Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

XX yuz il Azərbaycan ədəbiyyatı tarixi çağdaş nəzəri düşüncə axarında

XX yuz il Azərbaycan ədəbiyyatı tarixi çağdaş nəzəri düşüncə axarında

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 24 aprel, AZƏRTAC

Son illərdə XX yüzilin sosial-siyasi və ədəbi-kulturoloji mənzərəsi çağdaş elmi yanaşmalar kontekstində daha obyektiv şəkildə dəyərləndirilməyə başlanılıb. Bu bağlamda sosialist realizmi mövqeyindən verilmiş əvvəlki qiymətləndirmələr çağdaş nəzəri baxışlarla yenidən şərh edilir. Müstəqillik dövründə milli ədəbiyyatın mövcud mərhələsinə dair ümumi konseptual yanaşma dəyişib, onun problemlərinin təhlili üçün geniş nəzəri-elmi diskurs formalaşıb. Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə “Qanun” nəşriyyatında yayınlanmış üçcildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (2024-2025) dərsliyi ötən yüzilin sonlarından başlayaraq çağdaş dönəmədək ədəbi prosesin inkişaf dinamikasını, nəsr, poeziya və dramaturgiyanın əsas mərhələlərini və problemlərini əhatəli şəkildə təqdim edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlının “XX yuz il Azərbaycan ədəbiyyatı tarixi çağdaş nəzəri düşüncə axarında” başlıqlı məqaləsində yer alıb.

Müəllif bildirir ki, Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq bir əsrdən artıq dövrü əhatə edən ədəbi prosesin hadisə və şəxsiyyətləri sistemli şəkildə təhlil obyektinə çevrilib, milli ədəbiyyatda müşahidə olunan yeni meyil və tendensiyalar elmi-nəzəri müstəvidə əsaslandırılıb. İndiyədək ötən yüzilin ədəbiyyat tarixi bu səviyyədə, yeni metodoloji meyarlar əsasında, konseptual və ardıcıl şəkildə işlənib hazırlanmayıb.Təqdim olunan dərslikdə müstəqillik ideologiyası, müasir mərhələdə təhsil sisteminin qlobal elmi-mədəni dəyərlərlə inteqrasiya istiqamətləri nəzərə alınıb, milli ədəbiyyatın zəngin bədii-estetik potensialı, ədəbi-bədii fikrin inkişaf dinamikası, qarşıya çıxan problemlər və əsas təmayüllər geniş və əhatəli şəkildə işıqlandırılıb.

Məqalədə qeyd olunur ki, dərsliyin I cildində Azərbaycan ədəbiyyatı tarixinin nisbətən az tədqiq olunan 1890-1920-ci illər dövrünün ədəbi hadisələri, istiqamətləri və keyfiyyət özəllikləri yeni elmi-nəzəri prinsiplər və metodoloji yanaşmalar kontekstində araşdırılır. Sözügedən mərhələ uzun illər sosialist realizmi ideoloji platforması çərçivəsində öyrənilib, bu isə ədəbi prosesin çoxşaxəli mahiyyətinin və aparıcı nümayəndələrin yaradıcılığının müasir elmi düşüncə prizmasından obyektiv şəkildə dəyərləndirilməsinə imkan verməyib. Dərslikdə təqdim edilən ümumi icmallar, analitik təhlillər və portret oçerklər yeni nəzəri-metodoloji yanaşmanın tətbiqi ilə səciyyələnir. Bununla yanaşı, dövrün milli hərəkat kontekstində ictimai-siyasi, tarixi və ədəbi-kulturoloji gəlişmələri bütöv şəkildə nəzərdən keçirilir; xalqın siyasi potensialının üzə çıxması, milli şüurun formalaşması prosesində bədii təfəkkürün rolu kimi fundamental məsələlərə yeni nəzəri baxış bucağından yanaşılır. Bu yanaşma bütövlükdə Azərbaycan ədəbiyyat tarixinin daha obyektiv və hərtərəfli şəkildə dərkinə xidmət edir.

Dərsliyin II cildində Azərbaycan ədəbiyyatı tarixinin nisbətən az öyrənilmiş mərhələlərindən biri – 1920-1960-cı illəri əhatə edən dövrün ədəbi prosesi geniş şəkildə araşdırılır. Bu mərhələdə ədəbi mühitin ideoloji transformasiyası, milli təmayülçülük və cümhuriyyətçilik ideyalarının tədricən beynəlmiləlçilik prinsipləri ilə əvəzlənməsi, mədəniyyətin qarşısına qoyulan yeni funksional tələblər və senzura şəraitində fəaliyyət göstərən mətbuatın xarakteri diqqət mərkəzinə çəkilir.

Dərsliyin üçüncü cildində isə Azərbaycan ədəbiyyatının 1960-2000-ci illər mərhələsi hadisələr, istiqamətlər və aparıcı ədəbi şəxsiyyətlər müstəvisində kompleks şəkildə dəyərləndirilir.

Hər bir cildin yekun bölməsində Azərbaycanın Güneyində cərəyan edən ictimai-siyasi proseslərin dinamikası, ədəbiyyatın inkişaf mərhələləri, ədəbi mühitin xüsusiyyətləri və milli düşüncə azadlığının bədii təfəkkürdə təzahür formaları sistemli şəkildə ümumiləşdirilir. Bununla yanaşı, həmin dövrün görkəmli ədəbi simalarına həsr olunmuş ayrıca portret oçerklər təqdim edilir.

Müəllif hesab edir ki, son yarım əsrə yaxın müddətdə ədəbiyyat tarixinin bu mərhələsinin əsas inkişaf tendensiyalarının və problemlərinin dərsliklərdə yetərincə əksini tapmaması, bəhs olunan nəşrin elmi-nəzəri əhəmiyyətini daha da artırır. Sovet siyasi rejimi dönəmi ədəbiyyatşünaslığının ideoloji yanaşmaları və beynəlmiləlçi interpretasiya çərçivəsi daxilində formalaşmış dəyərləndirmələrin yenidən nəzərdən keçirilməsi, ədəbi fakt və hadisələrin müasir elmi metodologiya əsasında çözümünü zəruriləşdirir. Bu baxımdan dərslikdə XX əsr Azərbaycan ədəbiyyatı vahid və fasiləsiz ədəbi proses kimi araşdırılır; çünki ədəbiyyat tarixinin yazılması, mahiyyət etibarilə, xalqın bədii düşüncə tarixinin rekonstruksiyası deməkdir və bu isə yalnız ədəbi prosesin bütövlükdə, sistemli şəkildə tədqiqi ilə mümkündür.Həmçinin müvafiq dövrün ictimai-siyasi, tarixi və ədəbi konteksti obyektiv elmi meyarlar əsasında təhlil edilir, ayrı-ayrı inkişaf mərhələlərinin spesifik xüsusiyyətləri müəyyənləşdirilir və ədəbi nümunələrə yeni nəzəri-estetik baxış formalaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see412

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see331

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see311

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see306

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see295

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see288

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see285

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see280

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see266

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see265

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see256

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see241

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see236

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see225

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see221

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see200

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see198

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see190

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see181

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri