Icma.az
close
up
RU
Azərbaycan Ermənistanla birgə minatəmizlə işləri apara bilər

Azərbaycan Ermənistanla birgə minatəmizlə işləri apara bilər

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda görülən bərpa-quruculuq, yenidənqurma işlərinə ciddi şəkildə mane olan əsas problem həmin ərazilərə basdırılan minalardır. Ermənistan tərəfindən mina xəritələri ilk dəfə 2021-ci ildə Azərbaycana təqdim edilib. Lakin həmin vaxt Azərbaycan rəsmiləri bu xəritələrin yararlılığının 25%-dən çox olmadığını bildirib.

Bu il 8 avqust tarixli Vaşinqton toplantısında hər iki ölkə sülh sazişinin mətnini paraflayıb.

Paraflanmış sülh mətnində əsas məsələlərdən biri də qarşılıqlı etimad quruculuğu ilə bağlıdır.

Bu səbəbdən mina xəritələri ilə bağlı yeni addımların atılması məsələsi gündəmə gəlir. Xüsusilə də nəzərə almaq lazımdır ki, Vətən Müharibəsindən sonra antiterror əməliyyatlarına qədər ermənilər tərəfindən növbəti dəfə minalama işləri aparılıb.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Modern.az-a bildirib ki, Ermənistan tərəfi 960 kvadrat metr ərazi ilə bağlı mina xəritələri verməlidir:

“Ermənistan tərəfi əllərində olan bütün xəritələri verdiyini deyir. Amma 44 günlük müharibədən sonra antiterror əməliyyatlarına qədər onlar haradasa 480 kilometr uzunluğunda, 2 kilometr dərinlikdə minalama işlər aparmışdılar. 960 kvadrat metr ərazini əhatə edən mina xəritələri Azərbaycana təhvil verilməlidir. Vətən Müharibəsinə qədər olan xəritələri 3-4 dəfəyə verdilər. Bu xəritələr Araz çayından başlayan və "Ohanyan xətti"nə qədər olan ərazini əhatə edirdi və 400 minə yaxın mina ilə bağlı məlumat vardı. Bu minalardan 97 mini Ağdamda, 92 min Füzulidə, qalanı isə digər ərazilərdəydi. Sonra da Murov dağının ətəklərinə aid 8 formulyar verdilər. Amma 44 günlük müharibədən sonra yaratdıqları yeni cəbhə xəttinə aid heç bir sənəd Azərbaycana verilməyib”.

H.Səfixanov bu xəritələrin verilməsinin həm qarşılıqlı etimadı gücləndirəcəyini, həm də Azərbaycan hökumətinin işini asanlaşdıracağını qeyd edib:

“Çünki biz "Ohanyan xətti"ni keçəndən sonra nəyin harada olduğunu bilmirik. Bu, orada hər yer minalanıb anlamına gəlmir. Amma harada nə var - onu da bilmirik. İşimizi çətinləşdirən budur. Xəritələr verilsə, yaxşı olar. Etimad mühitinin yaranmasına kömək edər. Əgər hər iki ölkənin siyasi rəhbərliyi məqbul sayarsa, birgə minatəmizləmə də həyata keçirmək olar. Ermənistanda da minatəmizləmə təşkilatı var. Elə ərazilər var ki, orada birgə minatəmizləmə həyata keçirmək mümkündür. Qazax rayonun ərazisindəki kəndlərdə, Zəngəzur dəhliznin keçdiyi ərazilərdə birgə əməliyyatlar aparmaq olar. Bunlar hamısı etimad, sülh mühitinin yaradılmasına xidmət edə bilər”.

İctimai Birliyinin sədri Azərbaycanın mina xəritələri ilə bağlı Ermənistana rəsmi müraciət edib-etdmədiyindən xəbərsiz olduğunu söyləyib:

“Bəlkə də kluarlarda bu söhbətlər, müzakirələr var. Amma hələ ki rəsmi səviyyədə ictimaiyyətə deyilməyib. Biz təşkilat olaraq, iştirak etdiyimiz beynəlxalq tədbirlərdə bu məsələni üçüncü tərəflərin vasitəsilə qaldırırıq. Məsələni də belə qoyuruq ki,  Ermənistandakı ictimai-siyasi mühit bunu birbaşa etməyə imkan vermirsə, o xəritələri sizə təqdim etsinlər, siz Azərbaycana verin. Qarabağ və Şərqi Zəngəzur ərazisində yaşayan erməniəsilli sakinlərdən minaya düşənlər varsa, onunla bağlı da məlumat verə bilərlər ki, bu bizim üçün çox vacib ola bilər. Çöl və ev heyvanlarının harada minalara düşməsi ilə bağlı məlumatlar da bizim üçün haradasa, müəyyən ipucları olar. Təşkilat rəhbəri olaraq, məsələlərlə bağlı müraciət etmişəm. Təəssüf ki, hələ ki bir nəticə yoxdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Noyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri