“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi nəzəri konfransı keçiriləcək
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 5 fevral, AZƏRTAC
Aprelin 25-də AMEA-nın Gəncə bölməsində “Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən hər kəs iştirak edə bilər.
Konfrans “XI-XII əsrlər Azərbaycan intibahı və Gəncə ədəbi-mədəni mühiti”, “Gəncə intibahına aparan yollar”, “Məhsəti dövründə yaşayıb-yaratmış qadın şairlər və “Nüzhətül-məcalis”də adları çəkilən gəncəli şairlər”, “Şərq ədəbiyyatında xəmsəçilik ənənələri”, “Dünya ədəbiyyatının Nizami mərhələsi”, “XIX əsrin I yarısında yaşamış şairlər: Kazım ağa Salik, Əbdürrəhman ağa Şair, Mirzə Şəfi Vazeh”, “XIX əsrin ikinci yarısında Gəncədə maarifçiliyin təşəkkülü və inkişafı”, “XX əsrdə və müstəqillik illərində Gəncə ədəbi-mədəni mühiti”, “Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri” mövzularını əhatə edəcək.
Məqalələrin qəbulu aprelin 14-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 05 Fevral 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















