Icma.az
close
up
RU
Azərbaycan Ermənistan sərhədlərinin delimitasiyası nə vaxt başa çatacaq? AÇIQLAMA

Azərbaycan Ermənistan sərhədlərinin delimitasiyası nə vaxt başa çatacaq? AÇIQLAMA

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşməsi ilə bağlı ümumi prinsiplərdə ortaq məxrəcə gəlinib. İki dövlət arasında sərhədlərin delimitasiyası üzrə Dövlət komissiyaları tərəfindən imzalanan sənəd də bunu təsdiq edir. Bu, çox önəmlidir. Prinsiplər razılaşdırılırsa, bundan sonra prosesi irəliyə aparmaq daha rahat olur.

Bu sözləri Teleqraf-a ReAl Partiyasının sədri, siyasi şərhçi Natiq Cəfərli deyib.

Partiya sədri bildirib ki, delimitasiya və demarkasiya ağır prosesdir:

“Azərbaycan Gürcüstanla dost, tərəfdaş olsa belə, sərhədlərin delimitasiyası hələ yekunlaşmayıb. Rusiya ilə sərhəd dəqiqləşmələri 2011-ci ildə başa çatıb. Azərbaycan-İran sərhəddini dəqiqləşdirmək nisbətən daha rahat olub. Bura keçmişdə SSRİ-İran sərhəddi idi. Zamanında dəqiq delimitasiya və demarkasiya aparılmışdı. Araz çayı boyu prosesi həyata keçirmək mümkün oldu”.

Natiq Cəfərli hesab edir ki, əldə edilən razılaşmalar fonunda bu il də sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı irəliləyiş olacaq:

“1000 km-ə yaxın sərhəd xəttinin bu il dəqiqləşməsi başa çata bilməz. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa belə, illərlə iki ölkə arasında delimitasiya və demarkasiya ilə bağlı danışıqların getməsi mümkündür”.

Qeyd edək ki, fevralın 14-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü keçirilib.

Bu, 2025-ci ildə Dövlət komissiyalarının ikinci görüşü olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Fevral 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri