Icma.az
close
up
RU
Azərbaycan Ədalətli Oyunlar Hərəkatının sədrinə Belçikada diplom verilib

Azərbaycan Ədalətli Oyunlar Hərəkatının sədrinə Belçikada diplom verilib

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) İcraiyyə Komitəsinin növbəti toplantısında Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, eyni zamanda EFPM İcraiyyə Komitəsinin üzvü Xəzər İsayevə "Ədalətli Oyun Karyerası" nominasiyası üzrə diplom təqdim edilib.

İdman.biz xəbər verir ki, mükafat İsayevə idmanda ədalətli oyun prinsiplərinin təşviqi sahəsində uzunillik fəaliyyətinə, gənc nəslin bu dəyərlər ruhunda tərbiyəsinə verdiyi töhfələrə, eləcə də beynəlxalq "fair play" hərəkatında fəal iştirakı və təşəbbüskar mövqeyinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (CIFP) fəxri prezidenti, professor Jeno Kamuti tərəfindən verilib.

İclasda həmçinin AzƏOK-un məsul katibi Aysel Sultanova da yer alıb.

Toplantıda EFPM-in gələcək inkişaf strategiyası, idarəetmə, maliyyə, beynəlxalq əlaqələr və kommunikasiya sahələrində əsas istiqamətlər üzrə müzakirələr aparılıb və 2025–2026-cı illəri əhatə edən fəaliyyət planı qəbul olunub.

Sentyabrın 16-da Brüssel Bələdiyyəsinin Qotik zalında keçirilən rəsmi mərasimdə Avropa Ədalətli Oyunlar Hərəkatı tərəfindən idmanda sülh, həmrəylik, hörmət və dözümlülük kimi dəyərlərin təbliğinə verdiyi töhfəyə görə Beynəlxalq Xüsusi Olimpiya təşkilatına 3-cü "Sülh naminə Fair Play" mükafatı təqdim edilib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Sentyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri