Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Ermənistanla Azərbaycan eyni təşkilatda?

Ermənistanla Azərbaycan eyni təşkilatda?

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Politoloq: “Ararat Mirzoyan nəyisə qarışdırır”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sensasion açıqlama ilə çıxış edib. O bildirib ki, həm Ermənistan, həm də Azərbaycan artıq Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük üçün müraciət təqdim ediblər.

“Biz müraciət etmişik, Azərbaycan da müraciət edib. Yaxınlaşan ŞƏT sammitinə bizi tərəfdaş qismində dəvət ediblər. Biz iştirak edəcəyik. Hesab edirik ki, həm biz, həm də Azərbaycan bu quruma qoşula bilər və qoşulmalıdır”, - deyə Mirzoyan vurğulayıb.

Qeyd edək ki, ŞƏT-in sammiti avqustun 31-dən sentyabrın 1-dək Tyançzin şəhərində keçiriləcək.

Toplantının əsas mövzusu ŞƏT-in növbəti 10 il üçün inkişaf strategiyasının təsdiqi olacaq. Liderlər təhlükəsizlik, iqtisadi əməkdaşlıq, rəqəmsal texnologiyalar, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər. Çin sammit çərçivəsində yeni təşəbbüslər elan etməyi planlaşdırır.

Bəs Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması realdırmı və üzv olmalıdırmı? Ermənistanın Azərbaycanın bu quruma üzv olmasını istəməyi nə ilə bağlıdır?

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Ararat Mirzoyan böyük ehtimalla nəyisə qarışdırır: “Çünki Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı hazırki statusu dialoq üzrə tərəfdaş statusudur. Bu da o deməkdir ki, Azərbaycan ŞƏT-in üzvü olmaq üçün gərək hələ təşkilatda müşahidəçi statusu almış olsun. Belə ki, ŞƏT-də təmsil olunmağın üç səviyyəsi mövcuddur. Dialoq tərəfdaşlığı ilkin mərhələdir, ikinci mərhələ müşahidəçi statusu almaq, yalnız son mərhələ tamhüquqlu üzvlükdür. Azərbaycanda 2024-cü ildə müşahidəçi statusu almaq üçün müraciət edib, amma hələ ki, bu məsələ öz müsbət həllini tapmayıb.

Məlumdur ki, ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Qurumun Səmərqənd sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra ŞƏT üzvlərinin sayı 9 olmuşdu. Astana görüşündə isə Belarusun da tam hüquqlu üzv kimi qəbulundan sonra bu ölkələrin sayı 10-a çatdı. Bunlar Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran və Belarusdur. Əfqanıstan, Monqolustan müşahidəçi üzvlər, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan, Misir, Səudiyyə Ərəbistan, Qətər, Bahreyn, Maldiv Respublikası, Myanma, BƏƏ, Küveyt və Şri-Lanka olmaqla 14 ölkə isə dialoq tərəfdaşlarıdır".

Politoloq dedi ki, Şanxay Əməkdaşlıq Təşkilatını xüsusilə son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan qurum kimi xarakterizə etmək olar: “ŞƏT-in beynəlxalq hüquqi cəlbediciliyinin digər tərəfi onun hansısa bloka daxil olmaması, üçüncü ölkələrə və ya digər beynəlxalq təşkilatlara qarşı yönəlməməsi, bütün iştirakçıların bərabərliyi və suverenliyinə hörməti, daxili işlərə qarışmaqdan imtina etməsi və münaqişələrin qarşısının alınmasıdır. ŞƏT ilə əməkdaşlıq, xüsusilə 2016-cı ildə Azərbaycan dialoq tərəfdaşı statusu aldıqdan sonra inkişaf etməyə başlayıb. Bu da təbiidir. Çünki Azərbaycan hər zaman bütün iqtisadi təşkilatlarla bərabərhüquqlu əməkdaşlıqda maraqlı olub. Ölkəmiz hazırda da ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə təşkilatla faydalı əməkdaşlıq edir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının əsas, müşahidəçi və dialoq tərəfdaşları ilə ticarət dövriyyəsi də yüksək səviyyədədir. Belə ki, Azərbaycanın ən böyük 4 ticarət tərəfdaşından 3-ü, yəni Rusiya, Çin və Türkiyə bu təşkilatın əsas üzvü və ya dialoq tərəfdaşıdır. Ümumiyyətlə isə ölkəmizin təşkilata üzv olan bir çox ölkələrlə olduqca yaxşı münasibətləri var. Pakistan, Çin, Özbəkistan, Qazaxıstan Qırğızıstan, Tacikistan kimi ölkələrlə və o cümlədən Belorusla da Azərbaycanın münasibətləri yüksək səviyyədədir”.

Y.Bağırzadə onu da qeyd etdi ki, ŞƏT və onun üzvləri Azərbaycanın da üzərində yerləşdiyi nəqliyyat dəhlizlərindən yararlanan ölkələrdir və bu reallıq Azərbaycanı təşkilat üçün maraqlı aktora çevirir: “Son dövrlərdə Azərbaycanın təşkilata üzv olan ölkələrlə iqtisadi tərəfdaşlığının, xüsusilə də ticarət səviyyəsinin yüksəlməsi onu deməyə əsas verir ki, bu təşkilata üzvlük Azərbaycana dividentlər qazandıra bilər. Azərbaycan üçün təşkilata üzvlük bir sıra üstünlüklər vəd edir. İlk növbədə, regional təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq imkanları yaranacaq. Eyni zamanda Çin, Rusiya, Hindistan və Orta Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi gözlənilir. Zəngəzur dəhlizi və Orta dəhliz kimi layihələr də ŞƏT platformasında əlavə dəstək qazana bilər. Bununla yanaşı, Azərbaycanın Qərb və Avrasiya məkanında balanslaşdırılmış siyasəti güclənəcək. Bununla belə, nəzərə alsaq ki, Çinlə ABŞ və Avropa arasında münasibətlər getdikcə gərginləşir, qarşılıqlı ticarət məhdudiyyətlərinin tətbiqinə başlanıb, Rusiya və İran Qərbin ağır sanksiyaları altındadır, bu zaman Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzvlüyünün siyasi baxımdan ölkəmiz üçün müəyyən çətinliklər yarada biləcəyi ehtimalının yüksək olduğunu söyləyə bilərik. Doğrudur, hələlik ŞƏT əsasən iqtisadi əməkdaşlıq müstəvisi kimi daha çox tanınır. Lakin Qərblə münasibətlərin getdikcə gərginləşməsi fonunda siyasi müzakirələrin, qərarların alınması məsələlərinin gündəmə gəlməsi perspektivini istisna etmək mümkün deyil”.

Politoloq vurğuladı ki, Ermənistanın Azərbaycanın bu quruma üzv olmasını istəməsinin arxasında iqtisadi əlaqələri bərpa etmək, Azərbaycanın loqistik imkanlarından bəhrələnmək niyyəti dayanır: “Azərbaycan və Ermənistan arasında hələ ki ticari-iqtisadi münasibətlər və ya buna dair imzalanmış sənədlər yoxdur. Sülh sazişi imzalanmayana qədər bunların olması da inandırıcı deyil. Amma hər iki ölkənin ŞƏT-də olması qəbul olunan ümumi qərarlar və razılaşmalar əsasında hansısa iqtisadi əlaqələri qurmağa və Azərbaycanın loqistik imkanlarından yararlanaraq ŞƏT ölkələri ilə əlaqələri inkişaf etdirməyə imkan verə bilər. Ermənistanla eyni təşkilatda yer alması isə gələcək dialoq üçün yeni imkanlar aça bilər. Digər səbəb isə Ermənistanın quruma Azərbaycan olmadan qəbulunun mümkünsüzlüyü ilə bağlı ola bilər. ŞƏT üzv ölkələrinin Azərbaycanı qəbul etmədən tək Ermənistanı quruma qəbul etmələri inandırıcı deyil. ŞƏT bu məsələlərdə ehtiyatlı davranmağa üstünlük verir. Məsələn, Hindistan və Pakistanın üzvlüyə qəbuluna dair qərar da eyni gündə 2017-ci ilin iyununda verilmişdi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Avqust 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri