Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Ekoturizm təbiətə sevgidir

Ekoturizm təbiətə sevgidir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ətraf mühitə qayğı ilə bağlı olan ekoturizm əhatəsində olduğumuz aləmə doğma münasibəti ehtiva edir. Bu səyahət növü təbiətin dərki və qorunması baxımından böyük önəm daşıyır.

Bakıda COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə COP tarixində ilk dəfə daxil edilmiş “Turizm sahəsində təkmilləşdirilmiş iqlim fəaliyyəti məqsədilə qlobal əməkdaşlıq” təşəbbüsünün icrası məqsədilə Turizm Nazirlərinin Yüksək Səviyyəli Görüşü, eləcə də turizmin iqlim dəyişikliyində yeri üzrə bir sıra panel müzakirələr və əlavə tədbirlər keçirilib. Görünən budur ki, ölkəmiz olduqca cəlbedici turizm məkanıdır.

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycana 2 milyon 209 min 720 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Dövlət Turizm Agentliyinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz çoxdur və əcnəbilərin Azərbaycana marağının getdikcə artdığını göstərir. Rusiya, Türkiyə, Hindistan, İran, Gürcüstan, Səudiyyə Ərəbistanı və sair ölkələrin turistləri üçün burada ekoturizm də cəlbedici sahədir. Başlıca hədəflərindən biri ətraf mühitdən zövq almaq olan ekoturizm botaniki, zooloji, geoloji və sair kimi turlar vasitəsilə təbiətlə bağrıbadaşlıq yaradır. Macərasevərlər ekoturizmə daha çox meyilli olurlar.

Azərbaycanın bir çox qoruqlarına və milli parklarına, eləcə də kənd təsərrüfatı sahələrinə aid ekoturist səyahətləri xəritələri var. Turlar vasitəsilə təbiətin ekzotik “möcüzə” və “gözəlliklərini” müşahidə ilə bərabər, ekoloji problemlərin aşkarlanması və onların həllində fəal iştirakın da təmin edilməsi nəzərdə tutulur.

Üç həftə əvvəl Dövlət Turizm Agentliyi Azərbaycanın təbiət ərazilərini tanıtmaq və göstərmək, ekoturizm fəaliyyətlərini təşviq etmək məqsədilə Bakı və Abşeron ərazilərinə, eləcə də Xızı rayonuna infotur keçirib. Müxtəlif turoperator və turagentliklərin nümayəndələri, videobloger və müstəqil bələdçilərin iştirakı ilə reallaşan infotur çərçivəsində Abşeron və Altıağac Milli parkları, habelə təbiət və ekoturizm potensialı olan digər ərazilər ziyarət edilib. Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirilən infoturlarlarda əsas məqsəd bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsini təmin etmək, bölgələrdə turizm sənayesinin fəaliyyət miqyasını genişləndirmək, turizm vasitəsilə yaşıl artım konsepsiyasını dəstəkləmək, həmçinin bunun nəticəsində regionlarda məşğulluq səviyyəsini artırmaqdır.

Turistlərin ölkəmizdə ən çox üz tutduqları ekoturizm məkanlarından biri Qobustandır. Burada Böyükdaş dağının yuxarı səkisini əhatə edən əsas ekskursiya marşrutu ilə yanaşı, “Böyükdaş dağının aşağı səki marşrutu”, “Kiçikdaş dağı marşrutu”, “Cingirdağ dağı marşrutu”, “Ekstremal ekskursiya marşrutu” və uşaqlar üçün “Qobustan – interaktiv turu” fəaliyyət göstərir. Həmçinin istəyə uyğun olaraq Böyükdaş dağının yuxarı səkisində “Gecə turu” da təşkil olunur.

Göygöl Milli Parkı gözəlliyi ilə göz oxşayır. Göygöl–Maralgöl, Zəligöl–Gəlinqayası, Qədim tağlı daş körpü, Kəpəz marşrutları silinməz yaddaş tabloları yaradır. Digər istiqamətlərdə Zaqatala, İlisu, Pirqulu, Şirvan, Qarayazı, Qızılağac, Hirkan, Altıağac qoruqları, yasaqlıqlar yurdumuzun gözəllik brendləridir. Sadəcə, bu məkanlarda ekoturizmin müasir səviyyədə təşkili üçün səylər əsirgənməməlidir.

Azərbaycan Ekoturizm Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bizimlə söhbətində dedi:

– Bildiyiniz kimi, COP29 çərçivəsində bir sıra mövzular müzakirə edilir. Sərf-nəzər olunan qlobal xarakterli məsələlərdən biri də turizmin karbon izini necə azalda, səyahət təcrübəsini yaxşılaşdıra biləcəyi və daha yaşıl, daha davamlı gələcəyə necə töhfə verə biləcəyi mövzusudur.

Ekoturizm fəaliyyətlərinin bir çoxunun inkişafı üçün ölkəmizdə müxtəlif imkanlar mövcuddur. Ölkənin, demək olar ki, bütün ərazisi, xüsusilə də Qarabağ və Şərgi Zəngəzur təbii, maddi və qeyri-maddi mədəni ekoturizm ehtiyatları ilə zəngindir. Başqa sözlə, etno-mədəni, arxeoloji, aqro, qastro, yaşıl, kənd turizmi, ümumilikdə isə, ekoturizm kimi istiqamətlərin inkişafı üçün bütün zəruri imkanlar mövcuddur. Düşünürəm ki, COP29 kimi tədbirin Azərbaycanda keçirilməsi, Azərbaycan hökumətinin yaşıl transformasiya ilə əlaqədar strateji addımları, cənab Prezidentin sərəncamı ilə alternativ energetikanın inkişafı, ağıllı və yaşıl kəndlərin və şəhərlərin yaradılması kimi tədbirlərin məntiqi davamı ölkədə ekoloji mədəniyyətin təkmilləşməsi və ekoturizmın inkişafı olmalıdır.

Əlbəttə, bu cür mütəxəssis yanaşmaları fərəh doğurur. Amma təəssüflə bunu da qeyd edək ki, 30 illik erməni işğalı ilə Qarabağ və Şərqi Zəngəzurda bir sıra təbiət muzeylərimiz məhvə məruz qalıb, ermənilər ekoloji tarazlığın pozulması üçün əllərindən gələni ediblər. Zəngilanın dünyada 2-ci, Avropada isə 1-ci tarixi və nadir çinar meşəsi qırılıb, ağacların kökləri yandırılıb. Bu, bəşəri cinayətdir. Oxçu çayına axıdılan zərərli maddələr nəticəsində su çirkləndirilib. Kəlbəcərdə, Laçında, Şuşa yaxınlığındakı Topxanada yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi, 60 min hektardan çox meşə fondunun dağıdılması ilə bölgədə ekoloji tarazlıq pozulub. Bu ərazilərin zəngin flora və faunası hələ də qan ağlayır. Bütün bu törədilənlər ermənilərin Azərbaycanın milli sərvətlərinə qarşı həyata keçirdiyi əsl soyqırımıdır.

Nəhayət, xüsusi vurğulamaq lazımdır ki, ölkə inkişafının prioritet istiqamətlərindən olan ekoturizmin inkişafı təbiətə qayğının daha da artırılması ilə cəmiyyətin daha sağlam gələcəyinin təmin olunması deməkdir.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see728

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see524

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see514

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see508

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see466

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see427

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see424

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see360

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see340

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see318

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see313

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see300

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see299

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see287

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see287

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see286

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see285

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see284

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see259
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri