Icma.az
close
up
RU
Azərbaycan Ermənistan: Yekun sülh artıq çox yaxında

Azərbaycan Ermənistan: Yekun sülh artıq çox yaxında

525.az saytına istinadən Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Bu ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində mühüm razılaşmalar əldə edildi. Həmin tarixdən keçən vaxt ərzində sülhün təkcə kağız üzərində qalmadığını, praktiki addımların atıldığını müşahidə edirik. Görünən odur ki, ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamə, xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması regionda yeni bir səhifə açıb. Ötən müddət ərzində bir sıra ikitərəfli görüşlər baş tutub, həmin görüşlərdə normallaşma prosesi ilə bağlı irəliləyişlərə nail olunub. Eyni zamanda, Azərbaycan Ermənistana tranzit məhdudiyyətini aradan qaldırıb. Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana çatdırılması həyata keçirilir. Həmçinin Gürcüstan vasitəsilə Azərbaycan neftinin də Ermənistana çatdırılması gündəmdədir. Bu günlərdə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bəyan etdi ki, 5 dekabrda hökumət Azərbaycandan Ermənistana neft məhsullarının birdəfəlik tranzitini həyata keçirmək üçün adıçəkilən ölkələrdən sorğu alıb: "Baş nazir İrakli Kobaxidzenin məsələ ilə əlaqədar qərarına əsasən, Gürcüstan Dəmir Yollarına dəmir yolu üzrə yük daşımalarını dərhal və tamamilə pulsuz həyata keçirmək tapşırığı verilib".

Bütün bunlar Cənubi Qafqazda etibarlı, dayanıqlı sülhü təmin edir.  Eyni zamanda, təhlükəsizliyi şərtləndirir.

Məlumatda həmçinin vurğulanıb ki, rəsmi Tbilisi Bakı və İrəvanın strateji, etibarlı tərəfdaşı qismində regionda sülh və sabitliyi dəstəkləyir.

Azərbaycan və Ermənistan arasında sülh istiqamətində pozitiv proseslər özünü vətəndaş cəmiyyəti nümayəndələrinin görüşündə də göstərir. Sülh üçün cəmiyyətlər arasında müzakirələr, əlaqələrin yaradılması mühüm amillərdən biridir. Bütün bunlar isə tərəfləri yekun sülhə yaxınlaşdırır.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar. Türkiyə lideri deyib ki, Azərbaycanla dialoq apararkən, eyni zamanda, Ermənistanla normallaşma prosesini də irəlilədirlər. Ərdoğan onu da bildirib ki, bu istiqamətdə gələn ilin əvvəlindən etibarən bir neçə simvolik addım atacaqlar.

Aydındır ki, Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan normallaşma prosesindən asılıdır. Prezident Ərdoğan bir daha bəyan edib ki, Türkiyə Azərbaycanla koordinasiyalı və dialoq yolu ilə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdirir. Türkiyə liderinin sözlərinə görə, illərdir sabit sülhdən məhrum olan Cənubi Qafqaz hazırda tarixi bir mərhələ ilə üz-üzədir.

Ankaranın İrəvanla münasibətlərinin normallaşması, sərhədlərin açılması Azərbaycanla sülh sazişinin imzalanmasımdan sonra baş verəcək.

Məlumdur ki, yekun sazişin imzalanması üçün Ermənistan öz konstitusiyasını dəyişməlidir, çünki orda Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Bu isə artıq gələn il, Ermənistanda seçkilərdən sonra baş verə bilər. Çünki indi Paşinyanın əsas hədəfi seçkiləri yenidən qazanmasıdır. Azərbaycanla əldə edilmiş razılaşmalar, atılan bir sıra praktiki addımlar heç şübhəsiz ki, Paşinyanın əlini daha da möhkəmləndirir.  

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov mözvu ilə bağlı "525"ə şərhində deyib ki, bəzən Ermənistan tərəfi və bir sıra müşahidəçilər Azərbaycanın bu tələbini, yəni Ermənistan konstitusiyasının dəyişilməsini düzgün başa düşmürlər. Hesab edirlər ki, təkcə bir sətirlik ifadə nəzərdə tutulur. Amma söhbət daha geniş bir məsələdən gedir.

Onun sözlərinə görə, Azərbaycanın  məqsədi davamlı və sabit sülhü əldə etməkdir: "Ermənistanın anneksiya ideologiyası, qonşu ölkələrin ərazisinə iddiaları bu münaqişənin yaranmasına səbəb oldu. Hərbi təcavüz təkcə hərbi əməliyyatlardan ibarət deyil. Onu təmin edən həm hüquqi, həm ideoloji, təbliğati, iqtisadi müstəvilər var. Bu məsələlərin aradan götürülməsi ardıcıl şəkildə baş verib. Hərbi əməliyyatların nəticəsi aradan qaldırılıb. Amma ideologiya, təbliğat hələ də qalmaqdadır. Biz görürük ki, hələ də müxtəlif qüvvələr, Ermənistan ictimaiyyəti köhnə ideologiyanın təsiri altındadırlar və Azərbaycan sülh sazişi imzalamazdan əvvəl əmin olmalıdır ki, artıq bu dövlətin rəsmi ideologiyası işğalçı, anneksiya ideologiyası deyil. Azərbaycan və Türkiyə ərazilərinə iddiaları yoxdur. Biz başa düşürük ki, konstitusiyanın dəyişməsindən əvvəl referendum keçirilməlidir. Referendum isə geniş təbliğat kampaniyasını nəzərdə tutur. Bunun nəticəsində bizə aydın olacaq ki, erməni cəmiyyəti o xəstəlikdən azad olub, ya yox. Onlar sadəcə olaraq bu və digər sazişi istifadə edib gələcəkdə işğalçı ideologiyasını təbliğ edəcəklər. Biz konstitusiya tələbimizi ona görə saxlayırıq ki, başa düşürük ki, onlarda geniş diskussiyalar aparılmalıdır. Bəzən Nikol Paşinyan bu diskussiyalar üçün ortaya tezislər atır. Ara-sıra real Ermənistan konsepsiyası və s. barədə danışır. Ermənistan müstəqillik qazanan vaxt dövlətin ideoloji əsasları fərqli idi. Yəni "böyük Ermənistan" ideologiyası. Paşinyan isə cəmiyyətə yeni bir konsepsiya təqdim edir - real Ermənistan. Bu  baxımdan daxili siyasi müzakirələr mütləq və mütləq sülh prosesi üçün lazımdır. Biz hansısa sənədə görə tələsməli deyilik. Sənədə imza atılması birbaşa və dərhal sülhün bərqərar olması demək deyil. İctimai rəyin dəyişməsi çox uzun və mürəkkəb bir prosesdir. Bizim təzyiqimiz ilə istəyirik ki, Ermənistanda bu, baş versin".

Paşinyan hakimiyyətinin həqiqətən sülhdə maraqlı olması, cəmiyyətin fikrini dəyişməyə yönəlik iradəsinə gəlincə, sabiq XİN başçısı hesab edir ki, gərək illüziyaya qapılmayaq: "Bu həmin Paşinyandır ki, illər əvvəl Şuşada bəyan etmişdir ki, "Qarabağ Ermənistandır və nöqtə". Onun səmimi olub-olmaması iknci dərəcəli məsələdir. Gərək üzərinə düşən öhdəliklərini tamamlasın. Referendum vasitəsilə biz onların cəmiyyətinin sağlam düşüncədə olub-olmadığını görəcəyik. Bu gün hakimiyyətdə Paşinyandır, sabah başqası olacaq. Başqası gələndə bəyəm o ayrı siyasət həyata keçirəcək. Paşinyan da gücü nəyə çatırsa, millətçilik ideologiyasına uyğun olaraq addımlar atır. Sadəcə olaraq onların Azərbaycanla döyüşməyə gücləri çatmadı. Bir çox tərəflərdən dəstək görmədilər, onların əvəzinə ruslar hərbi əməliyyatlarda iştirak etmək istəmədilər, yəni amillər çoxdur. Onları özbaşına buraxsan, Köçəryandan, Levon Ter-Petrosyandan betər olarlar".

Keçmiş XİN başçısı bəyan edib ki, siyasətdə siyasi iradə və güc amili Azərbaycanın tərəfindədir: "Və məhz bu, onları düz yolla getməyə vadar edir. Bu, əsas amildir. Paşinyan bunları edəcəkmi, kimsə onun yerinə gəlsə, bir az vaxtı ləngidə bilər və s. kimi suallar var. Amma istənilən halda gec və ya tez reallıq əsasında addımlar atmağa məcbur olacaqlar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri