Icma.az
close
up
RU
Azərbaycan Ekoturizm Assosiasiyasında yeni təyinat

Azərbaycan Ekoturizm Assosiasiyasında yeni təyinat

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Azərbaycan Ekoturizm Assosiasiyasında baş katib vəzifəsi təsis edilib.

Metbuat.az xəbər verir ki, Assosiasiyanın İdarə Heyətinin qərarı ilə qurumda Baş Katib vəzifəsi təsis edilib.

Tanınmış jurnalist, ictimai fəal, media meneceri, Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmiş Şakir Vəfa oğlu Eminbəyli bu vəzifəyə təyin olunub.

Baş Katib vəzifəsinin təsis edilməsi Assosiasiyanın institusional inkişafının gücləndirilməsi, ictimai əlaqələrin daha sistemli qurulması, tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, ekoloji mədəniyyət və ekoturizm ideyalarının cəmiyyətə daha təsirli şəkildə çatdırılması məqsədi daşıyır.

Şakir Eminbəylinin Azərbaycan Ekoturizm Assosiasiyası ilə əməkdaşlığının uzun tarixi var. O, Assosiasiyanın təşəbbüslərinə, ekoloji maarifləndirmə fəaliyyətlərinə və ictimai kommunikasiya proseslərinə verdiyi dəstəklə yaşıllar, ekoaktivistlər, AzETA-nın tərəfdaşları və dostları, ümumilikdə cəmiyyət arasında fəallığı ilə seçilir.

Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib:

“Ekoturizm yalnız təbiətə səyahət deyil. Bu, ekoloji mədəniyyət, məsuliyyətli turizm, yerli icmaların inkişafı, milli-mədəni irsin və təbiətin qorunması məsələsidir. Şakir Eminbəylinin media təcrübəsi, ictimai nüfuzu və Assosiasiya ilə uzunmüddətli əməkdaşlığı fəaliyyətimizin daha sistemli və təsirli qurulmasına mühüm töhfə verəcək. Şakir müəllimi və bütün AzETA ailəsini bu təyinat münasibətilə təbrik edir, birgə fəaliyyətimizdə uğurlar arzulayıram.”

Assosiasiya ekoloji mədəniyyətin və ekoturizmin inkişafını gücləndirir, dövlət siyasətinə ictimai dəstək verir, eləcə də müxtəlif turizm istiqamətlərinin inkişafında fəal iştirak edir. Baş katib Şakir Eminbəyli isə bu məqsədlərin həyata keçirilməsi çərçivəsində ictimai və institusional əlaqələrin möhkəmləndirilməsi, media və tərəfdaşlıq platformalarının inkişafı və ekoturizm sahəsində peşəkar dialoqun təşviqini idarə edəcəkdir.

Azərbaycan Ekoturizm Assosiasiyası haqqında:

“Azərbaycan Ekoturizm Assosiasiyası” İctimai Birliyi 2019-cu ildə təsis edilmiş, ölkədə ekoturizmin, ekoloji mədəniyyətin və dayanıqlı turizm yanaşmalarının inkişafına dəstək verən qeyri-hökumət təşkilatıdır. Assosiasiya təbiətə məsuliyyətli turizm fəaliyyətlərinin təşviqi, milli parkların və təbii ərazilərin dayanıqlı əsaslarla tanıdılması, yerli icmaların turizm proseslərinə cəlb edilməsi, alternativ və ekoloji yerləşdirmə modellərinin təşviqi, həmçinin ekoturizm sahəsində maarifləndirmə, ekspert və tərəfdaşlıq fəaliyyətinin aparılması istiqamətində çalışır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 İyul 2026 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see482

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see466

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see391

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see384

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see360

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see353

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see344

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see343

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see340

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see318

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see292

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see289

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see263

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see239

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see235

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see232

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see212

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see198

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri