Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Azərbaycan ən vacib məsələlərin müzakirə edildiyi məkana çevrilib”

“Azərbaycan ən vacib məsələlərin müzakirə edildiyi məkana çevrilib”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Musa Qasımlı: “Yüksək səviyyəli şəxslərin Azərbaycana gəlməsi problemin nə qədər ciddi olduğunu göstərir”

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyası 11-22 noyabr tarixlərində Bakıda keçirilir. Konfransın başlamasından bu yana COP29 çərçivəsində bir çox tədbirlər keçirilib, iqlim dəyişmələri ilə bağlı müxtəlif müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib. Sözügedən tədbir ilə bağlı Milli Məclisin deputatları, eləcə də politoloqlar fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

Milli Məclis sədrinin müavini Musa Qasımlı söyləyib ki, COP29-un ölkəmizdə keçirilməsi ilk növbədə Cənab Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzu, ona olan inam, etimad, hörmətə bağlıdır. Konfransın Azərbaycanda keçirilməsinə dair yekdilliklə qərar qəbul edilməsi Azərbaycan dövlətinin dünyanın qlobal problemlərinin həllində oynadığı müsbət rol ilə əlaqədardır: “Bu gün bütün dünyanın gözü Azərbaycandadır. Azərbaycan planeti düşündürən ən vacib məsələlərin müzakirə edildiyi məkana çevrilib. Dünyanın demək olar ki, əksər ölkələrinin dövlət və hökumət başçılarının, yüksək səviyyəli şəxslərinin Azərbaycana gəlməsi problemin nə qədər ciddi olduğunu göstərir. Azərbaycan bu qlobal problemdən xilas olmaq üçün yol göstərir”.

M.Qasımlı bildirib ki, COP29-un Azərbaycanda keçirilməsinin digər böyük əhəmiyyəti Azərbaycan haqqında həqiqətlərin dünyaya yayılacağı ilə bağlıdır: “Ölkəmizə gələn qonaqların işğaldan azad edilmiş ərazilərimizə səfər etmələri gerçəkləri öz gözləri ilə görməsinə şərait yaradır. Onlar bir tərəfdən işğalçı Ermənistanın vəhşiliyini, tarix və mədəniyyət abidələrini, yaşayış məntəqələrini yerlə-yeksan etdiyini şahidi olurlar, digər tərəfdən isə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, tikinti işlərini öz gözləri ilə görürlər. Həmçinin onlar Azərbaycan millətinin yüksək mədəniyyətinin şahidi olurlar”.

“Planetimizin gələcəyi burada həll olunur”

ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə COP29-un mötəbər bir tədbir olduğunu vurğulayıb: “Tədbirdə təxminən 70 mindən çox qonaq və rəsmi nümayəndələr iştirak edir. Mən müxtəlif panel müzakirələrdə iştirak etmişəm. Ümumiyyətlə, Azərbaycan hazırda dünya diplomatiyasının özəyidir. Bütün diqqətlər buradadır və planetimizin gələcəyi də bu COP29 sammitində həll olunur. Azərbaycan tədbirə çox yüksək səviyyədə hazırlaşıb və beynəlxalq standartlara uyğun tədbir təşkil edib. Bu tədbirin bizim diplomatiyamıza və xarici siyasətimizə çox böyük töhfəsi olacaq. Həmçinin Azərbaycan bu tədbir nəticəsində uzunmüddətli dividendlər qazanacaq”.

“Ümumilikdə Mavi zonada 350 tədbir olacaq”

COP29 Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva qeyd edib ki, həm Yaşıl zonada, həm də Mavi zonada tədbirlər keçirilir: “İki həftə ərzində Mavi zonada ümumilikdə 350 tədbir olacaq. Burada Azərbaycanın dövlət qurumlarının, eyni zamanda, qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların tədbirləri həyata keçilirilir. Ölkə nümayəndələrinin də pavilyonları var. Ən böyük pavilyon Azərbaycana aiddir. Həmçinin ən böyüklərdən Afrika, Çin, İndoneziya pavilyonları var və burada Çin pavilyonuna daha çox maraq var. Çünki Çin ticarət üzrə nəhənglərdən birinə çevrilib. Bu baxımdan onların pavilyonlarında keçirdikləri tədbirlərə Qlobal İqlim Cəmiyyətinin marağı yüksək səviyyədədir. Eləcə də, Azərbaycan pavilyonunun da qarşısında xeyli insan var, ona da maraq böyükdür”.

“Bakı böyük bir tədbirə ev sahibliyi etməklə adını tarixə yazdı”

Politoloq İlyas Hüseynov sözügedən tədbirin çox böyük uğurla ölkəmizdə keçirildiyini qeyd edib: “Tədbirdə həm müzakirələrin həyata keçirilməsi, həm də imzalanan sənədlər, bəyanatlar mühüm əhəmiyyət kəsb edir. Çünki iqlim dəyişikliyi, qlobal istiləşmə, su çatışmazlığı, ekologiyada olan müəyyən ümumi böhran və temperaturun qalxması bəşəriyyətin problemidir”.

Politoloq həmçinin əlavə edib ki, Azərbaycanda bəşəriyyəti maraqlandıran məsələlərin müzakirə olunması əlamətdar hadisədir: “Bu tədbirə qarşı skeptiklər həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda olsa da, mən tədbirin iştirakçısı kimi deyə bilərəm ki, tədbir müstəsna əhəmiyyətə malikdir. Biz bu gün qlobal istiləşmədən danışmasaq, bu məsələlər müzakirə olunmasa, qarşıda bizi böyük fəlakətlər gözləyə bilər”.

İ.Hüseynov bildirib ki, Azərbaycanın COP29 tədbirini keçirməklə bağlı beynəlxalq miqyasda mühüm çağırışları olub: “Bunlardan biri dünyada müharibələrin dayandırılması ilə bağlı çağırışdır. Təəssüflər olsun ki, qlobal güc mərkəzləri Azərbaycanın sülh və təhlükəsizlik, eləcə də sabitlik yönündə bu çağırışına adekvat cavab vermədilər. Hələ də müharibələr davam etməkdədir. Dünyada bu gün 50 aktiv münaqişə ocağı var və bu da dağıntılara, fəlakətlərə, miqrasiya, köçkün probleminə gətirib çıxarır. Bununla həm ekologiyaya ziyan dəyir, həm də bunun yan fəsadları meydana gəlir”.

O, Azərbaycanın iqlim maliyyələşməsi ilə bağlı çağırışının da çox mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “BMT-nin baş katibi Antoniu Quterreş də açılış mərasimində bu məsələyə xüsusi vurğu etdi. Cənab Prezidentin çıxışı da çox mühüm tezisləri özündə ehtiva edirdi. Çünki ölkəmiz əleyhinə baykot kampaniyası da vardı. Lakin gördüyünüz kimi çoxsaylı dövlət və hökumət başçıları, dünyanın tanınmış ekologiya sahəsində mütəxəssisləri burada iştirak edir. Mən də müxtəlif tədbirlərdə dinləyici, müşahidəçi, siyasi tədqiqatçı kimi iştirak edirəm və təəssüratlarım çox böyükdür. Hətta birbaşa olaraq mənim tədqiqat sahəmə daxil olmasa da, mən də yaşıl iqtisadiyyat, yaşıl enerjiyə keçid, alternativ və bərpa olunan enerji sahəsində çoxlu məlumatlar topladım, çox ədəbiyyatlar əldə etmişəm. Əlbəttə ki, bu sahədə olan güclü beyin, tədqiqat mərkəzlərinin, QHT nümayəndələri ilə keçirdiyimiz müzakirələr bizim bu sahədə daha geniş məlumat əldə etməyimizə yardımçı olur. Mən bu böyük tədbirin keçirilməsi ilə bağlı təşkilat komitəsinə, həmçinin tədbirin icrasında zəhməti keçən hər kəsə təşəkkür edirəm. Həqiqətən də qlobal bir tədbirdir”.

Politoloq növbəti tədbirin, yəni COP30-un Braziliyada keçiriləcəyi haqqında da danışıb: “Bu barədə də müzakirələr indidən hiss olunmaqdadır. Şübhəsiz ki, bu tədbirlərin əhəmiyyəti olacaq. Hər ölkə bu sahədə görülmüş işlər haqqında məruzə edir. Eyni zamanda, perspektivlər müəyyənləşir. Eyni anda çoxsaylı müzakirə məkanlarında önəmli fikirlər səslənməkdədir. Bakı böyük bir tədbirin keçirilməsinə ev sahibliyi etməklə artıq adını tarixə yazdı deyə bilərik”.

“Bu, qürurverici hadisədir”

Politoloq Tural İsmayılov deyib ki, tədbirdə müxtəlif mövzularda, özəlliklə iqlim və yaşıl enerji məsələsinə fokuslu müzakirələrin sayı üstünlük təşkil edir: “Eyni zamanda, bunlarla paralel həm də Mavi zonada yer alan ölkələrin və ayrı-ayrı vətəndaş cəmiyyəti insitutlarının pavilyonlarında da geniş şəkildə müzakirələr aparılır. Gün ərzində müxtəlif mövzularda dinləmələr həmin bu pavilyonlarda böyük peşəkarlıqla həyata keçirilir”.

T.İsmayılov ölkəmizin dünya səviyyəli vacib tədbirə ev sahibliyi etməsini qürurverici hadisə adlandırıb: “Belə tədbirlərdə Azərbaycanın maraqları, mövqeləri ən yüksək səviyyədə dinlənilir və nəzərə alınır. Bu baxımdan hesab edirəm ki, COP29 tədbiri və Azərbaycanın bu tədbirə peşəkarlıqla, yüksək səviyyədə ev sahibliyi etməsi danılmaz bir faktdır, görünən bir gerçəklikdir və ölkəmizin qlobal münasibətlər sistemində artan mövqelərinin göstəricisidir”.

Politoloq, “Bu tədbirə gəlməyən Fransa prezidenti Emmanuel Makrondur. O, hansı üzlə bura gələ bilərdi ki? Fransa bu gün ətraf mühitə ən çox zərbə vuran ölkələrdən biridir. Ona görə Fransa prezidentinin COP29-da iştirak etməməsi məqbul hadisədir. Tədbirdə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta, Britaniyanın baş naziri Keir Starmer, Türk Dövlətləri rəhbərləri, Avropa ölkələrinin rəhbərləri iştirak edirlər” deyə əlavə edib.

O, bu tədbirə gəlməyənlərin beynəlxalq iqlim və qlobal ekoloji təhlükəsizlik məsələlərində nə qədər biryanlı və mənasız olduqlarını növbəti dəfə nümayiş etdirmiş olduqlarını vurğulayıb: “Onlar bununla bir daha sübut etmiş oldular ki, qlobal iqlim, ekologiya, yaşıl ətraf mühit və s. kimi həssas məsələlərdə nəinki ətraf mühiti çirkləndirməkdən əl çəkmirlər, həm də ətraf mühit təhlükəsizliyi ilə bağlı mövzulardan yayınmağa çalışırlar”.

“COP29 tarixdə inklüziv konfrans kimi qalacaq”

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli diqqətə çatdırıb ki, Azərbaycan ev sahibi kimi iki əsas məsələnin üzərində dayanırdı: “Birincisi, inkişaf etməkdə olan ölkələrin adaptasiyası üçün maliyyə öhdəliyinin gücləndirilməsi, yəni iqlim dəyişmələrinin maliyyələşdirilməsi ilə bağlı yeni öhdəliklər və yeni kəmiyyət göstəricilərinin müəyyənləşməsi, ikincisi isə sözdən əmələ keçid və praktik fəaliyyətlərin sürətləndirilməsi. Daha vacib məsələlərdən biri də inklüvizliyin təmin edilməsi idi. COP29 tarixdə inklüziv konfrans kimi qalacaq. Azərbaycan ada dövlətlərinin geniş təmsilçiliyini təşviq edərək buna nail oldu. Həmçinin iqlim dəyişmələrindən daha çox təsirlənən Afrika, Cənub Şərqi Asiya, Karib hövzəsindən olan ölkələrin və yerli xalqların nümayəndələrinin iştirakını təmin etdi. “Heç kimin səsi arxada qalmasın, heç kim unudulmasın” şüarı COP29-un əsas devizlərindən biridir. İqlim dəyişmələri dünyanın hər yerində eyni dərəcədə hiss olunmur. Hazırda ada dövlətləri böyük təhlükə ilə qarşılaşırlar və COP29-da onların səsi daha ucadan eşidilir və rəsmi Bakı ev sahibi kimi bunun üçün maksimum səy göstərib”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Noyabr 2024 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri