Azərbaycan Ermənistan münasibətlərində atılan hər bir addım təkcə siyasi qərar deyil
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
"Azərbaycan-Ermənistan münasibətlərində atılan hər bir addım təkcə siyasi qərar deyil, eyni zamanda ciddi mənəvi ölçüyə malikdir. Çünki onilliklər boyu davam edən bu qarşıdurma yalnız silahlı müstəvidə deyil, həm də yaddaşlarda, travmalarda və cəmiyyətlərin şüurunda dərin izlər buraxıb".
Newscenter.az xəbər verir ki, bunları Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev deyib. O bildirib ki, Azərbaycanın dörd erməni məhbusu humanizm prinsipləri əsasında Ermənistana təhvil verməsi mühüm siyasi və etik mesajdır:
"Bu addım asan qərar deyil, ağrılıdır, cəmiyyət üçün emosional baxımdan ağırdır. Lakin məhz bu çətinliyə baxmayaraq atılması onun dəyərini artırır. Azərbaycan qalib tərəf kimi qisas yox, ədalət və beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini bir daha nümayiş etdirir. Bu davranış göstərir ki, Bakı sülhü zəiflik kimi deyil, gücün ən ali mərhələsi kimi qəbul edir. Müharibəni udmaq gücdür, amma müharibədən sonra humanizm nümayiş etdirmək daha böyük gücdür. Azərbaycanın bu addımı beynəlxalq ictimaiyyətə açıq mesajdır".
Ehtiram Mehdiyev qeyd edib ki, Ermənistan üçün isə bu addım bir növ güzgü rolunu oynayır:
"Qarşı tərəfin göstərdiyi insani münasibət cavab olaraq siyasi cəsarət, tarixi dürüstlük və məsuliyyət tələb edir. Azərbaycan artıq sübut edib ki, humanizm onun dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Məhz bu yanaşma regionda davamlı və ədalətli sülhün ən güclü təminatıdır.
İnanıram ki, vaxt gələcək, Ermənistan hökuməti Xocalıda və Qarabağda törədilmiş qətliamları faciə kimi tanıyacaq və Azərbaycan xalqından üzr istəyəcək. Yaxın tarix bizə göstərdi ki, dünən mümkünsüz görünən bu gün reallığa çevrilə bilir. Biz dövlətimizə və onun Ali Rəhbərinə inanırıq. Çünki bu siyasət təkcə torpaqları deyil, həm də mənəvi üstünlüyü geri qaytardı".
Süleyman
Bu mövzuda digər xəbərlər:Bu Azərbaycan Ermənistan münasibətlərində növbəti addım ola bilər ŞƏRH
07 Noyabr 2025 18:24
Ermənistan Azərbaycan münasibətlərində dönüş yaranıb Paşinyan
27 Sentyabr 2025 20:19
Deputat: “Zəngəzur dəhlizi təkcə Azərbaycan Ermənistan məsələsi deyil”
15 İyul 2025 17:29
Azərbaycan Ermənistan münasibətlərində artıq heç nə Rusiyadan asılı deyil
12 Fevral 2025 14:32
Niderland Azərbaycan Ermənistan münasibətlərində tarixi irəliləyişi alqışladı
09 Avqust 2025 13:31
Baxış sayı:44
Bu xəbər 16 Yanvar 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















