Icma.az
close
up
RU
Partiyamızın VIII qurultayı və qarşıda dayanan vəzifələr

Partiyamızın VIII qurultayı və qarşıda dayanan vəzifələr

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin və xalqımızın həyatında mühüm tarixi hadisə və yeni  taleyüklü mərhələnin başlağıcı kimi əlamətdardır. 

Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev proqram xarakterli nitqində YAP-ın VII qurultayından ötən dövr ərzində partiyanın fəaliyyətinə və ölkəmizin həyatında baş vermiş mühüm hadisələrə qiymət verdi və qarşıda dayanan vəzifələri diqqətə çatdırdı.

Cənab Prezidentin qeyd etdiyi kimi, VII qurultaydan sonrakı illər ölkəmizin və xalqımızın həyatlnda əlamətdar hadisələr və uğurlarla zəngin olmuşdir. 

Bu illər ərzində Azərbaycan öz suverenliyini tam bərpa etmiş, siyasi, iqtisadi və hərbi qüdrətini ardıcıl şəkildə möhkəmləndirmiş, sülh gündəliyini formalaşdırmış, Ermənistanla sülh müqaviləsinin mətnini  paraflamış, dövlətimizin beynəlxalq nüfuzu və regional mövqeləri daha da güclənmişdir.

Qurultayda aparılan müzakirələr bir daha göstərdi ki, əldə etdiyimiz uğurların yalnız və yalnız bir siyasi və ideoloji mənbəyi vardır: Heydər Əliyev yolu və bu yolu Şuşa ucalığına, Zəngəzur dağlarının zirvələrinə qaldıran İlham Əliyev zəkası, İlham Əliyev cəsarəti, İlham Əliyev liderliyi!

Bu gün fəxrlə söyləyə bilərik ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük,  ən monolit və ən qüdrətli Partiyasıdır.  Eyni zamanda onu da qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyasının gücü xalqın ona olan etimadında, cəmiyyətin müxtəlif təbəqələrini ümummilli məqsədlər ətrafında birləşdirmək və qarşıya qoyulan vəzifələri həyata keçirə bilmək keyfiyyətindədir.

Keçdiyimiz tarixi mübarizə yolu bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarına könüldən bağlı olan, ona sədaqətlə, ləyaqətlə, vicdanla və təmənnasız xidmət edən mərd və mübariz insanların partiyasıdır!

Qurultaydakı nitqində cənab Prezident regionda və dünyada gedən siyasi proseslərə dəqiq qiymət verdi, hər kəsə öz yerini göstərdi və qarşıda dayanan prioritetləri diqqətə çatdırdı.

Bu gün qarşımızda daha böyük miqyasda vəzifələr dayanır:
Qələbəni, suverenliyimizi qorumaq, hərbi qüdrətimizi artırmaq, ideoloji təxribatların vaxtında qarşısını almaq,  davamlı sülhə nail olmaq, azad Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmək, güclü iqtisadiyyat yaratmaq, insan kapitalını inkişaf etdirmək, sosial ədaləti və vətəndaş rifahını daha da yüksəltmək, gənclərimizin gələcəyinə yeni imkanlar açmaq – bütün bunlar qarşıdakı dövrün mühüm prioritetləridir.
Cənab Prezidentin irəli sürdüyü birinci vəzifə - "Biz güclü olmalıylq,-" tezisidir. Bəli, müharibə bitib, düşmən kapitulyasiya aktına qol çəkib. Amma sülh yoxdur, müxtəlif təxribat meyilləri var,  düşmənə etibar da yoxdur və olmamalıdır da. Bunu bizə yaşadığımız 200 illik tarix dəfələrlə sübut etmişdir. Nə qədər ki, dünyada və regionda sabitlik yoxdur, nə qədər ki,  Azərbaycanın təbii sərvətlərinə, zəngin iqtisadı və loqistik resurslarına göz dikənlər var, nə qədər ki, bizi cəhalətə çəkmək, özlərinin yanlış və mənasız iddialarına ortaq etmək istəyənlər var,  biz güclü olmalıylq. Heç kəsə ümid bağlamırıq və bağlamamalıylq.  Bu haqsız dünyadan ədalət gözləməməliyik, ədalətimizi özümüz təmin etməliyik və  həmişə güclü olmalıylq.

Ona görə də hərbi gücümüzü artırmalıylq. Gələn ilin dövlət büdcəsində müadafiə və təhlükəsizlik xərcləri 9 milyard manata qədər artırılacaqdır, ordumuzun maddi-texniki bazası daha da güclənəcək, müasirləşəcək, hərbçilərimizin maddi və sosial təminatı artırılacaqdır. Biz həm də ideoloji və siyasi təxribatlarla üz-üzəyik və bu təxribatların da vaxtında qarşısını almaq üçün siyasi və ideoloji baxımdan güclü olmalıyıq. Təhsilli, bilikli olmalıyıq, texnoloji yenilikləri, süni intellekt də daxil olmaqla bütün sosial şəbəkə və elektron resursları daimi izləməli və əks təsir yaratmaq üçün proqramlara malik olmalıyıq. 
Və ən əsası, birlikdə olmalıylq. Bu müqəqqəs vətənin, torpağın və bayqağın şərəfi hər birimizin, bütövlükdə isə xalqımızın şərəfidir düşüncəsi ilə birlikdə olmalıyıq. 
Cənab Prezident və Ali Baş Komandan İlham Əliyevin yanında olmalıyıq. 

"Qələbənin ata-anası çox olar, məğlubiyyət isə həmişə yetimdir"-' atalar sözünü biz 30 illik işğal dövründə və 44 günlük Zəfər savaşından sonrakı dövrdə əyani şəkildə gördük. Nə zaman ki, Azərbaycanın dövləti zəif idi,  ölkəmiz yoxsul  idi, nə qardaşlarımızdan, nə dostlarımızdan, nə qonşularımızdan bir əməli dəstək görmədik. Daha sözü çox xırdalamaq istəmirəm. Cənab Prezident qurultayda hər şeyi söylədi, bütün daşları yerinə oturtdu. Kimin daş dəyən yeri ağrıyırsa, onun da günahı bizdə deyil. Amma bir daha Böyük Zəfərimizin qələbə düsturunu xatırlatmaq istəyirəm: Böyük Zəfər = Qəhrəman Ordu + Qəhrəman Ali Baş Komandan + Qəhrəman Xalq! 

Qalanı isə təfərrüatdır və ticarətdir. Ticarətin içərisində isə maddiyyat da var, siyasət də var, ideologiya da var.
Qarşıda dayanan əsas vəzifələrdən biri də sosial- iqtisadi inkişafımızla bağlıdır. Cənab Prezident qurultayda gələn il üçün sosial zərfin daha da artırılacağının  müjdəsini verdi. Gələn il maaşlarımız, pensiyalarımız, müavinətlərimiz təqaüdlərimiz artacaq, xalqımızın sosial rifahı qorunacaqdır. Ölkəmizə qoyulan xarici investisiyanın həcmi daha da artacaqdır, Böyük Qayıdış proqramı daha geniş vüsət alacaqdır.   
Əminəm ki, həmişə olduğu kimi, qarşıdakı dövrdə də  Liderimizin irəli sürdüyü və prioritet elan etdiyi bütün vəzifələrin öhdəsindən layıqincə gələcəyik.

Biz bunları bacaracağıq!
Ulu Öndər Heydər Əliyevin dühasının işığında!
Müzəffər Ali Baş Komandanın polad iradəsi ilə bacaracağıq!

Biz birlikdə güclüyük!


Musa Urud

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Oktyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri