Icma.az
close
up
RU
Azərbaycan Ermənistan münasibətlərində artıq heç nə Rusiyadan asılı deyil

Azərbaycan Ermənistan münasibətlərində artıq heç nə Rusiyadan asılı deyil

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu prosesdə artıq Rusiyadan heç nə asılı deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Bakı və İrəvanı tələsik sülh bağlamağa tələsməməyə səsləyən fikirlərini şərh edərkən deyib. 

Ekspertin fikrincə, Rusiya artıq prosesdən kənar qalıb:

"Resurslarının məhdud olduğu bir şəraitdə Moskva keçmişdə olduğu kimi tam miqyasda vasitəçiliyi həyata keçirə bilmir. Bu ölkəni əsas maraqlandıran məsələ onun nəqliyyat kommunikasiya ilə bağlı tərəf olduğu prosesin həyata keçirilməsidir. Yəni bir var vasitəçi, bir də var tərəf. Bu da üçtərəfəli hökumətlərarası komissiyanın işilə bağlıdır. 11 yanvar 2021-ci ildə baş tutan üç ölkə liderlərinin görüşündən  sonra yaranıb".


Həmsöhbətimiz deyib ki, Kreml sülh sazişindən nəqliyyat kommunikasiya məsələlərinin çıxarılmasını olduqca pis qarşılayıb:

"Çünki sülh sazişilə bağlı Azərbaycan vasitəsilə Ermənistana təzyiq etmək niyyətində idi. Nəticədə, bu məsələ aradan qalxaraq, artıq yalnız ikitərəfli məsələyə çevrilib. Sadəcə olaraq, Ermənistan öz ərazisi üzərindən nəqliyyat kommunikasiya yollarını açmaq istəyirsə, o Rusiya ilə danışmalı,  yaxud da üçtərəfli hökumətlərarası komissiyadan çıxmalıdır. Bunu da o etmir. Mövzu tərəf olduğu nəqliyyat kommunikasiya mövzusu olduğuna görə Qaluzin də sülh sazişi və ümumi normallaşma ilə bağlı tələsməməyi məsləhət görür. Amma bu prosesdə Rusiydan artıq heç nə asılı deyil".

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya”ya müsahibəsində Rusiyanın Ermənistan və Azərbaycanın gələcək nəsillər üçün "mina" qoymayan, davamlı uzunmüddətli münasibətlərin tənzimlənməsini nəzərdə tutan sülh müqaviləsi hazırlamasının tərəfdarı olduğunu bəyan edib. Rusiyalı diplomatın sözlərinə görə, Moskva Qərbin təklif etdiyi tələsik sənədlərin əleyhinədir:

"Biz müttəfiqlik münasibətlərimiz olan Ermənistan və Azərbaycan tərəflərinin elə bir sülh müqaviləsi hazırlamasının tərəfdarıyıq ki, bu, gələcək nəsillər üçün "mina" qoymaq əvəzinə, yol açsın və münasibətlərin davamlı, uzunmüddətli tənzimlənməsini nəzərdə tutsun. Təbii ki, biz hər zaman irəliyə doğru hərəkəti asanlaşdırmağa hazırıq və Qərbin təkid etdiyi kimi, Ermənistan və Azərbaycanı həqiqətən mümkün qədər tez hansısa Qərb platformasında sülh müqaviləsi bağlamağa sövq etmək istəyən hər hansı tələsik sənədlərin bağlanmasının əleyhinəyik. Belə tələsik, düşünülməmiş və sonacan yoxlanılmamış qərarlar uzunmüddətli davamlı sülhə deyil, əksinə, gələcək üçün qarşıdurma toxumları əkə bilər ki, bu da, sözsüz ki, nə Ermənistan və Azərbaycan, nə Cənubi Qafqaz, nə də Rusiya üçün arzuolunandır".

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Fevral 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see367

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see154

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri