Icma.az
close
up
RU
Azərbaycan əsgəri haradadırsa, işığımız orada yanır

Azərbaycan əsgəri haradadırsa, işığımız orada yanır

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması 10 ildən çoxdur fəaliyyət göstərən "Azərişıq" ASC-nin əsas hədəflərindən biridir. Bu müddət ərzində paytaxtda və regionlarda bir sıra təmir, yenidənqurma işləri həyata keçirilib. Belə ki, müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib, mövcud elektrik veriliş xətləri yenisi ilə əvəz olunub, müasir 110/35 kV-luq və 35 kV-luq yarımstansiyalar inşa edilib.

Son 10 ildə abonentlərinin sayı 3 milyona yaxınlaşan "Azərişıq" ASC tərəfindən quraşdırılan smart sayğacların sayı da 1,1 milyonu ötüb. Həmçinin, bu illər ərazində Rəqəmsal İdarəetmə Mərkəzləri və SCADA sistemlərinin tətbiqi ilə şəbəkələrin dayanıqlılığı və etibarlılığı xeyli artıb. Hazırda ölkədə bu sistem vasitəsilə idarə olunan 34 yarımstansiya mövcuddur. Bunlarla yanaşı, keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ən ucqar dağ kəndlərinin, habelə sərhədboyu ərazilərin elektrik təsərrüfatını yenilənməsi istiqamətdə işlər davam etdirilir.

Vətən müharibəsi dövründə "Azərişıq" ASC-nin fəaliyyəti

Vətən müharibəsi dövründə "Azərişıq" ASC-nin fəaliyyəti böyük əhəmiyyət kəsb edib. Belə ki, 2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı elektrik enerjisinin təminatı məsələsi olduqca vacib idi. Bu dövrdə "Azərişıq" ASC müxtəlif çətinliklərə qarşı mübarizə apararaq həm ön cəbhə, həm də arxa cəbhədə olan ərazilərdə elektrik enerjisinin davamlılığını təmin etməyə çalışıb. Onu qeyd etmək yerinə düşər ki, müharibənin gedişatında cəbhə bölgəsindəki ərazilərə elektrik enerjisinin fasiləsiz çatdırılması çətinləşmişdi. Çünki düşmən tərəfindən elektrik xətləri, transformatorlar və digər enerji infrastruktur obyektləri hədəf alınırdı. Buna baxmayaraq, "Azərişıq" müharibənin ən gərgin anlarında belə əhali üçün enerji təminatını davam etdirməyə çalışdı. Elektrik enerjisi təminatı yalnız müharibə zamanı deyil, müharibədən sonra da bölgələrin bərpasında mühüm əhəmiyyət kəsb edir.

Müharibə başa çatdıqdan sonra "Azərişıq" ASC işğaldan azad olunmuş ərazilərin elektrik enerjisinin təminatını daha sürətlə bərpa edib. 2020-ci ilin noyabr ayında müharibənin sona çatması ilə "Azərişıq" tərəfindən işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi xətləri və infrastrukturunun yenidən qurulmasına başlanıldı ki, bu, post-müharibə dövründə böyük əhəmiyyət kəsb etdi. Bölgədəki iqtisadi fəaliyyətin və gündəlik həyatın bərpası üçün elektrik enerjisinin təmin edilməsi vacibdir. Bunlarla yanaşı, qalib Azərbaycan Ordusunun xidmət etdiyi ən yüksək zirvələrin elektrik enerjisi ilə təminatı vacib məsələdir. Hazırda hərbçilərimizin xidmət etdiyi Bartaz zirvəsinin yüksəkliyində də Azərbaycan işığı yanır. Bir sözlə, işğaldan azad olunmuş ərazilərin ən ucqar kəndlərində hazırda işıqlandırma prosesləri davam etməkdədir və "Azərişıq" ASC bu prosesin bir hissəsi olaraq ərazilərdə elektrik təminatını inkişaf etdirir.

Azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur.  Bu baxımdan, “Azərişıq” ASC tərəfindən son illərdə həyata keçirilən ən uğurlu layihələrdən biri ekoloji cəhətdən faydalı olan elektromobillərdən istifadənin təşviq edilməsidir. Belə ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılaraq dayanıqlı elektrik enerjisi ilə təmin edilib. Azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən 15 enerjidoldurma məntəqəsi (EDM) quraşdırılıb. Qarşıdakı dövrdə bu məntəqələrin sayının artırılacağı gözlənilir.

Həmçinin, “Azərişıq” ASC 5 il ərzində işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda da yenidənqurma işləri həyata keçirib və bu proses hazırda davam edir. Doğma sakinlərinə qovuşan rayon və kəndlərin məhv edilmiş elektrik təsərrüfatı yenilənir, müasir dayaqlar əkilir və elektrik xətləri çəkilir, yeni güc mərkəzləri yaradırılır. Ötən illər ərzində Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də daxil olmaqla 35/0.4 kV-luq 7, Daşaltı kəndində isə 35/10 kV-luq 1 yarımstansiya, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istismara verilib. 2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə böyük güc mərkəzlərindən ikisinin rəsmi açılışı baş tutub. Sentyabrın 2-də ölkə başçısı Kəlbəcərdə 110/35 kV-luq “İstisu” yarımstansiyasını işə salıb. Oktyabrın 3-də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazır vəziyyətdədir. Hər 3 güc mərkəzi müasir tələblərə cavab verən SCADA sistemi ilə təchiz edilib.  

İşğaldan azad olunan ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin tikintisi də davam edir. Laçında müasir yarımstansiya və rəqəmsal idarəetmə Mərkəzi tikilir, eləcə də 110/35/10 kV-luq "Minkənd" yarımstansiyasının inşası, "Ağbulaq-SES" və "Minkənd" yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi yekunlaşmaq üzrədir. Xocalıda "Xocalı" yarımstansiyası və İdarəetmə Mərkəzinin tikintisi, "Əsgəran", Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir. Xocavənddə "Zoğalbulaq" yarımstansiyasının tikintisi, Hadrut "Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi davam edir. Həmçinin Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatının təmin olunması məqsəsilə müasir tələblərə cavab verən yeni transformator yarımstansiyaları tikilir.

Hazırda Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri gedir. Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird, Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, Xocalıda Aşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədlivə, Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri və Xudafərin qəsəbəsi, Zəngilan rayonu və Cahangirbəyli kəndi, Qubadlıda Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN elektrik veriliş xəttinin çəkilişi davam edir. Bütün bunlar onu deməyə əsas verir ki, “Azərişıq” azad edilmiş ərazilərdə innovativ və texnoloji yenilikləri tətbiq edir.  Bu addımlar azad edilən ərazilərin ekoloji cəhətdən dayanıqlı inkişafını təmin etməklə yanaşı, əhalinin həyat keyfiyyətini artırmağa böyük dəstəkdir.

Anar Kəlbiyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:500
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Fevral 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri