Icma.az
close
up
RU
MEDİA nın icraçı direktoru: Azərbaycan gələcək strategiyaların müzakirə edildiyi məkana çevrilib

MEDİA nın icraçı direktoru: Azərbaycan gələcək strategiyaların müzakirə edildiyi məkana çevrilib

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Azərbaycan yalnız öz media ekosistemi üçün deyil, qlobal informasiya məkanı üçün trend təşkil edən mövzuların, gələcək strategiyaların müzakirə edildiyi məkana çevrilib. Söhbət dünya jurnalistlərinin müzakirə və birgə hərəkət platforması kimi formalaşmış Şuşa Qlobal Media Forumlarından gedir".

Oxu.Az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

O qeyd edib ki, ilk dəfə 2023-cü ildə "4-cü Sənaye İnqilabı dövründə yeni media" devizi altında keçirilmiş forumda ənənəvi medianın rolu və bundan sonrakı fəaliyyət istiqamətləri üzrə dərin müzakirələr aparılıb:

"Ötən il baş tutmuş ikinci forum isə yalnız media deyil, ictimai-siyasi və informasiya təhlükəsizliyi baxımından aktuallıq kəsb edən mövzuya - "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə"yə həsr olunmuşdu. Forumda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, media ekspertləri çağdaş dünyada dezinformasiya barədə əhatəli təsəvvürün formalaşdırılması, onun səbəb olduğu genişmiqyaslı neqativ nəticələrin təhlili, həmçinin dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər, media savadlılığı, süni intellektin reallığa təsiri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışdılar".

"Forumlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması dövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda, başlıca vəzifəsi cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək olan mediaya diqqət və qayğının müstəsna təzahürüdür. Yeri gəlmişkən, dövlət başçısı birinci forumda çıxışı zamanı bildirdi ki, bu gün bütün iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır.

Əminliklə deyə bilərik ki, Azərbaycan mediasının beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənir, media resurslarımızda dərc olunan materiallar ümumi informasiya axınının formalaşmasında yer tutmaqla yanaşı, beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşür, müxtəlif müstəvilərdə müzakirə predmetinə çevrilir, ictimai fikrin formalaşmasına təsir göstərir. Düşünürük ki, mediamız öz peşəkar fəaliyyətini bundan sonra da layiqincə və ən yüksək səviyyədə həyata keçirməyə davam edəcəkdir", - Ə.İsmayılov əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 May 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri