Icma.az
close
up
RU
Azərbaycan elminin yeni dövrü: qarşıda dayanan ən vacib vəzifələr müəyyənləşdirilir

Azərbaycan elminin yeni dövrü: qarşıda dayanan ən vacib vəzifələr müəyyənləşdirilir

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr edilmiş tədbirdə çıxışı zamanı bir çox məsələlərə toxunub. Toxunduğu məsələlər sırasında müasir dövrdə elmi-akademik dairələrin qarşısında duran vəzifələr, elmin töhfə verəcəyi sahələr də yer alıb. Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan tarixinin tədqiqi və təbliği, ermənilərin saxtalaşdırmalarına qarşı mübarizə, Qərbi Azərbaycanda toponimlərimiz, onların saxtalaşdırma və erməniləşdirilməsi problemi haqqında danışıb.

Dövlət başçısının çıxışında toxunduğu bir çox məsələlərlə bağlı “Xalq Cəbhəsi” millət vəkillərinin fikirlərini öyrənib.

“Prezidentin nitqində Akademiyamızın keçdiyi yol təhlil edilir”

Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirib ki, cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr edilmiş toplantıdakı nitqi böyük əhəmiyyət daşıyır: “Bu nitqdə Akademiyamızın keçdiyi yol təhlil edilir, müasir şəraitin nədən ibarət olduğu diqqətə çatdırılır və yeni şəraitdə elmimizin qarşısında dayanan ən vacib vəzifələr müəyyənləşdirilir. Akademiya 80 ildə böyük bir yol keçib. Cənab Prezidentin söylədiyi kimi, hansı sistemdə mövcud olmasından aslı olmayaraq Azərbaycan elminə diqqət göstərilib. Həm Ulu Öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev Azərbaycan elminə, Akademiyaya lazımi qiymət veriblər”.

Müasir şəraitin təhlili

M.Qasımlı bildirib ki, digər bir məsələ müasir şəraitin təhlili idi: “Cənab Prezident nitqində müasir dövrdə dünyada baş verən bütün prosesləri prinsipial olaraq təhlil etdi və ondan çıxış edərək elmimizin qarşısında dayanan vəzifələri konkret olaraq müəyyənləşdirdi. Hər şeydən əvvəl, ölkəmizdə yeni texnologiyaların tətbiqini, süni intellektə ayrılan diqqəti, tükənən neft kapitalının tükənməyən insan kapitalına çevrilməsini, informasiya təhlükəsizliyini önə çıxardı. Bildirdi ki, informasiya təhlükəsizliyi sadəcə virtual məkanda, informasiya məkanında təhlükəsizlik deyil, bu, eyni zamanda, hər hansı bir ölkənin, dövlətin fiziki mövcudluğu məsələsidir. Ona görə də kibertəhlükəsizlik mərkəzinin yaradılmasının nə qədər böyük əhəmiyyət daşıdığı cəmiyyətimizə bildirildi”.

Elmin nailiyyətlərinin istehsalata tətbiqi

Deputatın sözlərinə görə, Prezidentin nitqində vurğulanan ən vacib məsələlərdən biri elmin nailiyyətlərinin istehsalata tətbiq olunması, müdafiə sənayesinə xüsusi diqqətin yetirilməsi, dövlət orqanlarının alimlərlə birgə işləməsinin zəruriliyi idi: “İndi dünyada elə bir şərait yaranıb ki, həmin sahəyə xüsusi diqqət yetirilməsində fayda var. Milləti ayaqda saxlayan onun tarixi və dilidir. Nitqində cənab Prezident tariximizin tədqiqini, təbliğini önə çəkdi və eyni zamanda, bizə qarşı xaricdəki erməni diasporu və Ermənistanda olanlar tərəfindən aparılan uydurma təbliğata cavab verilməsinin vacibliyini bildirdi. Xüsusi vurğuladı ki, bu məsələdə çarizm dövründə olan xəritələrdəki toponimlər böyük mənbədir, bu, ərazinin mənsubiyyəti məsələsini, etnomədəni kimliyini təsdiq edir. Bununla cənab Prezident toponimika sahəsində məşğul olan alimlərin, tarixçilərin, coğrafiyaçıların və digərlərinin qarşısında mühüm vəzifələr qoydu”.

Milli dövlətçilik tarixi

O əlavə edib ki, məsələnin digər çox zəruri tərəfi cənab Prezidentin nitqində milli dövlətçilik tariximizin yazılmasıdır: “Müstəqillik tarixinin dərindən yazılması, onun müxtəlif tərəflərinin araşdırılması vətəndaşlarda milli dövlətçilik hislərinin artırılmasında müstəsna rol oynayır və cənab Prezidentimiz bu məsələni önə çəkdi. Nitqdə Azərbaycan dili ilə bağlı məsələnin irəli sürülməsi, dilimizin saflığının qorunması ən ümdə məsələ kimi diqqətə çatdırıldı. Bizi bir millət olaraq ayaqda saxlayan əgər bir tərəfdə milli tariximizdirsə, o biri tərəfdə Ana dilimizdir, dövlətimizin dilidir və bu dilin qorunması çox vacibdir. Dili zibilləmək olmaz, zaman-zaman dilin lüğət tərkibi daim zənginləşər. Ona görə də cənab Prezidentimiz bu nitqində dilçi alimlər qarşısında da çox prinsipial məsələlərin həllini qoydu. Hesab edirəm ki, Akademiyanın 80 illik yubiley toplantısında cənab Prezident İlham Əliyevin nitqi Azərbaycan elmininin inkişafında, ən vacib məsələlərin həllində yeni səhifə açır”.

Çoxsaylı dövlət proqramları

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, cənab Prezidentin Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində iştirakı Azərbaycan dövlətinin elmə, elmin inkişafına diqqətinin yüksək nümunəsi oldu: “Eyni zamanda, Prezidentin hərtərəfli, dərin çıxışı ölkə Prezidentinin elm, təhsil məsələlərini daim diqqətdə saxlaması, onun problemlərinin həll edilməsinə qayğı göstərməsinin nümunəsi oldu və bu zaman Ulu Öndər Heydər Əliyevin vaxtilə elmin inkişafına göstərdiyi qayğını vurğulaması onu göstərir ki, o xətt, o münasibət bundan sonra da davam edəcək. Cənab Prezident elmin və onun ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı çoxsaylı dövlət proqramları, fərman və sərəncamlar verib. Elmin inkişafına dövlət büdcəsindən hər il daha çox vəsaitlər ayrılıb. Elmi təşkilatların maddi-texniki bazasının möhkəmləndirilməsi, bina və laboratoriyaların təmiri də bu qəbildən olan məsələlərdir”.

Gənc alimlərin yetişdirilməsi

Deputat deyib ki, elmi tədqiqatlar dövlətin diqqətində olub və həqiqətən də maraq doğuran, Azərbaycanda elmin inkişafına dəstək olan sahələr dövlət tərəfindən müdafiə olunur: “Həmçinin gənc alimlərin yetişdirilməsi Azərbaycan dövlətinin əsas inkişaf sahələrindən olub. Gənc istedadlarımızın nüfuzlu xarici universitetlərdə təhsil alması da bu qəbildən olan məsələlərdəndir. Cənab Prezident Elmlər Akademiyasında dəfələrlə çıxış edib, alimlərin fəaliyyəti ilə tanış olub, onlar qarşısında dövlət adından müəyyən vəzifələr qoyub. Bu, göstərir ki, Elmlər Akademiyası dövlətin qayğısındadır, dövlət başçısının diqqətindədir və bundan sonra da dövlət milli elmimizin inkişafına daim qayğı göstərəcək. Əsas vəzifələr cənab Prezidentin çıxışında öz əksini tapdı. Müasir elmin inkişafı ilə ayaqlaşmaq, Azərbaycan dövlətinin tarixininin, ədəbiyyatının öyrənilməsinə diqqət yetirmək, onun inkişafına töhfə vermək, eyni zamanda, elmi nailiyyətlərdə Azərbaycan alimlərinin də töhfə verməsinə şərait yaradılması, işğaldan azad olunmuş torpaqlarımızın bərpası, orada elm və təhsilin inkişafı, eləcə də Qərbi Azərbaycan mövzusunun daim diqqətdə saxlanması, bu məsələdə Azərbaycan elminin də iştirakı arzu olunandır və bundan sonra da olacaq”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Noyabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri