“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 18 noyabr, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının yeni nömrəsi nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu nömrə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatında “Aralıq ədəbi nəsil” və “Altmışıncılar” mərhələsi, yaxud sərt realizm - modernizm dövrü” adlı məqaləsi ilə açılır.
Elmi jurnalın baş redaktoru Milli Məclisin deputatı filologiya elmləri doktoru Elnarə Akimova, baş redaktorun müavini dosent Aygün Bağırlıdır. Jurnal dosent Töhfə Talıbovanın məsul redaktorluğu ilə işıq üzü görüb.
Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri jurnal “Elm və təhsil” nəşriyyatında çap olunub.
Jurnalın beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan (Rusiya), Hindistan, Polşa və Monqolustan alimləri daxildir. Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 Noyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















