Icma.az
close
up
RU
Azərbaycan ən çox bu ölkədən mal alır Rusiyadan idxal azalıb

Azərbaycan ən çox bu ölkədən mal alır Rusiyadan idxal azalıb

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın ən çox mal aldığı ölkələr siyahısında Çin ilk sıraya yüksəlib.


Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, əvvəlki illərdə Azərbaycan ən çox malı Rusiyadan aldığı halda 2024-cü ildə liderlik Çinə keçib. 


Ötən il Rusiyadan 3,62 milyard dollar dəyərində mal idxal edilib. Həmin ildə Çindən alınan məhsulların dəyəri isə 3,72 milyard dolları ötüb. 


2024-cü ildə Azərbaycana gətirilən hər 100 dollarlıq malın 17,7 dolları Çin malı olub. 


İdxaldakı dəyişiklikdən görünür ki, növbəti illərdə Çindən idxal edilən malların dəyəri bir qədər də artacaq. Yalnız son 3 ildə Çindən idxalın dəyəri 1,7 milyard dollara yaxın artıb ki, bu da olduqca böyük artım miqdarıdır. 


Bəs Azərbaycan Çindən daha çox nə alır?


Qeyd edək ki, Çin dünyada ən çox mal satan ölkədir. Çinin ixracının çox olmasının səbəbi ölkədə istehsalın tam şaxələnməsi, yəni bütün növ malların istehsal edilməsidir. Buna görə də Çindən Azərbaycana ixracda da çeşidlilik müşahidə olunur. Azərbaycan Çindən həm ərzaq, həm də qeyri-ərzaq növlərinə aid əksər məhsullardan alır. 


Buna baxmayaraq, Çindən ölkəmizə daha çox avtomobillər, smartfonlar, müxtəlif növ kompüterlər və avtomobil ehtiyat hissələri idxal edilir. 


Statistik məlumatlara əsasən, 2024-cü ildə Çindən idxalda daha çox pul avtomobil alışına xərclənib. Bir ildə Çindən alınan avtomobillərə ayrılan pul 515 milyon dollar olub. 


Çindən smartfon telefon alışına da xeyli vəsait xərclənir. Bir ildə Azərbaycan Çindən smartfon alışına 337 milyon dollar ayırıb. 


Sıralamada üçüncü yerdə avtomobil ehtiyat hissələri qərarlaşıb. Avtomobil ehtiyat hissələrinin idxalına 116 milyon dollar xərclənib. 


Çindən kompüter və onların ehtiyat hissələrinin alınması da böyük vəsait tələb edib. Bir ildə noutbuklara görə 72,36 milyon dollar, kompüter və onların ehtiyat hissələrinə görə daha 86,8 milyon dollar xərclənib. 

Vasif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 Fevral 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri