Icma.az
close
up
RU
“Dədə Qorqud” jurnalının növbəti nömrəsi çapdan çıxıb

“Dədə Qorqud” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 fevral, AZƏRTAC

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Dədə Qorqud” elmi-ədəbi toplusunun 86-cı nömrəsi nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər və başqa yazılar öz əksini tapıb.

Toplunun “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” rubrikasında “Kitabi-Dədə Qorqud” və “Oğuz xaqan” Oğuznamələrində türk etnik-mədəni gerçəkliyi”, “Kitabi-Dədə Qorqud” dastanında əxlaq konsepsiyası və onun pedaqoji-psixoloji əhəmiyyəti” başlıqlı məqalələr oxucuların ixtiyarına verilib.

“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində “Azərbaycanın fikri, milli və ədəbi oyanışı”, “Dəyişən folklor paradiqmasında müasir şəhər folkloru”, “Bahariyyə motivli Azərbaycan, türk və özbək atalar sözlərinin müqayisəli tipologiyası”, “Göyçə aşıq mühitinin banisi – Ağ Aşıq”, “Füzuli qəzəllərində mifoloji obrazların çoxçalarlı ifadəsi”, “Nəbi Xəzri poeziyasına folklor prizmasından baxış”, “Qarabağda mövcud olmuş tayfaların tarixi-mədəni səciyyəsi”, “Nizami Gəncəvi yaradıcılığında qarğışlar, inanclar, rəvayətlər”, “Aşıq Sərraf Qasımın yaradıcılığının poetik xüsusiyyətləri”, “Koroğlu” eposunda paremioloji vahidlərin funksiyası”, “Folklorda və yazılı ədəbiyyatda “Durna” motivi və riyazi modelin proyeksiyası”, “Azsaylı rutul xalqının folkloruna bir baxış”, “Qarabağ bayatılarının quruluşu” adlı məqalələrlə tanış olmaq mümkündür.

Toplunun “Azərbaycan folklorundan yeni nümunələr” rubrikasında Qərbi Azərbaycan folklor örnəkləri, “Cənubi Azərbaycan folklorundan nümunələr” bölməsində Qaşqay folklor nümunələri, “Türk xalqlarının folklorundan yeni nümunələr” bölməsində isə İraq- türkman folklor örnəkləri yer alıb.

Jurnalın “Yeni nəşrlər və rəylər” rubrikasında “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor və mifoloji düşüncə kontekstində)” monoqrafiyası haqqında rəy təqdim olunub.

Xatırladaq ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see330

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see291

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see282

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see274

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see268

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see264

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see254

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see232

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see231

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see226

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see222

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see209

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see206

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see204

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see198

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see195

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see193

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri