənə qədər heç bir COP tədbiri keçirən ölkədə siyasi, iqtisadi və demokratik vəziyyət müzakirə mövzusu olmamışdır. Gələn qonaqlar və iştirakçı dövlətlər ancaq təşkilatçılıq məsələlərinə münasibət bildirmişlər. Amma Vətən müharibəsindən və Antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri, xüsusilə Fransa Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər. Onlar eyni əsassız və riyakar ittihamlarını dilə gətirərək COP29-u protest etməyə çalışsalar da yenə də “döyüş meydanında” məğlub oldular. Bir daha Azərbaycan dünyaya öz “yumşaq gücünü” COP29 vasitəsi ilə nümayiş etdirdi. Konfransda 196 ölkədən 76 min qeydiyyata alınmış iştirakçı, onların arasında 80 Prezident, Vitse-Prezident və Baş nazirin bu tədbirdə iştirak etməsi və bu məqamın Prezident cənab İlham Əliyev tərəfindən BMT-nin tədbiri sayılan COP29 tribunasından məğrur şəkildə ifadə edilməsi bütün dünyaya ölkəmizin gücünü göstərmiş oldu.

COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir. Çox böyük qürur və şərəfdir ki, ümümbəşər problemlərin həllində Azərbaycan və Azərbaycanda ölkəmizin təşkilatçılığı ilə keçirilmiş tədbir özünə məxsus rola malik olacaqdır.

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Noyabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri