Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Güney Azərbaycan Milli Hərəkatının İSTİQLAL BƏYANNAMƏSİ

Güney Azərbaycan Milli Hərəkatının İSTİQLAL BƏYANNAMƏSİ

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

“Azadlığı vermirlər, azadlığı alırlar”

Şeyx Məhəmməd Xiyabani

Tehran hakimiyyəti şahlıq dövründə öz hamiləri olan İngiltərə və ABŞa itaətkar münasibət sərgiləsə də, 1979-cu ildə şahlıq rejimi və onun hamilərinin xalqa, xüsusilə türklərə qarşı törədilən cinayətlərindən cana doyaraq xalq ayağa durdu. Əhalinin əksər hissəsinin dindar və savadsız olmasından istifadə edərək Rus (SSRİ) və Fransa imperialistləri inqilab hərəkatının başına mütərəqqi düşüncələri ilə ölkənin dini kontingenti içərisində fərqlənən türk Ayətulla Şəriətmədarini və fars Ayətulla Taleqanini gətirməklə inqilabın qələbəsini təmin etdikdən sonra hakimiyyətə islam tarixində belə, nadir rast gəlinə biləcək Şər duhası olub, materialist Vladimir Ulyanovun (Leninin) islam çuluna bürünmüş siam ekizi olan Ruhulla Homeynini hakimiyyətə gətirə bildilər. Lakin, Homeyni əsas rəqibləri olan Şəriətmədari və Taleqanini terror vasitəsilə aradan götürdükdən sonra, normal vətəndaş və insan hüquqlarının, azadlıq və demokratiyanın hansı üsul və vasitələrlə reallaşdırmaq üçün ölkədə hansı iqtisadi-ictimai quruluşun yaradılması barədə heç bir təsəvvürü olmayan, xalqı saxta dini ibarələrlə aldadaraq ölkə ərazisində yaşayan bütün millətlər, ilk növbədə ölkənin milli ərazisinin 90 faizinin sahibi olan türklər üçün İran İslam Respublikası adı ilə şahlıq rejimindən də dəfələrlə məşum bir cəhənnəm mexanizmi olan şovinist fars molla faşizmi quruluşu yaratdı.

Palanilərin şahlıq rejimi dövründə sənaye istehsalı demək olar ki, yox səviyyəsində idi. Ölkənin sənaye mallarına tələbat əsasən xarici ölkələrdən idxal olunan malların hesabına ödənilir, mövcud kiçik manufaktura sənayesi istehsalı vahidlərinin sayı çox az olmaqla bərabər, istehsalın texniki və texnoloji səviyyəsi də çox aşağı idi. Ölkədə kənd təsərrüfatı istehsalı da həm təşkilati, həm də texnoloji cəhətdən primitiv idi. Ölkənin ixracatının 80-90 faizini xam neft ixracı təşkil edirdi. 1 Molla rejimi qurulduqdan sonra mollalar ilk növbədə sənaye istehsalını stimullaşdırmaqla bu sahədə gözəçarpan nailiyyətlər əldə etdilər. Kənd təsərrüfatı istehsalına da əvvəlki rejimdən xeyli münbit şərait yaradıldığından kənd təsərrüfatı sahəsində də canlanma yaradıldı. Vətəndaşların həyat şəraitinin yaxşılaşmasına səbəb olan bu iqtisadi-texniki inkişaf, mollaların bu prosseslərlə yanaşı ölkənin ictimai həyatına tətbiq etdikləri mürtəce qaydalara qarşı loyal münasibəti təmin etdiyindən, ümumilikdə ölkədə müəyyən ictimai sabitlik mövcud idi. Bu ictimai sabitliyi təmin edən amillərdən biri də İraqın bu ölkə ərazisindəki sərhəddə mübahisəli torpaqların mövcudluğu bəhanəsilə, əslində isə artıq iqtisadi, hərbi cəhətdən güclənmiş İraqın və iqtisadi, texniki cəhətdən inkişaf etməkdə olan Tehranın molla rejiminin inkişafını ləngitmək, zəiflətmək üçün Rusiya və Qərbin arasındakı mövqe savaşı idi. Müharibə dayandırıldıqdan sonra hərbi sənayenin əhəmiyyətini dərk edən mollalar Rusiya ilə isinişərək ölkənin bütün iqtisadi gücünü hərbi sənayenin inkişafına yönəltməklə bərabər, strateji karbohidrogen yataqları ilə zəngin olub, Qərbin nüfuz dairəsində olan ətrafındakı ərəb ölkələrində şiəlik ideologiyası əsasında hərbi qruplaşmalar yaradaraq həmin ölkələrin hakimiyyətləri ilə bu hərbi qruplaşmalar arasında davamlı silahlı toqquşmalar yaratmaqla ikibaşlı hədəf təqib edirdi.

Yəni, bu ərazilərdə Rusiyanın əsas rəqibi olan ABŞ və ümumilikdə Qərbin mövqeyini zəiflətməklə, əvəzinə Rusiyadan hərbi texnologiyalar alaraq ölkədə hərbi sənaye istehsalını genişləndirir, həm də ərəb ideologiyası olan sünnə əsaslı islama qarşı fars milli ideologiyası olan şiəliyin qonşu ərəb ölkələrində geniş yayılmasını təmin etməklə, həmin ölkələri hissə-hissə ilhaq edərək dünya güclərindən birinə çevrilməyi hədəfləyirdi. Bu prossesləri diqqətlə izləyən Rusiya, Çin, Avropa Birliyi, Böyük Britaniya, ABŞ, Hindistan kimi ölkələr Tehranın 100 ildən bəri ölkənin həm milli ərazisinin sahibi, həm də əhalisinin 60 faizindən çoxunu təşkil edən türkləri əsarət altında saxlayıb, nəinki beynəlxalq insan, vətəndaq, milli hüquq normalarını vəhşicəsinə pozan şovinist fars faşizminin törətdiyi cinayətlərə, qətliamlara türk düşmənçiliyi üzündən susqunluq, biganəlik nümayiş etdirir, hətta ABŞ, Böyük Britaniya və başqa Avropa dövlətləri özlərinin mənafelərinə zidd, təhlükə olan 2 əməllərinə biganə qalırdı. Avropa və ABŞ Tehran rejiminin nüvə silahı əldə etməsinə son dərəcədə yaxınlaşdıqda, başına soyuq su tökülmüş adamın ayıldığı kimi, ayıldılar. Tehranın yaradıb, silahlandırdığı Həmasın Fələstində hakimiyyəti ələ aldıqdan sonra İsrailə qəfil, qanlı hücumu, bu ərazidə hadisələrin sonrakı inkişafı, Qüdsü ələ keçirməklə İraqda, Yəməndə, Livanda, Liviyadakı Tehranın hərbi qüvvələrinin perspektiv hədəflərini ortaya qoymuş oldu. Artıq Tehran rejiminə qarşı əsaslı təcili tədbir görülməməsi Avropa və ABŞ-ın Orta Şərqdən qovulması demək idi. Həm də ABŞ və İsrailin Tehran rejimi və onun uzantılarına Həmas, Hizbullah, Husilərə və s. qarşı əks tədbir görməsi üçün Həmasın və digər qruplaşmaların İsrailə etdikləri quldur hücumları kimi, beynəlxalq hüquqa uyğun faktiki əsaslar var idi.

1979-cu ildə xalqı ayağa durub, şahlıq rejiminə qarşı üsyan etməyə məcbur edən əsas amil rejimin xalqa yaşatdırdığı ağır həyat tərzi, məmur özbaşınalığı idisə, bu gün molla rejiminin xalqa orta əsrlərdə Avropada xristian keşişlərin əhaliyə tətbiq etdiyi inkvizisiyanı, ölkədə yaratdıqları islam çulunda tətbiq etməsidir. Üstəlik ölkənin yeraltı, yerüstü sərvətlərinin talanıb qonşu ərəb dövlətlərində iri hərbi dəstələr yaradaraq həmin ölkələrdə daim hərbi toqquşmalara sərf edilməsi, bir hissəsinin də yüksək vəzifə tutan SEPAH və Ayətullaların yaxınlarının xarici ölkələrə daşıyaraq orada özlərinə firavan həyat qurmasına sərf edilir. Tehranın təkcə Suriyada Bəşər Əsəd rejiminin ayaqda qalması üçün ildə 8 (səkkiz) milyard ABŞ dolları xərclədiyindən başqa, Suriyadakı hərbi toqquşmalarda Tehranın qoşun hissələrinə çəkdiyi xərcləri və insan itkilərini nəzərə alsaq mollaların xalqı dilənçi halına salmasının səbəbləri aydın olur.

Artıq rejimin mövcudluq potensialı bitmək üzrədir. Çünki, o özünün əsil məqsədini, yəni, bütün dünya nizamını, bəşəriyyətin bütün dövlət, millət, insan və vətəndaşlıq hüquqlarını vəhşicəsinə tapdalamaqla şovinist fars milli faşizminin, dünya ağalığının iddaçılarından birinə çevirməyin, əsas və dəyişməz məqsədi olduğunu sübut edib. Bu məqsədini isə dünyanın iki ən müdhiş anti-bəşəri rejimi olan Rus və Çin imperializminin iqtisadi, hərbi, diplomatik resurslarından sui istifadə etməklə reallaşdırır. Eynilə ermənilərin xristianlıq şüarı ilə xristian ölkələrinin resurslarından istifadə edərək türk torpağında özünə dövlət quraraq, 3 xristian ölkələrinin köməyilə ərazilərini türk milli əraziləri hesabına genişləndirdiyi və bu məqsədi daim təqib etdiyi kimi. Fars və erməninin bu məsələlərdə siam ekizi olması özünü bu məsələnin başqa cəhətində də biruzə verir. Belə ki, farslar xristian ingilis dövlətinin himayəsi və köməyi ilə türk milli ərazisində fars dövləti yaratdıqdan sonra, türkün yeraltı, yerüstü sərvətlərindən iqtisadi, canlı qüvvəsindən savaş materialı kimi istifadə edir. Müsəlman çuluna bürünən fars şovinizmi türk əhalinin zehnini şiə məzhəbi ilə qandallayaraq ərəblərə qarşı müharibədə müsəlman ərəblə, müsəlman türkü bir-birinə «məzhəb savaşı» bəhanəsilə qırdırması və bu məqsədlə xristian Rusiyanın hərbi texnika və texnoloji layihələr vasitəsilə yardımından istifadə etməsi kimi, eynilə xristian dövlətlərinin ermənilərdən türklərə qarşı mübarizə üçün istifadə etdiyi zaman, «müsəlman fars» rejiminin iqtisadi, hərbi və s. resurslarından istifadə edirlər. Bütün bunlar bir daha onu sübut edir ki, dünyadakı mübarizə heç də ideologiyaların qələbəsi uğrunda deyil, güclü millətlərin zəif millətlər üzərində hökmüranlığı, onları ədalətsiz istismar edərək, başqa millətlərin səfil, bədbəxt həyatı hesabına, özlərinə firəvan, xoşbəxt həyat təmin etməsi uğrunda gedir.

Bu gün İran adlandırılan Qacar yurdunun daxilində və ona yaxın-uzaq beynəlxalq müstəvidə Tehranın molla faşizminə son qoyulması prossesi artıq başlanmışdır. ABŞ-ın bədnam 54 illik şahlıq rejiminin törəməsi olan Rza Palanini hakimiyyətə gətirmək arzusu baş tutan məsələ deyil. Birincisi, bunu bu ölkənin əsas sahibi və çoxluğu olan türklər, nə bəluclar, ərəblər, hətta kürdlər belə istəmirlər. İkincisi, molla rejimi çökdükdə türk torpaqlarında türklərin Qacar yurdunda, ən azı Güney Azərbaycanda türk dövlətinin qurulması qaçılmaz məsələdir. Çünki, bu gün beynəlxalq şərait 1925-ci ildəki, nə də 1979-cu ildəki şərait olmadığı kimi, ölkə daxilindəki türk əhali də nə din nağıllarına, nə də irançılıq uydurmalarına inanacaq əhali deyil. Üstəlik Türkiyə, Azərbaycan Respublikası, Türkmənistan öz soydaşlarını təkrarən yad millətlərin əsarətinə düşməsinə göz yummayacağı bəllidir və buna zəruri olan hər bir hərbi, iqtisadi, diplomatik və s. gücü mövcuddur.

Buna görə də 100 ildən bəri ingilislərin bilavasitə himayəsi və köməyilə türk Qacar yurdunda hərbi çevriliş yolu ilə hakimiyyətə yiyələnib, 54 il şovinist fars 4 şahlıq rejimi, 46 il isə fars şovinist molla faşizmi quruluşu vasitəsilə, bu gün İran adlandırılan türk milli ərazisində yaşayan azsaylı xalqlarla yanaşı, ölkənin 90 milyonluq əhalisinin 60 faizindən çoxunu təşkil edən aborigen türk millətinə qarşı daim, son dərəcədə vəhşi soyqırım və assimilyasiya prossesi aparan Tehran hökumətinin törətdikləri irimiqyaslı cinayətlərinin nəticəsi olaraq vətənlərindən didərgin salınıb bütün dünyaya səpələnmiş Güney Azərbaycanlılar son 30-35 ildə haqlı olaraq Güney Azərbaycan türklərinin milli azadlıq mübarizəsinin simvoluna çevrilmiş doktor Mahmudəli Çöhreqaninin rəhbərliyi ilə yaradılmış Güney Azərbaycan Milli hərəkatının qarşıya qoyduğu məqsədlər, yəni, Güney Azərbaycanın tarixi ərazilərində müstəqil, bu ərazilərdə yaşayan başqa azsaylı millətlərin nümayəndələri də daxil olmaqla vətəndaşların BMT-nin qəbul etdiyi, dünyada bu günə mövcud olan bütün insan və vətəndaş hüquqları və azadlıqlarının səviyyəsindən daha yüksək və mükəmməl təmin edərək qoruyan modern, demokratik dövlətin qurulmasını, vətəndaşların fikir, vicdan və s. azadlıqlarının Güney Azərbaycan dövləti üçün hazırlanan Anayasada tanınması ilə bitmir. Bu azadlıqlarla birlikdə Güney Azərbaycan dövlətinin iqtisadi sistemində öz mövcudluğunu təmin etmək üçün ona gəlir gətirən kapitalı olmayan hər bir vətəndaşa, onun mövcudluğunun təminatı üçün ona zəruri miqdarda gəlir gətirən kapital ilə və hər bir yetkinlik yaşına çatan vətəndaşın sahibkarlıq ilə məşğul olması üçün kapitalı olmadıqda onun da qeyd-şərtsiz, əvəzi ödənilmədən başlanğıc (start) kapitalı ilə təmin edilməsini nəzərdə tutan mexanizmlər təsbit edilib. Bunlardan əlavə hər hansı səbəbdən müflis olmuş vətəndaşların azad sahibkarlıq prossesinə qayıda bilməsi üçün onlara və ölkə üçün strateji əhəmiyyəti olan istehsal sahələrinə kapital qoyan iri sahibkarların prossesi başa çatdırılması üçün vəsaiti çatmadıqda dövlətin onlara da güzəştli şərtlərlə, faizsiz borc (kredit) verməsi, yaxud dövlətin vəsaiti hesabına şərikli olaraq prossesin başa çatdırılmasını nəzərdə tutan iqtisadi mexanizmlər də təsbit edilmişdir. Hazırda Güney Azərbaycan Məşvərət Şurasının yaratdığı komissiyalarda Anayasanın layihəsinin və Güney Azərbaycanın Hökumətinin mühacirətdə fəaliyyətinin təmin edilməsi üçün zəruri olan orqanlarının yaradılaraq, əməkdaşlarının kompleksləşdirilməsi üçün zəruri işlər aparılmaqdadır. 5 Günaydın, Güneyli-Quzeyli birləşməyə doğru ilk addımlarını atan Azərbaycan və bütövləşməyə can atan böyük türk milləti.

Təqdim etdi: Şapur QASİMİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri