Gürcüstandan Azərbaycan Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı AÇIQLAMA
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi davam edir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Gürcüstanın baş nazir müavini və xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müvafiq komissiya fəaliyyət göstərir və müntəzəm olaraq toplaşaraq proseslə bağlı məsələləri müzakirə edir.
Nazirin sözlərinə görə, hər iki tərəf prosesin irəliləməsi üçün çalışır və bu istiqamətdə əldə olunan hər hansı irəliləyiş müsbət qarşılanır.
Maka Boçorişvili vurğulayıb ki, bu, çox vacib prosesdir və tərəflər arasında qarşılıqlı hörmət, eləcə də bir-birinin maraqlarının maksimum nəzərə alınması prinsipi əsasında davam etdirilməlidir.
Aynur Babazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 24 Noyabr 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















