Icma.az
close
up
RU
Azərbaycan Ordusu öz gücünü dünyaya nümayiş etdirdi

Azərbaycan Ordusu öz gücünü dünyaya nümayiş etdirdi

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

44 günlük Vətən müharibəsində tarixi qələbə qazanan Azərbaycan nəinki müvəqqəti işğal olunmuş ərazilərinin böyük hissəsini geri qaytardı, həm də gələcəyə haqqı olduğunu sübut etdi. Bu tarixi zəfərin ən parlaq nümunələrindən biri də Füzulidir. Bu tarixi nailiyyət uzun, düşünülmüş və mərhələli siyasətin nəticəsidir. Prezident İlham Əliyev ordunu tədricən gücləndirdi, iqtisadi əsaslar qurdu, diplomatiyanı inkişaf etdirdi, Azərbaycanın öz müqəddəratını müstəqil şəkildə təyin etməyə qadir olan müasir və inamlı dövlət imicini formalaşdırdı. Beləliklə, Prezident, Ali Baş Komandan İlham Əliyev bu şərəfli və məsuliyyətli vəzifəni həyata keçirə bildi. Dövlətimizin başçısının rəhbərliyi ilə ordumuzun göstərdiyi qəhrəmanlıq və xalqımızın birliyi sayəsində 30 ilə yaxın işğal altında olan ərazilər, o cümlədən Füzuli şəhəri düşmən tapdağından azad edildi.

17 oktyabr Füzuli şəhərinin işğaldan azad edildiyi gündür. 1993-cü ilin siyasi və hərbi xaosu nəticəsində düşmən tapdağı altına düşən Füzuli rayonu, təkcə füsunkar təbiəti ilə deyil, qədim tariximizin, mədəniyyətimizin izi olan abidələri ilə də məşhur idi. Lakin düşmən bu gözəllikləri də viran qoydu, talan etdi. Amma 30 ilə yaxın davam edən erməni işğalı 44 günlük Vətən müharibəsi ilə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Azərbaycan Ordusunun qətiyyətli iradəsi ilə qazanılan bu qələbə, Füzuli kimi strateji əhəmiyyətli torpaqları düşmən tapdağından azad etdi. Hər gününü qələbə ilə tarixə yazan, qəhrəmanlıq dastanı yaradan ordumuz, 2020-ci il oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini və nəhayət, Füzuli şəhərini azad etdi. Bu zəfər təkcə Füzulinin deyil, bütöv Azərbaycanın zəfəri oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə sağlıq versin! Onların qəhrəmanlığı bizim qəlbimizdə əbədi yaşayacaq!
Torpaqlarımızın 20 faizinin 30 ilə yaxın davam edən işğalı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoyulmaması və digər cinayətlərə görə Ermənistanı heç vaxt qınamayıblar, heç bir sanksiya tətbiq etməyiblər. Hətta Vətən Müharibəsi zamanı döyüş əməliyyatlarından xeyli uzaqda yerləşən şəhər və kəndlərimiz raket atəşlərinə tutuldu, dinc insanlar, o cümlədən qadın və uşaqlar həlak oldu, yaralandı. Ancaq yenə də dünya susdu, insan hüquq və azadlıqlarından danışan beynəlxalq təşkilatlar susdular. 17 oktyabr 2020-ci il tarixində Ermənistanın dinc sakinlərə qarşı törətdiyi amansız hücum, insanlıq adına ləkə olan bir hərbi cinayət idi. Bu hücum, Ermənistanın Cenevrə Konvensiyasını və beynəlxalq hüququ açıq şəkildə pozaraq, azərbaycanlıların iradəsini qırmaq cəhdinin sonuncu nümunəsi idi. Lakin düşmənin bu məkrli planı bir daha sübut etdi ki, Ermənistanın cinayətkar rəhbərliyi müharibə meydanında deyil, yalnız günahsız insanların qanını tökməklə gücünü göstərir. Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qaldı. Raket zərbələri nəticəsində 26 dinc sakin həlak oldu, 175 nəfər yaralandı, evlər və mülki obyektlər dağıldı. Lakin bu itkilər xalqımızın ruhunu sarsıda bilmədi. Azərbaycan xalqı bu çətin anlarda daha da birləşdi, yüksək vətənpərvərlik, qətiyyət və mübarizə əzmi nümayiş etdirərək, ordumuza dəstəyini əsirgəmədi. Terror qurbanlarının ruhu həmişə bizim ürəklərimizdə yaşayacaq! Biz heç vaxt düşmənin hərbi cinayətlərinə cavab olaraq eyni yolla getmədik – biz müharibəni ləyaqətlə, döyüş meydanında apardıq və ədalətli qələbəmizi təmin etdik. Gəncəyə atılan hər bir raket Ermənistanın məğlubiyyətini, mənəvi iflasını simvolizə edirdi. Ermənistanın bu vəhşiliklərinə göz yuman beynəlxalq ictimaiyyət bu cinayətlərə görə Ermənistanı məsuliyyətə cəlb etməlidir. Qəddarlıq və zorakılığa səssiz qalmaq ədalətin susdurulması deməkdir. Azərbaycan öz tarixi vəzifəsini yerinə yetirdi. Dünyanın heç bir dövləti hələlik hərbi-siyasi vasitələrlə beynəlxalq hüququn təntənəli qələbəsinə nail olmaq qabiliyyəti ilə öyünə bilməz. Üçtərəfli Bəyanatın imzalanmasından cəmi 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli rayonuna səfər ediblər. Dövlətimizin başçısı şanlı Azərbaycan bayrağını Füzuli şəhərində dalğalandırdı.
Füzuli, digər işğal altında olan torpaqlarımız kimi dağıdılıb, viran qoyulub. Lakin müharibədən sonra artıq qürurla deyə bilərik ki, Füzuli dirçəlir, həyat qayıdır. Bu gün Füzulidə və işğaldan azad edilən digər torpaqlarımızda geniş miqyaslı infrastruktur layihələri həyata keçirilir. Qısa müddətdə inşa edilən və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın gücünü, iqtisadi qüdrətini bir daha sübut edir. Bütün bu layihələr, bir məqsədə xidmət edir: Torpaqların əzəli sahibləri geri dönür, Qarabağ və Şərqi Zəngəzur əvvəlki əzəmətini yenidən bərpa edir.
Azərbaycan Prezidenti Cənubi Qafqazda dünya dövlətləri tərəfindən qəbul edilən yeni siyasi və iqtisadi vəziyyət yaratdı. Onun “Sözümüz imzamız qədər dəyərlidir” postulatı bu gün və gələcək üçün vacib amildir. Bu gün Azərbaycan gələcəyə inamla baxır. Qarabağ yenidən canlanır, ölkəmiz inkişaf edir.

Məhəmməd Balaqadaşov
YAP Xaçmaz təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri